Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2185/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC və Cavabdeh2 MMC-dən 30.04.2019-cu il tarixli 489/M saylı kredit müqaviləsi üzrə əsas məbləğdən əsas borcu 1 800 000 AZN, faiz borcu 171 666.51 AZN, dəbbə pulu 54 000 AZN, ümumilikdə 2 025 666.51 AZN tutularaq İddiaçı ASC–yə ödənilməsi, cavabdeh “xxxx” MMC və Cavabdeh2 MMC-dən 30.04.2019-cu il tarixli 489/M saylı kredit müqaviləsi üzrə əsas borcu 400 000 AZN, faiz borcu 38 041.67 AZN, dəbbə pulu 16 000 AZN, ümumilikdə 454 041.67 AZN tutularaq İddiaçı ASC–yə ödənilməsi, cavabdeh “xxxx” MMC və Cavabdeh2 MMC-dən 21.04.2020-ci il tarixli 690/M saylı kredit müqaviləsi üzrə 2 545.94 ABŞ dolları məbləğində əsas borc, 6 365.55 ABŞ dolları məbləğində faiz borcu, 2 300 ABŞ dolları məbləğində dəbbə pulunun, ümumilikdə 11 211.49 ABŞ dolları məbləğində borcun İddiaçı ASC–yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.04.2021-ci il tarixdə iddiaçının İddiaçı ASC “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mübahisənin məhkəmədən kənar həll edilməsi ehtimalı yarandığından iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2185/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2185/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver