Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2184/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada: - İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,867.11 manat əsas borc, 695.90 manat faiz borcu, 4,214.53 manat cərimə borcu olmaqla, cəmi 32,777.54 manat məbləğində borcun; - İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,573.95 manat əsas borc, 438.86 manat faiz borcu, 2,995.38 Azərbaycan manatı cərimə borcu olmaqla, cəmi 21,008.19 manat məbləğində borcun; - İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,108.24 manat və əsas borc, 851.94 manatı faiz borcu, 6,324.89 manat cərimə borcu olmaqla, cəmi 44,285.07 manat məbləğində borcun; - İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,118.11 manat əsas borc, 329.81 manat faiz borcu, 2,371.65 manat cərimə borcu olmaqla, cəmi 16,819.57 manat məbləğində borcun; - İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,942.87 manat əsas borc, 288.62 manat faiz borcu, 1,976.88 manat cərimə borcu olmaqla, cəmi 14,208.37 manat məbləğində borcun, iddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) iləCavabdeh1 arasında 20 oktyabr 2023-cü il tarixdə İnvoysların Diskontlaşdırılması üzrə İDK0659 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. İDK0659 saylı Kredit Limiti Müqaviləsinin təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ZF0684 saylı, Zaminlik Müqaviləsi imzalanmışdır. İnvoysların Diskontlaşdırılması üzrə İDK0659 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində: Bankla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 14.50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29.50% olmaqla xx.xx.2023-cü il tarixədək 27,867.11 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2023-cü il tarixdə İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 14.50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29.50% olmaqla xx.xx.2023-cü il tarixədək 17,573.95 manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 14.50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29.50% olmaqla xx.xx.2023-cü il tarixədək 37,108.24 manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 14.50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29.50% olmaqla xx.xx.2023-cü il tarixədək 14,118.11 manat məbləğində pul vəsaiti verilmişdir. Bankla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 14.50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29.50% olmaqla xx.xx.2023-cü il tarixədək 11,924.87 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin borclular qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişlər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,867.11 manat əsas borc, 695.90 manat faiz borcu, 4,214.53 manat cərimə borcu olmaqla, cəmi 32,777.54 manat təşkil edir, gecikmə günü: 211 - İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,573.95 manat əsas borc, 438.86 manat faiz borcu, 2,995.38 manatı cərimə borcu olmaqla, cəmi 21,008.19 manat təşkil edir, gecikmə günü: 211 - İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,108.24 manat vəsas borc, 851.94 manatı faiz borcu, 6,324.89 manat cərimə borcu olmaqla, cəmi 44,285.07 manat təşkil edir, gecikmə günü: 211 - İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,118.11 manat əsas borc, 329.81 manat faiz borcu, 2,371.65 manat cərimə borcu olmaqla, cəmi 16,819.57 manat təşkil edir, gecikmə günü: 207 - İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,942.87 manat əsas borc, 288.62 manat faiz borcu, 1,976.88 manat cərimə borcu olmaqla, cəmi 14,208.37 manatı təşkil edir. gecikmə günü: 204 İddiaçı ASC tərəfindən iddia ərzəsinin verilməsi üçün 420 manat məbləğində dövlət rüsumu ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış İnvoysların Diskontlaşdırılması üzrə 20 oktyabr 2023-cü il tarixli İDK0659 saylı Kredit Limiti Müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit kiminitinin məbləği 300000 manat.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən bank müştərinin üçüncü şəxsə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında müştəriyə müqavilənin 1.1 və 1.2 bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan İD üzrə kredit limiti açır. Kredit limiti çərçivəsində invoys əsasında maliyyələşdirmənin tərəflər arasında imzalanacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olacaq müvafiq maliyyələşdirmə üçün ərizə formasında göstərilən şərtlər əsasında icra ediləcəkdir.
10. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ZF0684 saylı zaminlik müqaviləsinə əsasən zamin bank ilə bu müqavilənin 2.3-cü bəndində göstəriləm şəxs arasında imzalanacaq müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tm yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürür.
11. xx.xx.2023-cü il tarixli İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2023-cü ilə kimi illik 14.50% olmaqla 27867,11 manat məbləğində, eyni tarixli, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17573,95 manat, xx.xx.2023-cü il tarixli İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37108,24 manat, 01.2023-cü il tarixli İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinə kimi 14118,11 manat və xx.xx.2023-cü il tarixli İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinə kimi 11942,87 manat məbləğində kredit verilmişdir.
12. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, PB/PBŞ-OUT-00061-2024/2 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə banka İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,867.11 manat əsas borc, 695.90 manat faiz borcu, 4,214.53 manat cərimə borcu olmaqla, cəmi 32,777.54 manat təşkil edir, gecikmə günü, 211, İDK.0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,573.95 manat əsas borc, 438.86 manat faiz borcu, 2,995.38 manat cərimə borcu olmaqla, cəmi 21,008.19 manat təşkil edir, gecikmə günü 211, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,108.24 manat vəsas borc, 851.94 manatı faiz borcu, 6,324.89 manat cərimə borcu olmaqla, cəmi 44,285.07 manat təşkil edir, gecikmə günü: 211, İDK.0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,118.11 manat əsas borc, 329.81 manat faiz borcu, 2,371.65 manat cərimə borcu olmaqla, cəmi 16,819.57 manat təşkil edir, gecikmə günü: 207, İDK.0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,942.87 manat əsas borc, 288.62 manat faiz borcu, 1,976.88 manat cərimə borcu olmaqla, cəmi 14,208.37 manatı təşkil edir və gecikmə günü 204 gün.
13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
19. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/3615 saylı rəyində borclunun müqavilə müddətinin sonuna xx.xx.2023-cü il tarixli, İDK.0659/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu, 27867,11 manat, faiz borcu 662,23 manat, xx.xx.2023-cü il tarixli, İDK.0659/14 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 17573,95 manat və faiz borcu 424,70 manat, xx.xx.2023-cü il taixli İDK.0659/15 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 37108,24 manat, faiz borcu 851,94 manat, xx.xx.2023-cü il tarixli, İDK.0659/16 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsasə borcu 14118,11 manaty və faiz borcu 341,19 manat və xx.xx.2023-cü il tarixli İDK.0659/17 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 11942,87 manat və faiz borcu 283,81 manat müəyyən edilmişdir.
24. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışda göstərilən tarixlərə yaranmış borc tutularkən İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu ekspert rəyində daha aşağı həddə müəyyən edildiyi üçün rəyə uyğun, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə ekspert rəyi daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc faiz borcu həm iddia tələbində, həmdə ekspert rəyində eyni olduğu üçün iddia tələbinə uyğun, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (kespert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə iddia tələbinə əsasında (eksper rəyi daha yuxarı həddə müəyyən edilin) və İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir) faiz borcu isə iddia tələbinə uyğun (ekspert rəyi ilə daha yuxarı hədd götürülb) müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
27. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2023-cü il tarixli, İDK.0659/13 saylı, xx.xx.2023-cü il tarixli, İDK.0659/14 saylı, xx.xx.2023-cü il taixli İDK.0659/15 saylı xx.xx.2023-cü il tarixli, İDK.0659/16 saylı və xx.xx.2023-cü il tarixli İDK.0659/17 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulları tənasübsüz şəkildə yüksək olduğundan İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1394 manat, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 879 manatı, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1855 manat, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 706 manat və İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 597 manat məbləğində cərimə pulları cavabdehlərdən tutulmalıdır.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,867.11 manat əsas borc, 662,23 manat faiz borcu, 1394 manat cərimə borcu olmaqla, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,573.95 manat əsas borc, 424,70 manat faiz borcu, 879 manatı cərimə borcu; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,108.24 manat vəsas borc, 851.94 manatı faiz borcu, 1855 manat cərimə borcu, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,118.11 manat əsas borc, 329.81 manat faiz borcu, 706 manat cərimə borcu; İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,942.87 manat əsas borc, 283,81 manat faiz borcu, 597 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 407 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,867.11 manat əsas borc, 662,23 manat faiz borcu, 1394 manat cərimə borcu olmaqla, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,573.95 manat əsas borc, 424,70 manat faiz borcu, 879 manatı cərimə borcu; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,108.24 manat vəsas borc, 851.94 manatı faiz borcu, 1855 manat cərimə borcu, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,118.11 manat əsas borc, 329.81 manat faiz borcu, 706 manat cərimə borcu; İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,942.87 manat əsas borc, 283,81 manat faiz borcu, 597 manat cərimə borcu və dövlət rüsumunun əvəzi olaraq 407 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova