Məhkəmə qərarları › İş №e-2-2(113)-2204/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2204/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2204/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işinə Bakı şəhərindən Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1804615,34 (bir milyon səkkiz yüz dörd min altı yüz on beş manat otuz dörd qəpik) manat – bundan 763200 (yeddi yüz altmış üç min iki yüz) manat əsas, 33869,70 (otuz üç min səkkiz yüz altmış doqquz manat yetmiş qəpik) manat faiz, 973837,64 (doqquz yüz yetmiş üç min səkkiz yüz otuz yeddi manat altmış dörd qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcunun və ödənilmiş 1292.70 (bir min iki yüz doxsan iki manat yetmiş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına (mağaza) yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına (mehmanxana-restoran) yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklıar satıldıqdan sonra boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 100.LN.2004.230413.00001 saylı kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən Cavabdeh2 MMC-yə 84 (səksən dörd) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə ******* (bir milyon iki yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC ilə 100.LN.2004.230413.00001 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh1 ilə bank arasında xx.xx.2013-cü il tarixli, 100.CL.230413.00001/f saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/30 saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/130/b saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza) ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli İ- SKMF/130/c saylı ipoteka müqaviləsinə və ona edilmiş xx.xx.2013-cü il tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran) ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 100.CL.230413.00001/k saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi ipotekaya qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə əmlakların qiymətləndirilməsi keçirilən zaman ipoteka predmeti olan daşınmaz əmlakların qiymətləri şişirdilmiş, həddindən artıq yüksək məbləğ hesablanmışdır. Əlavə olaraq tərəflər arasında imzalanmış kredit müqaviləsinin 2.5-ci bəndində dəbbə pulunun ödənilməsi razılaşdırılmışdır. İddia tələbində qeyd olunan dəbbə pulu kredit müqaviləsinin sadalanan bəndinə uyğun tələb olunur. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, məhkəmənin icraatında olan e-2-2(113)-2204/2022 saylı mülki iş üzrə iddia tələbi cərimənin tutulması hissəsində rədd edilməlidir. İddiaçı iddia tələblərində Cavabdeh2 MMC ilə bağlanmış 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas, faiz və xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcundan əlavə 973837,64 manat məbləğində cərimə (dəbbə pulu) də tələb edir. İddiaçı tərəfindən cərimə (dəbbə pulu) borcunun tutulması hissəsi ilə bağlı iddia ərizəsinin əsaslandırıcı hissəsində qeyd edilir ki, kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. İddia ərizəsinə əlavə edilmiş 23 aprel 2013-cü il tarixli kredit müqaviləsinin 8.1.5-ci bəndində qeyd edilir ki, borcalanın pul vəsaitinə mülahizəsiz qaydada öz sərəncamı ilə kreditorun təyin etdiyi məzənnə və şərtlər ilə daxili bazarda konvertasiya etmək və bunun nəticəsində əldə edilmiş vəsaiti artıq məbləğin borcalanın hesabına köçürülməsi şərti ilə borcalanın hesabına ödənilməsinə yönəltmək. Kredit müqaviləsinin 8.1.5-ci bəndinin tələbləri tam anlaşılan olmasa da əminlikə demək olar ki, bu bənd müqavilə üzrə dəbbə pulunun hesablanması qaydasını müəyyən etmir. Tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinin şərtlərində (heç bir bəndində) gecikdirilmiş öhdəliyə dəbbə pulunun (cərimənin) hesablanması razılaşdırılmamışdır. Belə olan halda iddiaçı tərəfindən 973837,64 manat cərimə pulunun hesablanması meyarı müəmmalı qalır. Belə ki, müqavilədə cərimə barədə razılaşma olduğu zaman gecikdirilmiş öhdəliyin gündəlik olaraq hansı hissəsi (faizi) cərimə kimi hesablanması göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş 17 mart 2021-ci il tarixli maliyyə arayışında da dəbbə pulunun hesablanması düsturu qeyd edilmədən hesablanmış və tələb olunan dəbbə pulunun məbləği 973837,64 manat olaraq göstərilmişdir. Qeyd edilən kredit müqaviləsində cərimə hesablanması (dəbbə pulu) barədə heç bir yazılı razılaşma olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. LPO "xxxx" ASC-nin Cavabdeh2 MMC-dən 973837,64 manat məbləğində cərimə borcunun (dəbbə pulu) tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Əlavə olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, iddia ərizəsinin Cavabdeh1 aid hissəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 23 aprel 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borcun Cavabdeh1 da tutulması bank tərəfindən məhkəmədən tələb edilir. Cavabdeh1 münasibətdə iddia tələbi rədd edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 23 aprel 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndində qeyd edilir ki, 23 aprel 2013-cü il tarixli, 100.L.N.2004.230413.0001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın (Cavabdeh2 MMC-nin) ******* manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında 23 aprel 2013-cü il tarixli, 100.L.N.2004.230413.0001 saylı kredit müqaviləsinə əsasən MMC-nə 36 ay müddətinə, illik 6 faiz olmaqla 1 200 000 manat məbləğində kredit verilmiş, eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə Cavabdeh1 həmin kredit müqaviləsi əsasında MMC-nin öz öhdəliklərini tam yerinə yetirənədək onunla birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 aprel 2013-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, həmin müqavilə öhdəlik tam icra olunduğu vaxta kimi qüvvədədir. Buna görə də Zaminlik müqaviləsinin 81-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Bu müqavilə borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan hesab edir ki, Cavabdeh1 ilə bağlanılmış 23 aprel 2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Kredit müqaviləsinin 5.1-ci bəndində qeyd edilir ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı Əlavəsində göstərilən cədvələ uyğun olaraq ödəməyə borcludur. Qeyd etmək lazımdır ki, birinci ödəniş 23 aprel 2013-cü il, sonuncu ödəniş isə 23 aprel 2020-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Bu baxımdan, bank zamin Cavabdeh1 qarşı 23 aprel 2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Hazırki iddia ərizəsi isə zaminə qarşı iddia verilməsi hüququ 1 (bir) il buraxıldıqdan sanra Bakı Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş və 15 aprel 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmənin icraatında olan 2-2(113)-2204/2022 saylı mülki iş üzrə iddiaçı ləğv prosessində olan iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbi rədd edilməlidir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: İddiaçı ASC “kreditor”, Cavabdeh2 MMC “borcalan” olmaqla imzalanmış 100.L.N.2004.230413.00001 saylı 23 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor borcalana 1.200.000 manat məbləğində kredit ayırmaq, borcalan istifadə etdiyi kreditə görə kreditora illik 6 faiz ödəmək öhdəliyi götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kredit cədvəli üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illk 50 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. 100.L.N.2004.230413.00001 saylı 23 aprel 2013-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəmə qrafikindən görünür ki , İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən əsas məbləğ və faizlər daxil edilməklə ödənişin vaxtı və aylıq tarifini müəyyən edən qrafik imzalanmışdır. “ipotekasaxlayan” "xxxx" ASC, “ipotekaqoyan”lar Cavabdeh1 və "xxxx" MMC olmaqla imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/30 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası, “ipotekasaxlayan” "xxxx" ASC, “ipotekaqoyan”lar Cavabdeh1 və "xxxx" MMC olmaqla imzalanmış xx.xx.2009-cu il tarixli İ- SKMF/130/b saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza), “ipotekasaxlayan” "xxxx" ASC, “ipotekaqoyan”lar Cavabdeh1 və "xxxx" MMC olmaqla imzalanmış xx.xx.2009-cu il tarixli İ-SKMF/130/c saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran), “ipotekasaxlayan” "xxxx" ASC, “ipotekaqoyan” Cavabdeh3, “Borcalan” Cavabdeh2 MMC olmaqla imzlanmış 10 oktyabr 2013-cü il tarixli 100.CL.230413.00001/k saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3na məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı çıxarışa əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı çıxarışa əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran), ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı çıxarışa əsasən Cavabdeh3na məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı çıxarışa əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 15/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran) bazar qiyməti 5.800.000 manat, likvid dəyəri 4.800.000 manat, 17/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) bazar dəyəri 780.000 manat, likvid dəyəri 690.000 manat, 16/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının bazar dəyəri 530.000 manat, likvid dəyəri 480.000 manat, 18/22 nömrəli 29 sentyabr 2022 tarixil qiymətləndirmə rəyində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinin bazar dəyəri 1.050.000 manat, likvid dəyəri 930.000 manat qeyd olumuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında 100.L.N.2004.230413.00001 saylı 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqavilə əsasında 1.200.000 manat məbləğində kreditin ayrılması tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsi öhdəliyi olsa da müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, cavabdehlərin nümayəndəsinin həmin məbləğləri mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 MMC-dən 763.200 manat əsas borc, 33.869,7 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 973837,64 (doqquz yüz yetmiş üç min səkkiz yüz otuz yeddi manat altmış dörd qəpik) manat cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 80.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflər arasında cərimə məbləğinin tutulması barədə yazılı razılığın olmamasına dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən qeyd edilənlərə münasibətdə bildirir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 2.5-ci bəndində kreditin cədvəl üzrə ödənilməsi razılaşdırılmadığı halda cərimə məbləğinin tutulması razılaşdırılmışdır. Bundan başqa iddiaçı AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcunun tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunanları əsas götürərək, məhkəmə hesab edir ki, 33708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcu Cavabdeh2 MMC-dən tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin kredit alan Cavabdeh2 MMC-nin kredit müqaviləsi razılaşmasından irəli gələn öhdəliklərinə zamin olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cərimə məbləğinin zamindən müştərək qaydada tutulması barədə iddia qaldırmışdır. AR Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 23 aprel 2013-cü il tarixli 100.LN.2004.230413.00001 nömrəli kredit müqaviləsinin 5.1-ci maddəsində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilən cədvələ uyğun olaraq ödəməyə borcludur. Ödəniş cədvəlinə əsasən birinci ödəniş 23 aprel 2013-cü il, sonuncu ödəniş isə 23 aprel 2020-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 23 aprel 2020-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. 23 aprel 2013-cü il tarixli 100.LN.2004.230413.00001 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran) ilkin satış qiyməti 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinin ilkin satış qiyməti 930.000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetlərinin hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulmasına münasibətdə qeyd edir ki, qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 1292,7 manat dövlət rüsumu, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan cəmi 1.000 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır. "xxxx" MMC-nin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN: **********, hesablaşma hesabı ABB Nərimanov filialı kod 805540, M/H: AZE03NABZ**********0000002944, SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ**********5********. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-dən LPO "xxxx" ASC-nin xeyrinə 763200 (yeddi yüz altmış üç min iki yüz) manat əsas, 33869,70 (otuz üç min səkkiz yüz altmış doqquz manat yetmiş qəpik) manat faiz, 80.000 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcu və ödənilmiş 1292.70 (bir min iki yüz doxsan iki manat yetmiş qəpik) manat dövlət rüsumu tutulmalı, tutma Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1na məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalı, tutma yönəldildikdə, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran), ilkin satış qiyməti 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinin ilkin satış qiyməti 930.000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən LPO "xxxx" ASC-nin xeyrinə 763200 (yeddi yüz altmış üç min iki yüz) manat əsas, 33869,70 (otuz üç min səkkiz yüz altmış doqquz manat yetmiş qəpik) manat faiz, 80.000 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcu və ödənilmiş 1292.70 (bir min iki yüz doxsan iki manat yetmiş qəpik) manat dövlət rüsumu tutulsun. "xxxx" MMC-yə ödənilməli olan cəmi 1.000 manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. Tutma Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlsin, həmin əmlaklar açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılsın. Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran) ilkin satış qiyməti 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində üzərində olan 434b saylı bağ evinin ilkin satış qiyməti 930.000 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar