Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2170/2022 14.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi, əmlakın qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 03/0057/DLİZ nömrəli X5 Müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-yə məxsus “Shacman yuk” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0057/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən yaranmış 26325,3 manat əsas borc, 11033,23 manat mükafat borcu, 282,52 manat gecikdirilmiş cərimə məbləği olmaqla, cəmi 37641,05 manat lizinq borcu məbləğinin və ödənilmiş 376,56 manat dövlət rüsumu, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0057/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən İddiaçı MMC bu müqavilədə göstərilən 1(bir) ədəd, 2012-ci il buraxlışlı, “Shacman” yük markalı, ban LZGJRDT62CX056673 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh2 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2, Cavabdeh1 və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0057/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 28000 (iyirmi səggiz min) manat təşkil edir. Bu ümumi məbləğdən 11020 (on bir min iyirmi) manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq ödəmələr tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini etməli olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 1083,87 manat ödəniş etməlidir. Hazırkı vaxtadək cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi 3565,60 manat ödəniş etmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC-yə məxsus “Shacman” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, iddiaçı "xxxx" MMC-nin iddia tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması və lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı hissələr istisna olmaqla, qalan hissələrdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” İddiaçı MMC ilə “Lizinq alan” Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 03/0057/DLİZ saylı X5 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verənə əvvəlcədən lizinq vermək və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd “Shacman” yük markalı, göy rəngli, mühərrik 1112S012771, ban LZGJRDT62CX056673 nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. - İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2019-cu il tarixli, 03/0057/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 lizinq alan lizinq verən qarşısında öhdəliklərini tam yerinə yetirənədək lizinq alanla birlikdə lizinq verən qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, 03/0057/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 lizinq alan lizinq verən qarşısında öhdəliklərini tam yerinə yetirənədək lizinq alanla birlikdə lizinq verən qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli təhvil-təslim aktında qeyd olunmuşdur ki, İddiaçı MMC-yə məxsus “Shacman” yük markalı, mühərrik nömrəsi 1112S012771 olan, ban LZGJRDT62CX056673 nömrəli, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təhvil verilmişdir. Qeyd olunan akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2021-ci il tarixli, 03/0057/DLİZ saylı maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X5 Müqaviləsinə əsasən xx.xx.2021ci il tarixə qədər 26325,30 manat gecikdirilmiş əsas borc, 13471,97 manat mükafat borcu, 282,52 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 40079,79 manat (qırx min yetmiş doqquz manat yetmiş doqquz qəpik) öhdəliyi vardır. - İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziya məktublarından görünür ki, borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə lizinq müqaviləsinə birtərəfli qaydada xitam verilməsi, lizinq obyektinin lizinq alandan geri tələb edilməis və lizinq müqaviləsi üzrə gecikdirilmiş lizinq borcunun tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında X5 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh3 və Cavabdeh1 İddiaçı MMC ilə zaminlik müqavilələri bağlayaraq Cavabdeh2 lizinq verən qarşısında öhdəliklərinə zamin durmuşlar. Cavabdehlər tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə lizinq obyektinin geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Lizinq verən” İddiaçı MMC ilə “Lizinq alan” Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 03/0057/DLİZ saylı X5 müqaviləsinin: 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verənə əvvəlcədən lizinq vermək və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd “Shacman” yük markalı, göy rəngli, mühərrik 1112S012771, ban LZGJRDT62CX056673 nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixədək qüvvədədir. 4.1.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək; 4.1.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3 % həcmində cərimə tələb etmək; 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3 % məbləğində ödəniş tələb etmək – lizinq verənin hüququdur. 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, Maliyyə lizinqi müqaviləsinin ləğvinə səbəb olan hallar kimi müqaviləyə birtərəfli qaydada xitam verilməsi, lizinq obyektinin mübahisəsiz qaydada geri götürülməsi və satışı mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 26325,3 manat (iyirmi altı min üç yüz iyirmi beş manat otuz qəpik) əsas borc, 11033,23 manat (on bir min otuz üç manat iyirmi üç qəpik) mükafat borcu, 282,52 manat (iki yüz səksən iki manat əlli iki qəpik) cərimə, 203 (iki yüz üç) manat mediasiya xərci olmaqla, cəmi 37844,05 manat (otuz yeddi min səkkiz yüz qırx dörd manat beş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulmalı və lizinq predmetini təşkil edən “Shacman yük” markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçınə geri qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0057/DLİZ nömrəli X5 müqaviləsinə əsasən yaranmış 26325,3 manat (iyirmi altı min üç yüz iyirmi beş manat otuz qəpik) əsas borc, 11033,23 manat (on bir min otuz üç manat iyirmi üç qəpik) mükafat borcu, 282,52 manat (iki yüz səksən iki manat əlli iki qəpik) cərimə, 203 (iki yüz üç) manat mediasiya xərci olmaqla, cəmi 37844,05 manat (otuz yeddi min səkkiz yüz qırx dörd manat beş qəpik) məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddiaçınə məxsus, “Shacman yük” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçınə qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2170/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2170/2022
14.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver