Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2173/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan **********6 nömrəli abunə kodu (**********01052 uçot nöqtəsi) üzrə tələb etdiyi 10.000 manat borcun silinməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır, iddiaçı cavabdehə qarşı enerji sərfiyyatına görə aylıq borclarını həmişə vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2024-cü ildə cavabdeh "xxxx" ASC X1 Təchizatı və Satış İdarəsi Salyan ElektrikŞəbəkəsi tərəfindən iddiaçıya verilmiş xəbərdarlıq məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus obyektin istifadə edilmiş elektirik enerjisinin sərfinə və ödənilməmiş cərimə məbləğinə görə xx.xx.2024-cü il tarixinə 12 276.31 manat debitor borcu yaranmışdır. Həmçinin, xx.xx.2024-cü il, saat 11:00-dan etibarən enerji təchizatının dayandırılacağı bildirilmişdir. Qeyd etmək zəruridir ki, iddiaçı Azərbaycan Avtomobil Yollar ı Dövlət Agentliyi 50 №-li X2 Məsuliyyətli Cəmiyyətinin həmin borcun nəyin əsasında hesablanması və belə yüksək olması barədə məlumatı yoxdur. Cavabdeh "xxxx" ASCnin əməkdaşları iddiaçıya məxsus obyektdə hər hansı pozuntu barədə akt tərtib etməmişlər və bu barədə məlumat verməmişlər. Cavabdeh "xxxx" ASCnin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsininəməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçı Avtomobil Yollar ı Dövlət Agentliyi 50 №-li X2 Məsuliyyətli Cəmiyyətinə məxsus obyektdə sayğaca baxış keçirilmiş və sayğacın yenisi ilə əvəz olunması, qoşulma sxeminin bərpa edilməsi tələbinə dair akt tərtib edilmişdir. Göründüyü kimi, qeyd olunan aktda abonent tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulması, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda isə abonentin təqsiri olmadan yazılmış borc əsassız hesab edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt tərtib edilən zaman iddiaçının nümayəndəsi baxışda iştirak etməmişdir. İddiaçı tərəfindən hər ay təqdim edilmiş hesabfakturalar üzrə borclar tam şəkildə ödənilir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçının abonent haqqında məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə NDQ01814 nömrəli akt əsasında 10096 manat borc hesablanmışdır.
8. Cavabdehin X1 Təchizatı və Satışı İdarəsinin Salyan Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya göndərilmiş 09 yanvar 2024-cü il tarixli 01 nömrəli xəbərdarlıq məktubundan görünür ki, obyektin istifadə edilmiş elektrik enerjisinin sərfinə və ödənilməmiş cərimə məbləğinə görə 01 yanvar 2024-cü il tarixə 12276,31 manat debitor borcu yaranmışdır.
9. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 12276,31 manat təşkil edir.
10. xx.xx.2022-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 4000,01 manat təşkil edir.
11. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 280,01 manat təşkil edir.
12. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 2324,01 manat təşkil edir.
13. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 1000,01 manat təşkil edir.
14. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 3740,01 manat təşkil edir.
15. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 4990,01 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 7030,01 manat təşkil edir.
17. İddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2023-cü il tarixli 164OPX12301001A4 nömrəli ödəniş tapşırığı ilə 3389,83 manat, xx.xx.2023-cü il tarixli 111OPX12301001A3 nömrəli ödəniş tapşırığı ilə 610,17 manat, xx.xx.2023-cü il tarxli OD9 nömrəli ödəniş tapşırığı ilə 237,29 manat, xx.xx.2023-cü il tarixli OD10 nömrəli ödəniş tapşırığı ilə 42,71 manat, xx.xx.2023-cü il tarixli 111OPX1230650BD6 nömrəli ödəniş tapşırığı ilə 1969,49 manat, xx.xx.2023-cü il tarixli 111OPX1230650BD6 nömrəli ödəniş tapşırığı ilə 354,51 manat, xx.xx.2023-cü il tarixli OD4 nömrəli ödəniş tapşırığı ilə 152,54 manat, xx.xx.2023-cü il tarixli OD3 nömrəli ödəniş tapşırığı ilə 847,46 manat, xx.xx.2023cü il tarixli OD4 nömrəli ödəniş tapşırığı 152,54 manat, xx.xx.2023-cü il tarixli 164OPX1231381E76 nömrəli ödəniş tapşırığı ilə 570,51 manat, xx.xx.2023-cü il tarixli 111OPX1231560E81 nömrəli ödəniş tapşırığı ilə 3728,81 manat, xx.xx.2023-cü il tarixli 111OPX1231560E80 nömrəli ödəniş tapşırığı ilə 671,19 manat, xx.xx.2023-cü il tarixli OD4 nömrəli ödəniş tapşırığı ilə 4228,81 manat, xx.xx.2023-cü il tarixli 111OPX12323332D0 nömrəli ödəniş tapşırığı ilə 5957,63 manat, xx.xx.2023-cü il tarixli OD4 nömrəli ödəniş tapşırığı ilə 1072,37 manat, xx.xx.2023-cü il tarixli 164OPX12327118D1 nömrəli ödəniş tapşırığı ilə 491,53 manat, xx.xx.2023-cü il tarixli 164OPX12327118D3 nömrəli ödəniş tapşırığı ilə 88,47 manat, xx.xx.2023-cü il tarixli 111OPX********** nömrəli ödəniş tapşırığı ilə 1377,12 manat, xx.xx.2023-cü il tarixli 111OPX********** nömrəli ödəniş tapşırığı ilə 247,88 manat, xx.xx.2023-cü il tarixli 164OPX1233522C86 nömrəli ödəniş tapşırığı ilə 635,59 manat, xx.xx.2023-cü il tarixli 164OPX1233522C85 nömrəli ödəniş tapşırığı ilə 114,41 manat ödəniş olunmuşdur.
18. Cavabdeh tərəfindən iddiaçıya EVDG 982361 nömrəli xx.xx.2023-cü il tarixli 4400 manat, EBDL 267591 nömrəli xx.xx.2023-cü il tarixli 7030 manat, EBDN 492311 nömrəli xx.xx.2023-cü il tarixli 580 manat, EBDR 824543 nömrəli xx.xx.2023-cü il tarixli 765 manat, EBDP 576697 nömrəli xx.xx.2023-cü il tarixli 860 manat, EBDU 375100 nömrəli xx.xx.2023-cü il tarixli 750 manat məbləğində elektron qaimə göndərilmişdir.
19. Cavabdeh tərəfindən tərtib olunmuş 21 noyabr 2023-cü il tarixli NDQ 018141 nömrəli aktdan görünür ki, iddiaçının ünvanına baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, elektrik sayğacının qoşulma sxemi səhvdir. Bu səbəbdən sayğac axan yükü düzgün qeyd etmir.
20. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, baxış zamanı məlum oldu ki, elektrik sayğacının qoşulma sxemi səhvdir. Bu səbəbdən sayğac axan yükü düzgün qeyd etmir. Bu səbəbdən dəymiş ziyanın məbləği 10096,70 manat təşkil edir.
21. 29 mart 2024-cü il tarixli KY232061559 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçıya məxsus ünvanda sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə aparılacaq yoxlama (xx.xx.2023-cü il tarixdə) reyestrdə qeydə alınmışdır.
22. İddiaçı və cavabdeh arasında 07 yanvar 2024-cü il tarixli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.
23. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27 noyabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə NDQ 018141 saylı akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 10096 manat borc hesablanmışdır.
25. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
26. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
27. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.
28. Materiallardan isə görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.
29. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akt ilə müəyyən edilir ki, elektrik sayğacında mövcud qüsur (sayğacın qoşulma sxeminin düzgün olmaması və axan yükü tam qeydə ala bilməməsi) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.
30. Məhkəmə həmçinin qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
31. Materiallarda olan abonent saldosundan görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın nasaz olduğu müddətdə xx.xx.2023-cü il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borclar iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.
33. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 10096,70 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz.
34. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 10096,70 manat məbləğində borc silinməlidir.
35. Bununla yanaşı, iddiaçının silinməsini xahiş etdiyi borc məbləği 10000 manat göstərilmiş, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10000 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 10000 (on min) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova