Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-217/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasimov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2016-cı il tarixli 60255-1/KXM saylı kredit xətti müqaviləsi üzrə banka əsas borc üzrə ******* manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu üzrə 274083.97 manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 1791168.02 manatın, cəmi 3565251.99 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2016-cı il tarixli 60255-1/KXM saylı kredit xətti müqaviləsi üzrə banka əsas borc üzrə ******* manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu üzrə 274083.97 manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 1791168.02 manatın, cəmi 3565251.99 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini və işə, nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi iddiaçının ərizəsinə etiraz etmədiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəni tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2016-cı il tarixli 60255-1/KXM saylı kredit xətti müqaviləsi üzrə banka əsas borc üzrə ******* manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu üzrə 274083.97 manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 1791168.02 manatın, cəmi 3565251.99 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-217/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-217/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver