Məhkəmə qərarları › İş №e-2-2(113)-2169/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2169/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2169/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi, təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktı ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 31516.64 manat əsas borc, 2836.49 manat cərimə və 194 manat dövlət rüsumunun, ümumilikdə 34547.13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şirkət 1995-ci ildən elektrik, istlik və havalandırma üzrə avadanlıqların satışı və təmiri, eyni zamanda elektrik avadanlıqlarının icarəsini həyata keçirməkdədir. İddiaçı ilə Cavabdeh MMC arasında 11 may 2023-cü il tarixli 004 saylı icarə müqaviləsi bağlanmışdir. Həmin müqaviləyə əsasən icarəyə verən icarəçi tərəfindən həyata keçirilən tikinti işləri üçün tələb olunan texnika və avadanlıqları icarəyə verməyi öz üzərinə götürmüşdür. Sözügedən icarə müqaviləsi əsasında iki ədəd generator, AKSA markalı AD 220 KVA, APD 165 KVA generatorlar icarəçi olaraq icarəyə verən tərəfindən onlara təhvil verilmişdir. Müqavilənin 2.3 - cü bəndinə əsasən, icarəçi icarəyə verən tərəfindən hesab faktura təqdim edildiyi tarixdən 15 təqvim günündən gec olmayaraq borc öhdəliyini icra etməlidir. Sözügedən müqaviləyə əsasən cavabdehin sifarişləri əsasında şirkət tərəfindən xx.xx.2023-ci il tarixli, Seriya EBDM,873338 saylı elektron qaimə əsasında 14632 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDP, 14632 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDU, 812608 saylı elektron qaimə əsasında 7284,64 manat ümumilikdə 31516.64 manat dəyərində icarəyə AKSA markalı AD 220 KVA APD 165 KVA generatorlar verilmişdir.Cavabdehin alınmış malların ümumi dəyərindən bu günə kimi heç bir hissə köçürmə edilməmişdir, hazırda cavabdehin şirkətə 31516.64 (ƏDV daxil) manat borcu mövcuddur. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşmə aktı ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixə iş üzrə cavabdeh “Emek Mühendislik’’ MMC-nin İddiaçı müəsissəsinə olan borcu 31516.64 manatdır.İddiaçı tərəfindən dəfələrlə borclu təşkilatın səlahiyyətli şəxsləri ilə danışıqlar aparılmış lakin, borcun ödənilməsi müxtəlif bəhanələrlə bu günə kimi uzadılmış, müqavilə üzrə öhdəliyin icrasından 4 aya yaxın vaxt keçməsinə baxmayaraq ödəniş həyata keçirilməmişdir. xx.xx.2024 - cü il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc təkrar olaraq ödənilməmişdir.Nəzərə alınsa ki, cavabdehlə bağlanılmış 11 may 2023-cü il tarixli 004 saylı icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən, icarəyə verən tərəfindən hesab faktura təqdim edildiyi tarixdən 15 təqvim günündən gec olmayaraq borc öhdəliyini icra etməli oldu halda sonuncu xx.xx.2023-cü il tarixli qaimənin verilməsindən bu günə olan 31516.64 ƏDV daxil manat borcu 3 aya yaxın vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda hesab edir ki, müqavilə tələbləri əsasında cavabdehdən əsas borc məbləğindən əlavə 90 gün gecikmə nəticəsində 2836,49 manat cərimə tutulmalıdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Bir tərəfdən “İcarəyə verən” qismində İddiaçı digər tərəfdən “icarəçi” qismində Cavabdeh MMC arasında bağlanmış 11 may 2023-cü il tarixli, 004 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavədə göstərilən texnikanı icarəçinin sifarişi və seçimi əsasında icarəçiyə icarəyə verməyi, icarəçi isə Əlavədə nəzərdə tutulmuş qiymətlərə əsasən hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür. 1.2. İcarəyə verən bu müqaviləyə əsasən texnikanı tam saz hald təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən texnika icarəçinin icarəsinə verilmiş hesab olunur. 2.1 Bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən ay ərzində icarəçiyə icarəyə verilmiş texnika müqabilində icarəçi icarəyə verənə tərəflərlə imzalanan Əlavəyə müvafiq olaraq hesablanmış icarə haqqı ödəyir. 2.2 İcarəyə verən hər ay bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq icarə haqqı üçün hesab-fakturanı həmin ay başa çatdıqdan sonra 1 gün ərzində təqdim edir. Hər hesabfaktura tərəflərlə imzalanan təhvil-təslim aktı ilə müşayiət olunur.

6. 11 may 2023-cü il tarixdə bağlanılmış icarəyə verilən texnika və icarə haqqı barədə razılaşmaya əsasən icarəyə verən aşağıda adı sadalanan texnikaları icarəçiyə icarəyə verir. ( AD 220 KVA texnika təhvil verilən zaman 1414 saat işlənilmişdir. İcarəçi isə aşağıda göstərilən aylıq icarə haqqını ödəyir: Cəmi 2 ədəd olmaqla 1 ədəd Aksa markalı AD 220 KVA generator xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 2800 AZN və 1 ədəd APD 165 KVA generator xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 2400 manat (ƏDV xaric)

7. 11 may 2023-cü il tarixdə bağlanılmış digər razılaşmaya əsasən icarəyə verən aşağıda adı sadalanan texnikaları icarəçiyə icarəyə verir. ( AD 220 KVA texnika təhvil verilən zaman 1414 saat işlənilmişdir. İcarəçi isə aşağıda göstərilən aylıq icarə haqqını ödəyir: Cəmi 2 ədəd olmaqla 1 ədəd Aksa markalı AD 220 KVA generator xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 2600 AZN və 1 ədəd APD 165 KVA generator xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 2600 manat (ƏDV xaric) 8.12 may 2023-cü il tarixli razılaşmaya əsasən Cəmi 3 ədəd olmaqla 1 ədəd Aksa markalı AJD 170 KVA generatorun xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 2600 AZN və 1 ədəd AJD 75 KVA generator icarə haqqı 1700 manat və 1 ədəd APD 75 KVA generator xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 1700 manat təşkil etmişdir. 9.19 may 2023-cü il tarixli razılaşmaya əsasən cəmi 2 ədəd olmaqla 1 ədəd APD 110 KVA generatorun xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 2100 AZN və 1 ədəd APD 75 KVA generator xx.xx.2023-cü il tarixindən aylıq icarə haqqı 1700 manat təşkil etmişdir. 10.xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 1 ədəd Aksa markalı AD 220 KVA və 1 ədəd APD 165 KVA generatorlar, xx.xx.2023-cü il tarixli akta əsasən 1 ədəd Aksa markalı APD 170 KVA, 1 ədəd AJD 75 KVA və 1 ədəd APD 75 KVA generatorlar, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 1 ədəd Aksa markalı APD 75 KVA və 1 ədəd APD 110 KVA markalı generatorlar İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 11.Qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən tərəflər Cavabdeh MMC-nin İddiaçınə xx.xx.2023-cü il tarixinə ƏDV daxil olmaqla 31516.64 manat məbləğində ödənilməmiş borcu olmasını direktor və mühasiblər imzaları ilə və hüquqi şəxsin möhürü vurulmaqla təsdiq etmişlər.

12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə EBDJ seriyalı 309509 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 11564 manat, EBDM seriyalı 873338 nömrəli xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 14632 manat, EBDP seriyalı 277123 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 14632 manat, EBDU seriyalı 812608 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7284.64 manat məbləğini təşkil edən elektron qaimələr ünvanlanmışdır.

13. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 0536 nömrəli invoysa əsasən Cavabdeh MMC tərəfindən 11564 manat, xx.xx.2023-cü il tarixli 0712 nömrəli invoysa əsasən 14632 manat, xx.xx.2023-cü il tarixli invoysa əsasən 14632 manat, xx.xx.2023-cü il tarixli 0910 nömrəli invoysa əsasən 7284.64 manat məbləğinə ödəniş həyata keçirilməli idi. 14.04 may 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, 6 ədəd AKSA markalı Apd 75 Kva gücü, Aksa markalı APD 110 Kva gücü, Aksa markalı Ad 220 Kva gücü, Aksa markalı Aid 75 Kva gücü. Aksa markalı Apd 75 Kva gücü və Aksa markalı. Apd 165 Kva gücü olan generatorlar cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Hər bir generatorun icarə haqqı iş materiallarına əlavə edilmiş xx.xx.2023 -cü il tarixli, xx.xx.2023 -cü il tarixli və xx.xx.2023 -cü il tarixli icarəyə verilən texnika və icarə haqqı barədə razılaşmalara uyğun tərəflər arasında müəyyən edilmişdir. Qeyd edilən avadanlıqlar iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil - təslim aktlarına əsasən cavabdehə təhvil verilmiş, cədvəldə hər bir avadanlığın qaytarılması tarixi qeyd edilsə də lakin, bu barədə sənədlər cavabdehə tərəfimizdən təqdim edilməsinə baxmayaraq onlar bu sənədləri imzalayıb bizə geri qaytarmamışdır. Aksa markalı, Apd 75 Kva gücü olan generatorun 5 av 7 gün icarəsinə görə ƏDV daxil 4575.93 Aksa markalı. Apd 110 Kva gücü olan generatorun 5 ay 26 gün icarəsinə görə ƏDV daxil 7056.00 Aksa markalı. AD 220 Kva gücü olan generatorun 5 av 27 gün icarəsinə görə ƏDV daxil 6136.00, Aksa markalı. Aid 75 Kva gücü olan generatorun 4 ay 28 gün icarəsinə görə ƏDV daxil 3706.00, Aksa markalı. APD 75 Kva gücü olan generatorun 5 av 7 gün icarəsinə görə ƏDV daxil 4374.71 və Aksa markalı. APD 165 Kva gücü olan generatorun 5 av 27 gün icarəsinə görə ƏDV daxil 5668.00 olan generatorlara görə cavabdehin ümumi olaraq ƏDV daxil 31516.64 ödənilməmiş borcu mövcüddur.

15. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 11 may 2023-cü il tarixli, 004 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 17.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 11 may 2023cü il tarixdə 004 saylı icarə müqaviləsi bağlanılmış, qeyd olunan müqaviləyə əsasən icarəyə verən tərəfindən icarəçiyə, yəni cavabdehə tikinti işləri üçün müvafiq texnika və avadanlıqlar( generator) icarəyə verilmiş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2023, xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmiş, tərəflər arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil təhvil təslim aktları imzalanmışdır. Bundan əlavə 11 dekabr 2023-cü il tarixində tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib edilmiş, hər iki tərəf Cavabdeh MMC-nin İddiaçınə xx.xx.2023-cü il tarixinə ƏDV daxil olmaqla 31516.64 manat məbləğində ödənilməmiş borcu olması faktını təsdiq etmişlər. 18.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 31516.64 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir. 19.Məhkəmə iddiaçının tələb etdiyi 2836.49 manat məbləğində cərimə borcuna münasibətdə iddia tələbi ilə razılaşmır və bildirir ki, AR MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

20. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 1550 manat məbləğində dəbbə pulu tutulmalıdır. 21.İddiaçı eyni zamanda 194 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. AR MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31,516.64 manat əsas borc, 1550 manat cərimə və 194 manat dövlət rüsumu olmaqla, cəmi 33,260.64 (otuz üç min iki yüz altmış manat altmış dörd qəpik) manat tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar