Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2178/2022 23.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Baladadaş qızına qarşı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsinin xitam edilməsi; iddiaçıya məxsus “Hyundai TG” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması; iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/ DİLİZ nömrəli X5 Müqaviləsinə əsasən yaranmış 8330.96 manat əsas borc, 3959.98 manat mükafat borcu 97.57 cərimə faizi cəmi 12388.51 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Baladadaş qızından tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsinin xitam edilməsi; iddiaçıya məxsus “Hyundai TG” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması; iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/ DİLİZ nömrəli X5 Müqaviləsinə əsasən yaranmış 8330.96 manat əsas borc, 3959.98 manat mükafat borcu 97.57 cərimə faizi cəmi 12388.51 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Baladadaş qızından tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsinə əsasən iddiaçı təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Hyundai TG” markalı **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 istifadəsinə vermişdir. Cavabdeh2 sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 9500 manat təşkil edir. Bu ümumi məbləğdən 3738 manat “lizinq verən”in mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada hər-ay 367,74 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 22.09.2019-cu il tarixdən etibarən hər ay 367,74 manat olmaqla ödəniş etməli olduğu təqdirdə 06.03.2020-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı “Hyundai TG” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı iddiaçı tərəfindən Cavabdeh2 faktiki qeydiyyatda olduğu ünvanı olan ünvan 1nin zamin Cavabdeh1 Baladadaş qızının ünvan 2 ünvanına da müxtəlif tarixlərdə yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək Bu Müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda cavabdehə iddiaçı tərəfindən 28.03.2022-ci il tarixdə taxes.gov.az satından vergi ödəyicisinin şəxsi kabinetinə “pretenziya” məktubu göndərilmişdir. İddiaçı tərəfindən işin meidasiya qaydasında həll edilməsi üçün 14.02.2022-ci il tarixdə Mediasiya Şurasında müraciət edilmiş, mediator tərəfindən 15.03.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsindən görünür ki, iddiaçı təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Hyundai TG” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 sahiblik və istifadəsinə verməyi, Cavabdeh2 isə bu müqavilənin şərtinə uygun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 Baladadaş qızı arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Baladadaş qızı Cavabdeh2 iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 9500 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə lizinq verən qarşısında cavabdehlik daşımagı öhdəsinə götürmüşdür. 22.08.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Hyundai TG” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təhvil verilmişdir. 31.03.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli Daxili Maliyyə lizinq müqaviləsinə əsasən həmin tarixə yaranmış 8330,96 manat əsas borc, 3959,98 manat mükafat borcu, 97,57 manat gecikdirilmiş cərimə məbləgi lizinq borcu mövcuddur. Müqavilənin ləgv edilməsi haqqında təklifdən görünür ki, iddiaçı Cavabdeh2 ogluna lizinq müqaviləsi üzrə ödənişi etmədiyi üçün müqavilənin ləgv olunmasını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsindən görünür ki, iddiaçı təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Hyundai TG” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 sahiblik və istifadəsinə verməyi, Cavabdeh2 isə bu müqavilənin şərtinə uygun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsinə əsasən iddiaçı 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Hyundai TG” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 Baladadaş qızı arasında 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh2 müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X5 müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə cavabdehin 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsinə əsasən yaranmış 8330,96 manat əsas borc, 3959,98 manat mükafat borcu, 97,57 manat gecikdirilmiş cərimə məbləği, cəmi 12388.51 manat məbləğində müəyyən olunur. Eyni zamanda iş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış “Zaminlik müqaviləsi” ilə Cavabdeh1 Baladadaş qızı Cavabdeh2 iddiaçı qarşısında onun öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.1.2-ci bəndinə əsasən cavabdeh ödənilməmiş məbləgin 0,3 %-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 97.57 manat məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onun qaytarılması üçün əsas yaranmışdır. Cavabdeh, 06.03.2020-ci il tarixindən sonra öhdəliyini yerinə yetirməmişdir və bu hal, lizinq verənin lizinq obyektini geri almaq, bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələblərinin qanuni əsasının (Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi) dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edir. Başqa sözlə, iddia tələbi X5 Müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş lizinq obyektinin iddiaçıya qaytarılması” hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 200 manat mediator xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/DİLİZ nömrəli X5 Müqaviləsinə xitam verilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Hyundai TG” minik markalı **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixdə 06/1908/ DİLİZ nömrəli X5 Müqaviləsinə əsasən yaranmış 8330.96 manat əsas borc, 3959.98 manat mükafat borcu, 97.57 cərimə, cəmi 12388.51 manat lizinqi borcu, 200 manat ilkin mediasiya xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Baladadaş qızından tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2178/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2178/2022
23.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver