Məhkəmə qərarları › İş №e-2-2(113)-2186/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2186/2020

13.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2186/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “ X9 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla) protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “ X9 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi Cavabdehnə (“xxxx” MMC) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin torpağa görə 600 (altı yüz) manat, fərdi yaşayış evinə görə isə 5045,4 manat (beş min qırx beş manat qırx qəpik) olmaqla, cəmi 5645,4 manat (beş min altı yüz qırx beş manat qırx qəpik) sadələşdirilmiş verginin ödənilmədən bağlanması vəzifəsinin Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-53/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər X3, X4, X2 və Musayeva Könül Kamandar qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 71026,79 ABŞ dolları kredit borcu, 60 manat məhkəmə xərclərinin alınması, tutmanın ipoteka predmetinə yönəlməsi və X1 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 250000 manat müəyyən edilib, açıq hərracdan satılmaqla borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə dəbbə borcu 200 ABŞ dolları müəyyən edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5398/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-yə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı “xxxx” MMC-nin təşkilatçılığı ilə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə icra sənədi üzrə ipoteka predmetinin xx xxxxxx 2020-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərracın xx.xx.2020-ci il tarixdə təkrar hərraca çıxarılması bildirilmişdir. Lakin təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “xxxx” MMC-yə təklif olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi «xxxx” MMC qanunvericiliyin tələblərini pozaraq torpaq sahəsinə görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 (beş min altı yüz qırx beş) manat sadələşdirilmiş verginin ödənilməsini də xx xxxx 2020-ci il tarixli 101/1 saylı hesab-faktura təqdim etməklə “İpoteka saxlayan”dan tələb etmişdir. İddiaçı Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx MMC-nin xx.xx.2020-ci il tarixli təklif məktubuna cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu xx.xx.2020-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. “Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC xx xxxx 2020-ci il tarixli hesab-faktura ilə “xxxx” MMC-yə müraciət edərək, icra sənədi üzrə torpağa görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 manat sadələşdirilmiş verginin ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehə xx xxxx 2020-ci il tarixdə pretenziya göndərərək, hərrac üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin alıcıdan və ya ipoteka predmetini əldə edən şəxsdən tutulması hissəsi ilə razılaşmayaraq xx xxxx 2020-ci il tarixinədək hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını xahiş etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Cavabdeh pretenziya məktubuna xx.xx.2020-ci il tarixli məktubu ilə AR VN xx.xx.2019-cu il tarixli məktubuna istinad edərək əmlak üzrə hesablanmış sadələşdirilmiş vergi ödəndikdən sonra protokol və alqı-satqı müqaviləsi tərtib olunacağını bildirmiş və rəsmiləşmə aparılmaqdan imtina edilmişdir. AR Vergi Məcəlləsinin tələblərinə görə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin bilavasitə ipoteka predmetini əldə edən şəxsdən tutulması müəyyən edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan və malik olmayan şəxlər konkret olaraq göstərilmişdir. “xxxx” MMC əmlakı təqdim edən şəxs deyil, əldə edən şəxsdir və bu halda da qanunvericiliyin tələbinə əsasən sadələşdirilmiş verginin əmlakı əldə edən şəxs tərəfindən ödənilməsi tələb oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin hərracın yekunları üzrə alqısatqı müqavilələrinin bağlanmasından imtinası əsassız hesab edilməli, hərracın yekunları üzrə protokol və alqı-satqı müqavilələrinin bağlanması Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-yə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-nin təşkilatçılığı ilə ipoteka predmetinə tələbin yönəldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmetinin hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından ipoteka predmeti təkrar hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “xxxx” MMC-yə təklif olunmuşdur. Cavabdeh torpaq sahəsinə görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 manat sadələşdirilmiş verginin ödənilməsini xx xxxx 2020-ci il tarixli 101/1 saylı hesab-faktura təqdim etməklə “İpoteka saxlayan”dan tələb etmişdir. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli təklif məktubuna cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu xx.xx.2020-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli hesab-faktura ilə “xxxx” MMC-yə müraciət edərək, icra sənədi üzrə torpağa görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 manat sadələşdirilmiş verginin ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehə xx xxxx 2020-ci il tarixdə pretenziya göndərərək, hərrac üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin alıcıdan və ya ipoteka predmetini əldə edən şəxsdən tutulması hissəsi ilə razılaşmayaraq xx xxxx 2020-ci il tarixinədək hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını xahiş etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Cavabdeh pretenziya məktubuna xx.xx.2020-ci il tarixli məktubu ilə əmlak üzrə hesablanmış sadələşdirilmiş vergi ödəndikdən sonra protokol və alqı-satqı müqaviləsi tərtib olunacağını bildirmiş və rəsmiləşmə aparılmaqdan imtina edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ”xxxx” MMC-nin iddiası təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi ixtisaslaşdırılmış hərrac təşkilatları yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsi hərrac vasitəsilə həyata keçirildikdə (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) belə təqdim etməyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdırlar. Digər tərəfdən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə görə bu Məcəllənin 218.1ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.3-1-ci maddəsinin bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyriyaşayış sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin mahiyyətini və tutulması əsaslarını müəyyən edən yuxarıda göstərilən müddəalara müqayisəli şəkildə nəzər saldıqda isə aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda “xxxx” MMC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən “xxxx” MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin MMC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə görə hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “xxxx” MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “xxxx” MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar