Məhkəmə qərarları › İş №e-2-2(113)-218/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-218/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-218/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, X1 və ortaqlarının tam ortaqlıq «TAC» Kredit İttifaqının Cavabdeh qarşı 4563,30 manat əsas, 939,72 manat faiz, 1879,44 manat cərimə borcu olmaqla, cəmi 7382,46 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı (bundan sonra “Tac” Kredit İttifaqı) Cavabdeh qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh 4563,30 manat məbləğində olan əsas borc, 939,72 manat məbləğində faiz borcu, 1879,44 manat məbləğində cərimə olmaqla, cəmi 7382,46 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Tac” Kredit İttifaqı ilə Cavabdeh (VÖEN **********) arasında “159/SKMF-132” nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə vermişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “Tac” Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirməlidir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün bankın əməliyyat saatlarında kreditalanın cari hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Kreditor tərəfindən müqavilə üzrə yaranmış borcun qaytarılması barədə borcluya bildiriş göndərilsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 4563,30 manat məbləğində olan əsas borc, 939,72 manat məbləğində faiz borcu, 1879,44 manat məbləğində cərimə olmaqla, cəmi 7382,46 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli, 159/SKMF- 132 saylı “Tac” Kredit İttifaqı (kreditverən) ilə Cavabdeh (kreditalan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditverən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kreditalan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli kassa məxaric orderi ilə müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqından 5000 manat məbləğində vəsaiti almışdır. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx xxxxx 2015ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 12 ay ərzində hər ay 25 manat, növbəti 24 ay ərzində isə hər ay 233,35 manat məbləğində ödəniş edilməklə “Tac” Kredit İttifaqına qaytarmalı idi. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Tac” Kredit İttifaqı ilə bağladığı xx xxxxx 2015-ci il tarixli, 159/SKMF-132 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 4563,30 manat məbləğində olan əsas borc, 939,72 manat məbləğində faiz borcu, 1879,44 manat məbləğində cərimə olmaqla, cəmi 7382,46 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Tac” Kredit İttifaqı tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2017-ci il tarixli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında xx xxxxx 2015-ci il tarixdə 159/SKMF-132 saylı kredit müqaviləsi bağlanmışdır. “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdehnun “Tac” Kredit İttifaqına 4563,30 manat məbləğində əsas, 939,72 manat məbləğində faiz, 1879,44 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdehnun xx xxxxx 2015-ci il tarixli, 159/SKMF-132 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən Cavabdeh 4563,30 manat məbləğində əsas borc, 939,72 manat məbləğində faiz borcu, 1879,44 manat cərimə, cəmi 7382,46 manat məbləğində borc tutularaq X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4563,30 (dörd min beş yüz altmış üç manat, otuz qəpik) manat kredit, 939,72 (doqquz yüz otuz doqquz manat, yetmiş iki qəpik) manat faiz, 187 (yüz səksən yeddi) manat cərimə borcu olmaqla, cəmi 5690,02 (beş min altı yüz doxsan manat, iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq X1 və ortaqlarinin tam ortaqliq "Tac" Kredit İttifaqının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar