Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2191/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən yol verilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı MMC-yə dəymiş 4340 avro məbləğində zərərin, həmçinin iş üzrə iddiaçı tərəfindən vəkil xidmətləri üçün ödənilmiş 1000 AZN məbləğin və dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 21 iyun 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi Nümayəndə1 və xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi X1 tərəfindən EMİS vasitəsi ilə məhkəməyə ərizələr və xx.xx.2023-cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Həmin ərizələrdə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-сi maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-2191/2023 nömrəli kommersiya işi üzrə məhkəmə mübahisəsinin aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Cavabdeh İddiaçı tərəfindən ödəniş qəbzi əsasında yalnız tələb edilən 7210 (yeddi min iki yüz on) manat məbləğində vəsaiti iddiaçı "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürür. "xxxx" MMC-nin bank rekvizitləri bu sazişə əlavə edilir.
3. İddiaçı təsdiq edir və bəyan edir ki, onun Cavabdehə qarşı yalnız 7 210 (yeddi min iki yüz on) manat məbləğində ödənişdən əlavə hər hansı maddi, mənəvi və ya digər tələbi yoxdur.
4. İddiaçı bu Barışıq Sazişini imzalamaqla təsdiq edir ki, Cavabdehin onun qarşısında Barışıq Sazişinin 2-ci bənddə əks olunan öhdəlikdən başqa icra olunmamış və ya icra olunmalı olan hər hansı öhdəliyi mövcud deyildir.
5. X3 imzalanması ilə İddiaçı 13 dekabr 2019-cu il tarixli 21 700 Avro məbləğində ödənişi 009 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə əsasında köçürməsi barədə Banka ödəniş tapşırığı verdiyini qəbul edir.
6. İddiaçı bu Sazişin 2-ci bəndində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq icra etməyi öhdəsinə götürür.
7. Tərəflərdən hər birinin hazırki kommersiya işi üzrə birinci istansiya məhkəməsində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun öziinə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.
8. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
9. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barısində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
10. Saziş hər biri eyni hüquqi qüvvəyə malik ola 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı Kommersiya Məhkəməsinə təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.
11. Tərəflər Sazişin şərtlərinin onalara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova