Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2174/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi iddiaçı ləğv prosesində olan "xxxx" X1 nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi,vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8975,73 manat bundan 3366,63 manat əsas, 1884,48 manat faiz, 3261,20 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenumun qərarına əsasən hesablanmış 463,42 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 12KOB0003 №-li 25 oktyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20414 manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" MMC-yə kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 25 oktyabr 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********713 saylı 08.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi, Vəkil iddia tələbini qismən qəbul edərək, izahatında iddiaçı tərəfindən əsas məbləğinin çox hesablandığını, faiz və cərimə məbləği ilə isə ümumiyyətcə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25.10.2016-cı il tarixli 12KOB0003 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor - İddiaçı ASC tərəfindən borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 ay müddətinə illik 25 % dərəcəsi ilə 20414.00 manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. 25.10.2016-cı il tarixli 12KOB0003/1 və 12KOB0003/2 saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyət daşıdığını öhdəlik olaraq qəbul etmişdir. 24 avqust 2021-ci il tarixli 9/4096 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.04.2018-ci il tarixə əsas borc 2116,76 manat, faiz borcu 11,76 manat, 25.04.2018-ci il tarixdən 21.01.2021-ci il tarixə illik 5%-lə borc 301,61 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2, 467, 470.1 və 477.0.4-cü maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı 21.01.2021-ci il tarixə yaranmış 3366,63 manat əsas borc, 1884,48 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenumun qərarına əsasən hesablanmış 463,42 manat faiz borcu tələb etsə də, 24 avqust 2021-ci il tarixli 9/4096 nömrəli ekspert rəyinə əsasən 25.04.2018-ci il tarixə əsas borc 2116,76 manat, faiz borcu 11,76 manat, 25.04.2018-ci il tarixdən 21.01.2021-ci il tarixə illik 5%-lə borc 301,61 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tələb ekspert rəyində göstərilən həcmdə təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 269,87 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin cavabdeh zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbi rədd edilməlidir, belə ki, kredit müqaviləsinin müddəti 25 aprel 2018-ci il tarixədək müəyyən edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə 14.04.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürməsi müddətini ötürmüşdür. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2116,76 manat əsas, 11,76 manat faiz, müqavilə müddəti bitdiyi 25.04.2018-ci il tarixdən 21.01.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 301,61 manat və 269,87 manat cərimə borcu, cəmi 2700 manat məbləğində pul “İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ləğv prosesində olan "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 30,08%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30,08%-i, yəni 9,02 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 30,08%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 145 manat məbləğində pulun 43,62 manatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 101,38 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2116,76 manat əsas, 11,76 manat faiz, müqavilə müddəti bitdiyi 25.04.2018-ci il tarixdən 21.01.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 301,61 manat və 269,87 manat cərimə borcu, cəmi 2700 manat və dövlət rüsumu kimi ödənilmiş 9,02 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 145 manat məbləğində pulun 43,62 manatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 101,38 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddiaçı ləğv prosesində olan "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2174/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2174/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver