Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2172/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X14 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi ünvanda yerləşən, 100.0 m torpaq sahəsində inşa edilmiş 86,8 m qeyri yaşayış sahəsini (kod: **********00010) (təndir) təbii qazla təchiz edilməsi üçün təbii qazın alqı-satqısı müqaviləsinin bağlanması, **********00010 saylı qaz hesabının adıma rəsmiləşdirilməsi və **********00010 saylı qaz hesabına əsassız olaraq hesablanmış 1620 manat məbləğində borcun silinməsi və mediasiya xərcinə görə ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Azəriqaz"İB tərəfindən **********00010 saylı abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1620 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 100.0 m torpaq sahəsində inşa edilmiş 86,8 m qeyri yaşayış sahəsi (təndir) xx.xx.2022-ci il tarixli, ilkin alqısatqı müqaviləsinə əsasən X1 almışdır. Sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh İB tərəfindən**********00010 nömrəli qaz kodu verilməklə təbii qazla təchiz edilmişdir. Təbii qaz hesabı o zaman istehlakçı olan X2 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi bağlandıqdan sonra tərəfindən hesabın adına keçirilməsi ilə bağlı Cavabdeh İB-nə müraciət edilmişdir. Müraciəti əsasında cavabdehin əməkdaşları xx.xx.2023-cü il tarixdə qeyri-yaşayış sahəsinə gələrək qaz işlədicilərinə dair inventar aktı tərtib etmişlər və bundan sonra onunla müqavilə bağlanaraq qaz hesabının adıma keçəcəyinə dair məlumat vermişlər. Lakin göründüyü kimi bugünədək onunla müqavilə bağlanmamış qaz hesabı adına rəsmiləşdirilməmişdir. Buna səbəb kimi isə cabdeh qeyd etmişdir ki, 2023-cü ilin may ayında 1620 manat məbləğində cərimə hesablanmış və həmin cərimə ödənilmədiyi təqdirdə qaz hesabı adına rəsmiləşdirilməyəcəkdir. Cərimə ilə bağlı qeyd edir ki, 2023-cü ilin may ayında artıq onun təbii qazdan istifadə etdiyi dövrdə cavabdehin nümayəndələri istifadə etdiyi smart tirli qaz sayğacını çıxararaq yoxlamaya göndərmişdir. Cavabdeh tərəfindən aparılmış yoxlama nəticəsində qaz sayğacının daxilində plastmas borunun kənar təsir nəticəsində sındığı müəyyən edilmiş və cavabdeh nədənsə bu müdaxilənin onun tərəfindən edildiyini düşünərək 1620 manat məbləğində cərimə hesablayaraq qaz hesabına yükləmişdir. Faktiki istifadəsində olan qaz sayğacına müdaxilə edilməmiş və təbii qazın dəyəri daim öncədən ödənilmişdir. Müqavilə bağlanmasa qaz hesabı adına rəsmiləşdirilməyəcək, mübahisələndirilən bor silinməsə isə müqavilə bağlanmayacaq. Məhkəmənin diqqətini daha bir neçə məqama çəkmək istəyir. Əlavə olaraq bildirmək istəyir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onunəsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 3.5, 31 və 32-ci maddələrinə istinad olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 oğlu izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Azəriqaz İB-nin əməkdaşıları tərəfindən sayğaca baxış keçirilərək, götürülmüş, laborotoriya müayinəsi zamanı sayğacın plasmas borusunda qırıq olduğu aşkar edilmişdir. Təbiidir ki, plasmas boru qırıq olduğu halda, sərf olunan qaz həcmini dəqiq qeydə ala bilməzdi. Bu səbəbdən istehlakçı tərəfindən sərf olunan qaz həcmi 1620 manat məbləğində hesablanaraq ödənilməsi tələb edilmişdir. Əlavə olaraq qeyd etdi ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan yoxlama keçirilmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: X7 ilə İddiaçı arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1ndə yerləşən 100,0 kv.metr torpaq sahəsində inşa edilmiş 86,8 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı almışdır. 26 may 2023-cü il tarixli dəymiz ziyanın bərpasına dair tələbnaməyə əsasən ünvan 2ndə yerləşən X3 məxsus obyektdə olan G-4 markalı **********8 nömrəli sayğacın giriş plastmas borusunun kənar təsir nəticəsində sındığı aşkar olunmuş və dəymiş ziyan 6480 kub metr qeyd olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231926395 saylı çıxarışından görünür ki, Cavabdeh İB nümayəndələri (X5) tərəfindən X6 məxsus çörəkbişirmə fəalliyəti olan obyektdə xx.xx.2023-cü il-xx.xx.2023-cü tarixlərində yoxlama keçirilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 may 2023-cü il tarixli ******* saylı akta əsasən obyektə baxış keçirilən zaman 03 iyun 2022-ci il tarixli, MSK 14- 2-213-52886-01 nömrəli aktda qeyd olunan nöqsanlara görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Cavabdeh İB-nin 14-2-2/3-5-2886 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh İB-nin Metologiya Departamentinin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 17 aprel 2023-cü il tarixli MSK-14-2-2/3-5-2886-01 nömrəli aktına əsasən ilkin baxış zamanı sayğacın klapanın açıq olduğu, ekranda açıq işarəsinin qeyd olunduğu, giriş plasmas borunun kənar təsir nəticəsində sınması, sayğacın mənfiyə işləməsi, xətaların normaya uyğun olmadığı qeyd olunmuşdur. 671 saylı xx.xx.2023-cü il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən obyektdə (təndir) olan G4 markalı zavod nömrəsi ********** olan mexaniki sayğaca baxış keçirilmişdir. abonentin saldosundan görünür ki, iddiaçının 2023-cü ilin may ayı üzrə borcu (qalıq və aktlar üzrə) 1620 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh İB qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşı tərəfindən iddiaçıya məxsus obyektdəki sayğacın laboratoriyada yoxlanılması zamanı giriş plastmas borcunun kənar təsir nəticəsində sınmasının müəyyən olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama nəticəsində yazılmış, həmin tarixdə akt tərtib edilmiş, lakin reyestrdə yoxlamanın xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçiriləcəyi qeyd edilmiş, həmçinin reyestrdə yoxlama keçirələcək şəxs kimi Füzuli Cəbrayılov göstərilmişdir. Göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sahibkar İddiaçı obyektində keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1620 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "Azəriqaz"İB tərəfindən **********00010 saylı abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1620 manat məbləğində borc silinsin və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2172/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2172/2024
14.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver