Məhkəmə qərarları › İş №e-2-2(113)-22/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-22/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-22/2023 09.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X15 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8, cavabdeh X2 və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti MMC iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 19/04 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 115346,74 manat əsas, 21360,29 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu və 10765,54 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 147472,57 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ilkin olaraq ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının, daha sonra tələbin dəqiqləşdirilməsi üçün ödənilmiş ümumilikdə 140,02 manat dövlət rüsumu və bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10,65 manat dövlət rüsumu və bank xidmət haqqının və 20,71 manat xidmət haqqı və bank xidmət haqqının tutulmasını, Tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0978 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7A saylı, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışı: seriya RX, Ns 1492983, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nərimanov filialı ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/04 saylı kredit müqaviləsinə əsasən X5 24 ay müddətinə, illik 16% hesablanmaqla 150000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında ona məxsus ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124.6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin (Yüklülük çıxarışı: Seriya RX, № 1492983, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ipotekaya qoyulması barədə xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdehlər kreditin qaytarılması haqqında tərəfimizdən xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 və onun nümayəndəsi, Vəkil iddianı yalnız əsas borc hissədə qəbul etdiklərini, faiz və cərimə hissəsində isə qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X6 24 ay müddətinə, illik 16% hesablanmaqla 150000 manat məbləğində kredit verir. xx.xx.2019-cu il tarixli 01 nömrəli iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 X3 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və X9 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli 19/04 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin bazar dəyəri 220000, likvid dəyəri isə 190000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 9/7489 saylı 05 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2021-ci il tarixə 115346,74 manat əsas, 21360,29 manat faiz, 4197,34 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5 % borcu vardır təşkil edir. Tədqiqatın dəyəri 200 manatdır. "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ilə 18 noyabr 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə olan bazar dəyəri 200000 manat, likvid dəyəri 170000 manat təşkil edir. Tədqiqatın dəyəri 400 manatdır. xx.xx.2021-ci il tarixli ********* nömrəli 30,40 manat məbləğində, xx.xx.2021-ci il tarixli ********* nömrəli 51,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli ********** nömrəli 87,88 manat məbləğində qəbzlərdən görünür ki, "xxxx" ASC ümumilikdə 170,02 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7, 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmədə tədqiq edilmiş sübutla əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit, zaminlik və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iddia və iddia həcminin artırılması barədə ərizə əsaslı olduğundan təmin edilməlidir, belə ki, əsas və faiz borc hissədə tələb ekspert rəyinə uyğun olaraq 115346,74 manat əsas, 21360,29 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu hissədə əsaslıdır, həmçinin tələb iddia ərizəsinin verilməsi üçün ilkin olaraq ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı, daha sonra tələbin dəqiqləşdirilməsi üçün ödənilmiş ümumilikdə 140,02 manat dövlət rüsumu və bank xidmət haqqı, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10,65 manat dövlət rüsumu, bank xidmət haqqı və 20,71 manat xidmət haqqı və bank xidmət haqqının tutulması hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə illik 5% tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb də əsaslıdır və təmin olunmalıdır, belə ki, ekspert rəyində müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə 4197,34 manat məbləğində borc hesablanmış, bir gün üçün isə 16,02 manat məbləğində faiz borcu hesablanmışdır. Məhkəmə xx.xx.2021-ci il tarixdən ərizədə qeyd olunan xx.xx.2023-cü il tarixə 410 gün keçdiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə illik 5% borcu 6600,24 manatdır.(16,02x410=6568,2 manat). Həmçinin ekspert rəyində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə 4197,34 manat hesablandığını nəzərə alan məhkəmə qeyd edir ki, ümumilikdə 5% borcu 10765,54 manatdır.(6568,2+4197,34=10765,54 manat) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tam təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 400 manat məbləğində xərc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin ipoteka müqaviləsində likvid qiymətinin 190000 manat məbləğində müəyyən edildiyini nəzərə alan məhkəmə hesab edir ki, həmin əmlakın ilkin satış qiyməti müqavilədə olan qiymətə yaxın "xxxx" MMC-nin qiymətləndirdiyi kimi 170000 manat (likvid) müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 115346,74 manat əsas, 21360,29 manat faiz borcu və 10765,54 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 147472,57 manat kredit borcu, ödənilmiş 170,42 manat dövlət rüsumu və bank xidmət haqqı, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10,65 manat dövlət rüsumu və bank xidmət haqqı, 20,71 manat xidmət haqqı və bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tutma Cavabdeh2 mülkiyyətində olan ilkin satış qiyməti 170000 manat məbləğində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmalı və satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 borcu ödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 400 manat məbləğində xərc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 115346,74 manat əsas, 21360,29 manat faiz borcu və 10765,54 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 147472,57 manat kredit borcu, ödənilmiş 170,42 manat dövlət rüsumu və bank xidmət haqqı, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10,65 manat dövlət rüsumu və bank xidmət haqqı, 20,71 manat xidmət haqqı və bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ilkin satış qiyməti 170000 manat məbləğində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 borcu ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 400 manat məbləğində xərc cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar