Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-217/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Azərfloat" qapalı səhmdar cəmiyyətinə qarşı sənədlərin götürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Azərfloat" qapalı səhmdar cəmiyyətinə qarşı səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (görülmüş iş və xidmətlərə dair müqavilələr və onlara əlavələr (razılaşma protokolları), mal-material dövriyyəsi (adlı, yoxlama dövrü və illər üzrə), görülmüş işlərin təsdiq edilmiş smetaları, çertyojları, “Forma-2”lərə aid texniki hesabatlar, müəssisə tərəfindən podratçı təşkilatlara və fiziki şəxslərə iş və xidmətlərin göstərilməsi üçün verilmiş xammal-materiallar, fiziki şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlərə dair təhvil-təslim aktları, texniki hesabatlar, idxal edilmiş əsas vəsaitlərə dair YGB-lər, xarici təşkilatlardan və təsisçilərdən alınmış borclara dair müqavilələr və borclara görə hesablanmış faizlərə dair sənədlər, debitor və kreditor borclar barədə illər üzrə və yoxlanılan dövrün sonuna adlı siyahı, müəssisənin fəaliyyəti dövründə qalıq cədvəlləri (illər və yoxlanılan dövr üzrə), alınmış xammal-materialara dair qaimə-faktura və VHF-lər, qeyrirezident şəxslərin göstərdiyi iş və xidmətlərə dair sənədlər) cavabdeh "Cavabdeh" qapalı səhmdar cəmiyyətindən götürülərək Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, cavabdehin fəaliyyətinə dair xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrü əhatə edən sənədlərin (görülmüş iş və xidmətlərə dair müqavilələr və onlara əlavələr (razılaşma protokolları), mal-material dövriyyəsi (adlı, yoxlama dövrü və illər üzrə), görülmüş işlərin təsdiq edilmiş smetaları, çertyojları, “Forma-2”lərə aid texniki hesabatlar, müəssisə tərəfindən podratçı təşkilatlara və fiziki şəxslərə iş və xidmətlərin göstərilməsi üçün verilmiş xammal-materiallar, fiziki şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlərə dair təhvil-təslim aktları, texniki hesabatlar, idxal edilmiş əsas vəsaitlərə dair YGB-lər, xarici təşkilatlardan və təsisçilərdən alınmış borclara dair müqavilələr və borclara görə hesablanmış faizlərə dair sənədlər, debitor və kreditor borclar barədə illər üzrə və yoxlanılan dövrün sonuna adlı siyahı, müəssisənin fəaliyyəti dövründə qalıq cədvəlləri (illər və yoxlanılan dövr üzrə), alınmış xammal-materialara dair qaimə-faktura və VHF-lər, qeyri-rezident şəxslərin göstərdiyi iş və xidmətlərə dair sənədlər) cavabdeh "Cavabdeh" qapalı səhmdar cəmiyyətindən götürülərək Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1, 23.1.2, 23.1.5 və 23.1.7-ci maddələrinə əsasən, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüquqlarıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 42.1-ci mаddəsinə əsаsən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci mаddəsinə əsаsən vergi ödəyicisinin həmin maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı olan vergi orqanının cavabdehdən sənədlərin götürülməsi zamanı sonuncu tərəfindən şəraitin yaradılmaması hərəkətini vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirərək, səyyar vergi yoxlaması üçün tələb olunan sənədlərin götürülməsi tələbinə dair iddiası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaması səbəbi ilə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Belə ki, iddiaçının inzibati orqan olmaqla səyyar vergi yoxlamasının keçirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi baradə qərar qəbul edərək bu qərarın icra olunmaması ilə bağlı məhkəməyə müraciət etdiyi iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, iddiaçının fəaliyyətinin həyata keçrilməsi ilə bağlı olan və onun məcburi iradəsinə əsaslanan münasibətlərdən yarandığından bu münasibətlər fiziki və ya hüquqi şəxslərlə dövlət qurumu arasındakı iradələrin statuslarının bərabərliyi əsasında həyata keçirilən sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Azərfloat" qapalı səhmdar cəmiyyətinə qarşı sənədlərin götürülməsi tələbinə dair mülki üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Azərfloat" qapalı səhmdar cəmiyyətinə qarşı səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, cavabdehin fəaliyyətinə dair xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrü əhatə edən sənədlərin (görülmüş iş və xidmətlərə dair müqavilələr və onlara əlavələr (razılaşma protokolları), mal-material dövriyyəsi (adlı, yoxlama dövrü və illər üzrə), görülmüş işlərin təsdiq edilmiş smetaları, çertyojları, “Forma-2”lərə aid texniki hesabatlar, müəssisə tərəfindən podratçı təşkilatlara və fiziki şəxslərə iş və xidmətlərin göstərilməsi üçün verilmiş xammal-materiallar, fiziki şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlərə dair təhvil-təslim aktları, texniki hesabatlar, idxal edilmiş əsas vəsaitlərə dair YGB-lər, xarici təşkilatlardan və təsisçilərdən alınmış borclara dair müqavilələr və borclara görə hesablanmış faizlərə dair sənədlər, debitor və kreditor borclar barədə illər üzrə və yoxlanılan dövrün sonuna adlı siyahı, müəssisənin fəaliyyəti dövründə qalıq cədvəlləri (illər və yoxlanılan dövr üzrə), alınmış xammal-materialara dair qaimə-faktura və VHF-lər, qeyrirezident şəxslərin göstərdiyi iş və xidmətlərə dair sənədlər) cavabdeh "Cavabdeh" qapalı səhmdar cəmiyyətindən götürülərək Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-217/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-217/2020
19.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver