Məhkəmə qərarları › İş №e-2-2(113)-219/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-219/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-219/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı ləğvetmə prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının nümayəndəsi X4 və cavabdeh X1 iştirakı ilə, İddiaçı ləğvetmə prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının cavabdeh X2 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğvetmə prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 161/02/29/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh 15531,80 manat məbləğində əsas borc, 129,50 manat məbləğində faiz borcu, 2488,01 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 2258,58 manat məbləğində faiz borcu, ümumilikdə 20407,89 manat məbləğində pulun və 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsümunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 400000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Pirəküşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsində yerləşən 1743,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinə yönəldilməsinə və əmlakın açıq hərracdan satılması, LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********27329701 saylı hesabına 220000 manat məbləğində əmanətinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 15531,80 manat məbləğində əsas borc, 129,50 manat məbləğində faiz borcu, 2488,01 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 2258,58 manat məbləğində faiz borcu, ümumilikdə 20407,89 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahatında cərimə borcu ilə razılaşmadığını bildirərək, tutmanın yalnız LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********27329701 saylı hesabında olan 220000 manat məbləğində əmanətinə yönəldilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı “Azadlıq” filialı xx.xx.2011-ci il tarixli 07 saylı etibarnamə əsasında fəaliyət göstərən direktor O.Q.Xubanlının şəxsində (Kreditor), digər tərəfdən Cavabdeh şəxsində (Borc alan), birlikdə (Tərəflər), arasında xx xxxxxx 2011-ci il tarixli, 161/02/29/11 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx xxxxxx 2011-ci il tarixli 25 saylı etibarnamə əsasında fəaliyyət göstərən QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankın “Azadlıq” filialının direktoru O.Q.Xubanlının şəxsində (Bank), digər tərəfdən Cavabdeh şəxsində (Borc alan), birlikdə (Tərəflər), arasında xx xxxxxx 2012-ci il tarixli, xx.xx.2011-ci il tarixli 161/02/29/11 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. Cavabdeh şəxsində (Girov qoyan) bir tərəfdən və 07 saylı xx.xx.2011-ci il tarixli etibarnamə əsasında fəaliyyət göstərən “Azadlıq” filialın direktoru O.Q.Xubanlının şəxsində, Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı (Girov saxlayan), arasında xx xxxxxx 2011-ci il tarixli, 161/02/29/11 nömrəli girov müqaviləsi bağlanmışdır. xx xxxxxx 2011-ci il tarixli 07 saylı etibarnamə əsasında fəaliyyət göstərən QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankın “Azadlıq” filialının direktoru O.Q.Xubanlının şəxsində (Girov saxlayan), digər tərəfdən Cavabdeh şəxsində (Girov qoyan), birlikdə (Tərəflər), arasında xx xxxx 2012-ci il tarixli, xx.xx.2011-ci il tarixli 161/02/29/11 saylı girov müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. xx xxxxxx 2011-ci il tarixli 07 saylı etibarnamə əsasında fəaliyyət göstərən QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankın “Azadlıq” filialının direktoru O.Q.Xubanlının şəxsində (İpoteka saxlayan), digər tərəfdən Cavabdeh şəxsində (İpoteka qoyan), birlikdə (Tərəflər), arasında xx xxxxxx 2011-ci il tarixli, 161/02/11/09.1-161/02/29/11 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Məhkəmə hesab edir ki, kreditor və borclular arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, borclu öhdəliklərini yerinə yetirməmiş, əsas faiz borcu və cərimə ödənilməmiş qalmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 30,12 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tutma ilkin olaraq Cavabdeh **********27329701 saylı hesabında olan 220000 manat məbləğində əmanətinə, həmin vəsait kifayət etmədikdə isə Abşeron rayonu Pirəküşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsində yerləşən 1743,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 161/02/29/11 saylı kredit müqaviləsi üzrə 15531,80 manat məbləğində əsas borc, 129,50 manat məbləğində faiz borcu, 30,12 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2258,58 manat məbləğində faiz borcu, cəmi 17950 manat məbləğində pul, həmçinin məhkəmə və ipotekanın qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul tutularaq ləğvetmə prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Banka ödənilməlidir. Tutma ilkin olaraq Cavabdeh LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********27329701 saylı hesabında olan 220000 manat məbləğində əmanətinə yönəldilməlidir. Əmanətdə olan pul tələb olunan vəsaitin ödənilməsinə kifayət etmədikdə tutma ilkin satış qiyməti 400000 manat olan Abşeron rayonu Pirəküşkül kəndində Cavabdeh mülkiyyətində olan 1,20 ha torpaq sahəsində yerləşən 1743,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinə yönəldilməli və həmin əmlak açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 161/02/29/11 saylı kredit müqaviləsi üzrə 15531,80 manat məbləğində əsas borc, 129,50 manat məbləğində faiz borcu, 30,12 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2258,58 manat məbləğində faiz borcu, cəmi 17950 manat məbləğində pul, həmçinin məhkəmə və ipotekanın qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul tutularaq ləğvetmə prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Banka ödənilsin. Tutma ilkin olaraq Cavabdeh LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********27329701 saylı hesabındakı 220000 manat məbləğində olan əmanətinə yönəldilsin. **********27329701 saylı hesabda olan pul tələb olunan vəsaitin ödənilməsinə kifayət etmədikdə tutma ilkin satış qiyməti 400000 manat olan Abşeron rayonu Pirəküşkül kəndində Cavabdeh mülkiyyətində olan 1,20 ha torpaq sahəsində yerləşən 1743,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinə yönəldilsin və həmin əmlak açıq hərracda satılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar