Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-222/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 027R********** saylı krеdit razılaşması üzrə 12908,36 manat məbləğində krеdit bоrcu, 1018.28 manat məbləğində faiz bоrcu və 298.93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14225.57 manat; 027R********** saylı krеdit razılaşması üzrə 31061.78 manat məbləğində krеdit bоrcu, 3056.39 manat məbləğində faiz bоrcu və 894.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 35012.76 manat; ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 49238 (qırx doqquz min iki yüz otuz səkkiz) manat 33 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37.72 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027L**********24 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2091.64 manat ödəmiş, onun 12908.36 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 1018.28 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 148 gün üçün hеsablanmış cərimə 298.93 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 26 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 938.22 manat ödəmiş, onun 31061.78 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 147 gün üçün hesablanmış faiz borcu 3056.39 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 147 gün üçün hеsablanmış cərimə 894.59 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 200 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 237.72 manat məbləğindədir. Lakin İddiaçı QSC tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda 200 manat hissəsində dövlət rüsumunu ödəməkdən azaddır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********24 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200000 manat məbləğində uzunmüddətli kredit xəttini açır.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasına kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 29 noyabr 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur.
11. Müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir.
12. İddiaçı ilə Cavabdeh2 Əlimusa oğlu arasında bağlanmış 027S**********2 nömrəli 25 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar.
13. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********24 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı xx.xx.2022ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 24 ay müddətinə kredit alana verir.
14. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür.
15. Müqavilənin 4.1.3-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməyə borcludur.
16. 027R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşmasının ödəniş planına əsasən xx.xx.2024-cü il tarixinə kimi aylıq ödənilməli cəmi məbləğ 18807.7 manat, kredit qalığından aylıq ödəmə məbləği cəmi 15000 manat, aylıq faiz ödəməsinin məbləği 3807,7 manat müəyyən edilmişdir.
17. Kreditin verilməsi barədə xx.xx.2022-ci il tarixli köçürmədən göründüyü kimi Cavabdeh1 hesabına 15000 manat məbləğində pul köçürülmüşdür
18. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********24 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 027R********** saylı xx.xx.2022ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 32000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 26 ay müddətinə kredit alana verir.
19. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür.
20. Müqavilənin 4.1.3-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməyə borcludur.
21. 027R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşmasının ödəniş planına əsasən xx.xx.2025-ci il tarixinə kimi aylıq ödənilməli cəmi məbləğ 40653,14 manat, kredit qalığından aylıq ödəmə məbləği cəmi 32000 manat, aylıq faiz ödəməsinin məbləği cəmi 8653,14 manat müəyyən edilmişdir.
22. Kreditin verilməsi barədə xx.xx.2022-ci il tarixli köçürmədən göründüyü kimi Cavabdeh1 hesabına 32000 manat məbləğində pul köçürülmüşdür
23. 22.08.2023-cü il tarixli maliyyə arayışına əsasən 027R********** saylı xx.xx.2022ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borc 12908,36 manat, faiz üzrə borc 1018,28 manat, cərimə borcu 298,93 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 148 gün olmaqla cəmi borc məbləği 14225,57 manat müəyyən edilmişdir.
24. 22.08.2023-cü il tarixli maliyyə arayışına əsasən 027R********** saylı, xx.xx.2022ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borc 31061,78 manat, faiz üzrə borc 3056,39 manat, cərimə borcu 894,59 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 147 gün olmaqla cəmi borc məbləği 35012,76 manat müəyyən edilmişdir.
25. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı və xx.xx.2022-ci il tarixli 027R********** saylı krеdit razılaşmalarının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının verildiyi xx.xx.20223-cü il tarixinə və elektron qaydada xəbərdarlıq/pretenziya məktublarının göndərildiyi xx.xx.2023-cü il tarixə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/8633 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması müqaviləsi üzrə maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borcu 12978.91 manat, faiz borcu 1060.16 manat, elektron qaydada xəbərdarlıq/pretenziya məktublarının göndərildiyi xx.xx.2023-cü il tarixə faiz borcu 1623,30 manat, xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması müqaviləsi üzrə maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borcu 31061,78 manat, faiz borcu 3183.20 manat, elektron qaydada xəbərdarlıq/pretenziya məktublarının göndərildiyi xx.xx.2023-cü il tarixə faiz borcu 4530,94 manat müəyyən edilmişdir.
27. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
33. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
34. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
38. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması müqaviləsi ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən daha yuxarı məbləğdə müəyyən edilmişdir, lakin, xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması müqaviləsi üzrə əsas borc məbləği ilə ekspert rəyində müəyyən edilən əsas borc məbləği ilə eynilik təşkil etmiş, iddiaçı isə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması müqaviləsi əsas və faiz borcu iddiaçı tərəfindən iddia ərizəsində tələb olunan məbləğlərdə, xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması müqaviləsi üzrə əsas borc məbləği isə ekspert rəyinə müəyyən edilən məbləğdə, faiz borcu məbləği isə iddia ərizəsində tələb olunan məbləğdə (çünki iddiaçının faiz borcu tələbi rəydə göstərilən məbləğdən daha azdır) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
39. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşmasının 4.1.3-cü bəndinə əsasən hesablanmış 298,93 manat məbləğində və xx.xx.2022-ci il tarixli 027R********** kredit razılaşmasının 4.1.3-cü bəndinə əsasən hesablanmış 894,59 manat məbləğində cərimə pullarının cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
42. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşmasi üzrə 298,93 manat məbləğində və xx.xx.2022-ci il tarixli 027R********** kredit razılaşma üzrə isə hesablanmış 894,59 manat məbləğində dəbbə pulu tutulmalıdır.
43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 12908,36 manat məbləğində krеdit bоrcu, 1018.28 manat məbləğində faiz bоrcu və 298.93 manat məbləğində dəbbə pulu, 027R********** saylı krеdit razılaşması üzrə 31061,78 manat məbləğində krеdit bоrcu, 3056,39 manat məbləğində faiz bоrcu və 894.59 manat məbləğində cərimə borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat və dövlət rüsumu olaraq 37,72 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
46. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
47. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 37,72 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 12908,36 manat məbləğində krеdit bоrcu, 1018.28 manat məbləğində faiz bоrcu və 298.93 manat məbləğində dəbbə pulu; 027R********** saylı krеdit razılaşması üzrə 31061,78 manat məbləğində krеdit bоrcu, 3056,39 manat məbləğində faiz bоrcu və 894.59 manat məbləğində dəbbə pulu və dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 237,72 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova