Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-223/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, əsas və faiz borcu, dəbbə pulu, ipoteka, qarantiya) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 94470.07 manat əsas, 16753.14 manat faiz borcu olmaqla ümumilikdə cəmi 111223.21 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 92826.54 manat əsas, 8658.87 manat faiz, 130.31 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 101615.72 manat məbləğində borcun və ödənilmiş 502.84 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən, ümumi sahəsi 60.2 kv.m olan 46 nömrəli evin 27 nömrəli mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən "xxxx" MMC-yə İddiaçı ASC-nin “MXD” filialından illik 29%-lə 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən, ümumi sahəsi 60.2 kv.m olan 46 nömrəli evin 27 nömrəli mənzili 22 iyun 2022-ci il tarixli ipoteka müqaviləsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 ilə 31 may 2021-ci il tarixli, Cavabdeh6 ilə 22 iyun 2022-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən "xxxx" MMC İddiaçı ASC-nin “MXD” filialından illik 16% lə 36 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024cü il tarixədək "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 94470.07 manat əsas, 16753.14 manat faiz borcu olmaqla ümumilikdə cəmi 111223.21 manat borcu vardır. Cavabdeh1 MMC İddiaçı ASC ilə 01 iyun 2022-ci il tarixdə bağladığı № 6-SME-1-782-22/2 saylı qarantiya müqaviləsinə əsasən “Qarant” “Prinsipal”ın xahişi ilə, “Prinsipal”ın bundan sonra “Benefisiar” adlanacaq "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-cı il tarixli müqavilənin icrası ilə əlaqədar olaraq, bank təminatı kimi 100000 manat məbləğində 16 may 2023-cü il tarixədək qüvvədə olma müddəti ilə “Benefisiar”a icra qarantiyası vermişdir. Qarantiya müqaviləsinin 5-ci bəndinə əsasən qarantiya kreditə illik faiz dərəcəsi 16 faiz olmaqla və 24 ay müddətində çevriləcəkdir. 02 aprel 2024-cü il tarixədək Cavabdeh1 MMC-nin 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 92826.54 manat əsas, 8658.87 manat faiz, 1303.1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 102788.51 manat borcu vardır. Cavabdeh1 MMCnin 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1303.1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 130.31 manat məbləğində tələb olunur.
3. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə EMİS vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunan qarantiya müqaviləsinin şərtlərini nəzərdən keçirdikdə aydın olur ki, qarantiya benefisiarın ilkin tələbi ilə heç bir sübut təqdim olunmadan kredit müqaviləsinə çevrilir. Müqavilənin bu bəndi Mülki Məcəllənin 484-cü maddəsinin tələblərinə ziddir. Belə ki, qanunvericiliyə əsasən tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. Hazırkı halda Sun Fodd MMC qarantiya müddətinin bitməsinə 3 gün qalmış öhdəliyin pozuntusunun nədən ibarət olduğunu göstərmədən sadəcə tələb göndərmiş və nəticədə qarantiya müqaviləsi qanunvericiliyin tələblərinə zidd olmaqla kredit müqaviləsinə çevrilmişdir. Göstərilən səbəbdən həmin kredit müqaviləsi üzrə tələblər rədd olunmalıdır.
İİ Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddi tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə bağlı hissədə hər hansı əlavəsi yoxdur, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə əlaqədar qarantiyanın kreditə çevrilməsi ilə bağlı mülki qanunvericiliyin tələbinin pozulmuşdur, bu səbəbədən iddianın həmin hissədə təmin edilməməsini xahiş etdi.
7. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, Elektron sistemə əlavə edilmiş səndlərdən göründüyü kimi, iddiaçı ilə Cavabdeh6 arasında xx.xx.2022-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Lakin DSX-ya ünvanlanmış vəkil sorğusuna cavabdan müəyyən olunur ki, müqavilə imzalanan tarixdə Cavabdeh6 ölkə hüdudlarından kənarda olmuşdur. xx.xx.2022-ci il tarixində ölkəni tərk etmiş, xx.xx.2022-ci il tarixində ölkəyə geri dönmüşdür. O cümlədən Cavabdeh1 MMC-nin digər banklardan kredit götürməsi ilə bağlı oxşar işlər olmuş, onlarla bağlı da müəyyən edilmişdir ki, Cavabdeh6la həmin banklar arasındakı müqavilələr cavabdeh ölkə hüdudlarından kənarda olarkən bağlanmış, həmin imzalar ona məxsus olmamışdır. Bununla bağlı həm məhkəmə qərarları və ekspert rəyləri işə əlavə edilmişdir. Həm məhkəmə işlərindən, həm də MMC-nin öz tarixçəsindən də göründüyü kimi keçmiş rəhbərlərin fəaliyyəti dövründə ciddi pozuntulara yol verilmişdir və bu imzalar saxtalaşdırılmışdır. Bununla bərabər MMC-nin keçmiş rəhbərliyi AR CM-in 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Keçmiş direktorlardan biri hazırda həbsdədir və iş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Digər rəhbər şəxləri isə ölkə xaricində olduqları üçün barələrində axtarış elan edilib və cinayət işi üzrə icraat dayandırılıb. Zaminlik müqavilələri də məhz MMC-yə həmin şəxslərin rəhbərliyi dövründə imzalanıb. Hesab edir ki, həm əvvəlki işlər üzrə ekspertizaların nəticələri, həm də şəxsin ölkə hüdudlarından kənarda olması, həmçinin digər zaminlərlə olan zaminlik müqavilələrinin kredit müqaviləsi ilə eyni tarixdə, Cavabdeh6la olan müqavilənin fərqli tarixdə olması qeyd edilənləri bir daha təsdiq edir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia zamin Cavabdeh6 münasibətdə rədd edilməlidir. İİİ Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Kreditor İddiaçı ASC ilə borc alan Cavabdeh1 MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22/1 saylı overdraft limitinin ayrılmasına dair müqavilədən görünür ki, overdraft limitinin məbləği 100.000 manat, overdraft limitinin müddəti 36 ay, overdraft limiti üzrə faiz dərəcəsi 16% nəzərdə tutulmuşdur.
12. kreditor İddiaçı ASC ilə borc alan Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22/1 saylı kredit limitinin ayrılmasına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən kredit limitinin məbləği 500000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə faiz dərəcəsi 29% kredit limiti üzrə illik cərimə faiz dərəcəsi 54% olması nəzərdə tutulmuşdur.
13. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/08466/22 saylı, X5 arasında xx.xx.2022-ci il tarixli, Z/08469/22 saylı, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, Z/08468/22 saylı, Cavabdeh6 Qələndər oğlu arasında xx.xx.2022-ci il tarixli, Z/08463/22 saylı zaminlik müqavilələrinin: 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2022-ci il tarixli 6-SME-1-782- 22/1 saylı kredit limitinin ayrılmasına dair müqavilə-bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısınd öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsinə göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 6.3-cü maddəsinə əsasən, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
14. xx.xx.2022-ci il tarixli, 11/2543 saylı bank qarantiyası müqaviləsinə əsasən prinsipial Cavabdeh1 MMC-nin müraciətinə əsasən qarant adlanan İddiaçı ASC cəmi 100000 manat məbləğindən artıq olmayan hər hansı məbləği və məbləğləri prinsipialın ilk yazılı tələbinin əsli əsasında əlavə heç bir əsaslandırıcı sənəd və yaxud sübut ətləb etmədən 5 iş günü ərzində ödəniləcəyinə geri çağrılmayan təminat verilmişdir. Qarantiya 16 may 2023-cü il tarixinə kimi qüvvədədir. Bu qarantiya ilə əlaqədar hər hansı tələb yuxarıda qeyd olunmuş tarixdən gec olmayaraq qaranta təqdim olunmalıdır.
15. Yelo Bank ASC və Fiesta Group MMC arasında bağlanan (prinsipial Cavabdeh1 MMC və benefisiar "xxxx" MMC olmaqla) xx.xx.2022-ci il tarixli, 6-SME-1- 782-22/2 saylı bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə 9 saylı razılaşmaya (qarantiya verilməsinə dair) əsasən məbləğ 100000 manat, müddət 11 ay, bitmə tarixi xx.xx.2023-cü il, qarantiya kreditə çevrildikdə illik faiz 15 faiz, razılaşmanın təyinatı xx.xx.2022-ci il tarixli SA22/147 saylı müqaviləyə əsasən icra qarantiyasının verilməsi müəyyən edilmişdir. Razılaşmanın 10-cu bəndinə əsasən bu razılaşma 6-SME- 1-782-22 nömrəli xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılması üzrə razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
16. xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə sazişin: 1.1-ci bəndinə əsasən müqaviləyə qeyd olunan redaksiyada 10-cu bənd əlavə edilir:- Sumqayıt şəhəri, X3 qəsəbəsi, Xətai küçəsi, ev 46, mənzil 27 ünvanında yerləşən və Cavabdeh2 məxsus olan mənzil ipotekası və - Cavabdeh6 tərəfindən verilən zaminlik.
17. İddiaçı ASC ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 (ipoteka qoyan) və Fiesta Group MMC (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DA/00769/22 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********07-05101-093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Sumqayıt şəhəri, X3 əsəbəsi, Xətai küçəsi, ev 46, mənzil 27 ünvanında yerləşən və mülkiyyət hüquqları Cavabdeh2 adına hüquqi qeydiyyata alınmış daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.
18. Bank tərəfindən Cavabdeh2 ünvanlanan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, cavabdeh ipoteka qoyan tutmanın ipoteka predmetinə yönəldilməyə başlanması barədə xəbərdar olmuşdur.
19. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışı əsasında Sumqayıt şəhəri, X3 əsəbəsi, Xətai küçəsi, ev 46, mənzil 27 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
20. "xxxx" MMC-nin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, SF/H/2023/37 saylı məktubunda prinsipial Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli, SA22/147 nömrəli müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq 28 gün müddətində aldığı malların dəyərini ödəmədiyi və 100000 manat məbləğində borcunun yarandığı və həmin məbləğin köçürlməsində köməklik göstərilməsini xahiş etmişdir.
21. Azərbaycan Sənaye Bankı tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2023cü il tarixli, 8614/107 saylı məktubunda "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 11/2543 nömrəli 100000 manat məbləğində olan bank qarantiyası məktubu üzrə tələb irəli sürüldüyü və tələbin ümumi məbləğinin 100000 manat olduğu və 5 iş günü ərzində həmin məlbəğin benefisiarın (Sun Food MMC) hesabına köçürülməsi xahiş edilmişdir.
22. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 11/2543 saylı qarantiya müqaviləsi üzrə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 100000 manat məbləğində pul vəsaiti köçürmüşdür.
23. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə qalıq məbləği 94470,07 manat, faiz borcu üzrə qalıq məbləği 16753,14 manat olmaqla cəmi borcu 111223,21 manat təşkil edir.
24. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə qalıq məbləği 92826.54 manat, faiz borcu üzrə qalıq məbləği 8658,87 manat və cərimə borcu 1303,1 manat olmaqla cəmi borcu 102788,51 manat təşkil edir
25. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-136/2024 saylı rəyinə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 46 üvanında yerləşən Cavabdeh2 məxsus 27 nömrəli mənzilin hazırkı bazar qiyməti 44000 manat və likvid qiyməti 40000 manat təşkil edir.
26. 15.04.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 502,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
27. AR Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22/1 saylı overdraft limitinin ayrılması barədə müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 95062,27 manat, faiz borcu üzrə 8776,92 manat, xx.xx.2023-cü il tarixli 6-SME-1-782-22/2 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsasən 93098,59 manat və faiz borcu 8399,56 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.
28. AR Dövlət Sərhəd Xidməti tərəfindən “Fortiori” Vəkil Bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda Cavabdeh6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlar təqdim edilmişdir.
29. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 209/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh6 cavabdehlər "xxxx" ASC (Ləğv prosesindədir), "xxxx" MMC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin və təsis qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4302/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4302/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh6 ilə "xxxx" MMC arasında mövcud olan kredit və sair münasibətlər üzrə səlahiyyətli vəzifəli və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayət əlamətləri üzrə müvafiq araşdırma aparılmasının təşkili üçün Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilmişdir.
31. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-123/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilmiş, iddia Cavabdeh6 dair hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-676/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-22/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
32. X2 MMC-nin xx.xx.2023-cü il tarixli 68 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə vərəqində Cavabdeh6 adından inşa edilmiş 5 ədəd imza Cavabdeh6 adından deyil, başqa şəxs tərəfindən bənzədilərək icra edilmişdir.
33. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin zamin qrafasındakı imzaların Cavabdeh6 tərəfindən icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
34. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələsində imza Cavabdeh6 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
35. Beləliklə, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit və qarantiya müqaviləsindən irəli gəlmişdir. İddiaçı Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrasını tələb edir.
36. AR Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
37. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdehə illik 29%-lə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmış, bunun əsasında xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22/1 saylı overdraft limitinin ayrılması barədə müqaviləyə əsasən Cavabdeh1 MMC-yə illik 16% olmaqla 36 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədi ilə bankla cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 arasında xx.xx.2022-ci il tarixli, Cavabdeh6 arasında isə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri imzalanmış, əlavə olaraq bank və Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 46 nömrəli evin 27 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Cavabdeh1 MMC (Prinsipial) və İddiaçı ASC (qarant) arasında bağlanan xx.xx.2022-ci il tarixli, 11/2543 saylı bank qarantiyası müqaviləsinə əsasən, tərəflər xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqədar olaraq prinsipialın müraciəti əsasında qaranat tərəfindən 100000 manat məbləği əlavə heç bir əsaslandırıcı sənəd və yaxud sübut tələb etmədən 5 iş günü ərzində ödəniləcəyi barədə razılığa gəlmişlər. Qarantiya müqaviləsində onun hüquqi qüvvəsi 16 may 2023-cü il tarixə qədər müəyyən edilmiş, həmçinin qarantiyanın illik faiz dərəcəsi 16 % olmaqla kreditə çevriləcəyi nəzərdə tutulmuşdur. Azərbaycan Sənaye Bankı tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli, 8614/107 saylı məktub əsasında "xxxx" MMC (benefisiar) tərəfindən xx.xx.2022-ci il tarixli 11/2543 nömrəli müqavilə üzrə 100000 manat məbləğin benefisiarın hesabına köçürülməsi xahiş edilmiş, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 100000 manat məbləğində pul vəsaiti köçürmüşdür.
38. İddiaçı hazırda banka ödənilməmiş əsas, faiz borcu və dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış edir.
39. Məhkəmə ilkin olaraq xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22/1 saylı overdraft limitinin ayrılması barədə və xx.xx.2023-cü il tarixli 6-SME-1-782-22/2 saylı qarantiya verilməsinə dair müqavilələrin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
40. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
41. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
42. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin müddətinin 36 ay, xx.xx.2023-cü il tarixli müqavilənin müddətinin isə 24 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə borcalana və zaminlərə pretenziya məktubu ünvanlayaraq müqavilə borcun qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqqlıdır.
43. Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş etirazın “qarantiyanın benefisiarın ilkin tələbi ilə heç bir sübut təqdim olunmadan kredit müqaviləsinə çevrilməsi şərtinin Mülki Məcəllənin 484-cü maddəsinin tələblərinə zidd olması” barədə dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
44. İş materiallarından görünür ki, prinsipial tərəfindən qarantiya müqaviləsinin şərtləri pozulduğundan müqavilə üzrə müddət kredit limitinə hesbalanmaqla xx.xx.2023cü il tarixindən 24 ay müddətinə uzadılmış və iddiaçı tərəfindən müddət yekunlaşmadan xx.xx.2024-cü il tarixdə xəbərdarlıq ünvanlanaraq yaranmış bütün borc məbləği MMCdən tələb edilmişdir.
45. Göründüyü kimi, ikinci müqavilə üzrə mübahisə xx.xx.2023-cü il tarixli bank qarantiyasından irəli gəlmişdir. Məlum olduğu kimi, bank qarantiyası bank ilə benefisiar arasında bağlanan tək tərəfli müqavilədir.
46. AR Mülki Məcəlləsinin: 478-ci maddəsinə əsasən, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən, qarantiya prinsipalın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 485.2-ci maddəsinə əsasən, qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir. 487.1-ci maddəsinə əsasən, qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır.
47. İşin hallarından görünür ki, qarantiya müqaviləsində onun hüquqi qüvvəsi xx.xx.2023-cü il tarixə qədər müəyyən edilmiş, həmçinin qarantiyanın illik faiz dərəcəsi 16 % olmaqla kreditə çevriləcəyi nəzərdə tutulmuşdur. Azərbaycan Sənaye Bankı tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli, 8614/107 saylı məktub əsasında "xxxx" MMC (benefisiar) tərəfindən 100000 manat məbləğin benefisiarın hesabına köçürülməsi xahiş edilmiş, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 100000 manat məbləğində pul vəsaiti köçürmüşdür.
48. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin qarantiya üzrə yazılı tələbi Mülki Məcəllənin tələblərinə uyğun olmuşdur. Çünki benefisiar qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələbi qaranta yazılı formada təqdim etmişdir. Həmçinin qarantiya müqaviləsnin 5-ci bəndinə əsasən Cavabdeh1 MMC tərəfindən benefisiar qarşısında götürmüş olduğu öhdəlik pozulduğundan qarantiya kreditə çevrilmiş və iddiaçı haqqlı olaraq əsas borca faiz məbləği hesablamışdır.
49. Hər iki müqavilə üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
50. Hər iki müqavilə üzrə əsas və faiz borcu məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 6-SME-1-782-22/1 saylı overdraft limitinin ayrılması barədə müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 95062,27 manat, faiz borcu üzrə 8776,92 manat, xx.xx.2023-cü il tarixli 6-SME-1-782-22/2 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsasən 93098,59 manat və faiz borcu 8399,56 manat müəyyən edilmişdir.
51. Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert rəyində göstərilən əsas borc məbləği iddia tələbində qeyd olunan məbləğdən daha yuxarı həddə və faiz borcu məbləğləri ilə iddia tələbində tələb olunan məbləğlərdə daha aşağı həddə müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, iddia tələbindən kənara çıxmamaq şərtilə ekspert rəyinə sübut kimi qiymət verərək və tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, əsas borc məbləği iddia tələbində qeyd olunan, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 94470.07 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 92826.54 manat, faiz borcları isə ekspert rəyində göstərilən məbləğdə, yəni 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 8776.92 manat və 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 8399.56 manat hədlərdə müəyyən edilməlidir.
52. İddiaçı eyni zamanda 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 130.31 manat cərimə borcunun cavabdehlərdən tutulmasını tələb edir. Belə ki, xx.xx.2022-ci il tarixli kredit komitəsinin qərarında gecikmə olduğu halda gecikdirilmiş borca görə günlük 0.1 faiz cərimə tətbiq olunacağı qeyd edilmişdir.
53. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
54. Əlavə olaraq AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).
55. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı, cavabdehlərdən iddiaçının xeyrinə 130,31 manat məbləğində dəbbə pulu tutulmalıdır.
56. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı, cavabdehlərdən iddiaçının xeyrinə 130.31 manat məbləğində dəbbə pulu tutulmalıdır.
57. Eyni zamanda məhkəmə Cavabdeh4, Cavabdeh3, və X5 ilə bağlanan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxslər borcu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
58. Məhkəmə digər Cavabdeh6 dair hissədə iddia tələbini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
59. Belə ki, Cavabdeh6 ilə zaminlik müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır, AR Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş həmin şəxsin dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasındakı məlumatların təhlili göstərir ki, Cavabdeh6 xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış, xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. Beləliklə, mübahisəli zaminlik müqaviləsi bağlanan tarixdə (xx.xx.2022) cavabdeh ölkə hüdudlarından kənarda olmuşdur. Əlavə olaraq analoji tələb üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-123/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə məhkəmə zaminlik müqaviləsinin Cavabdeh6 tərəfindən imzalanmaması qənaətinə gəlmiş və iddiaçı "xxxx" ASC-nin “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia Cavabdeh6 dair hissədə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-676/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-22/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan əlavə digər məhkəmə mübahisəsi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-209/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh6 “zaminlik müqaviləsinin və təsis qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4302/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
60. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, Cavabdeh6la bağlanan zaminlik müqaviləsi onun iştirakı olmadan bağlandığından hər hansı hüquqi nəticə doğurmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, bu fakt iş materiallarına əlavə edilmiş qətnamələr və ekspert (mütəxəssis) rəyləri ilə təsdiq olunduğundan və cavabdehin nümayəndəsi və vəkili məhkəmənin sualına cavab olaraq ekspertizanın keçirilməsinə ehtiyac olmadığını bildirdiyindən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi üçün zərurət mövcud olmamışdır, bundan əlavə keçirilmiş ekspertizanın mötəbərliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
61. AR MM-in: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. AR MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
61. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən zaminlik müqaviləsi Cavabdeh6 tərəfindən imzalanmadığından, Cavabdeh6 iddiaçı qarşısında zaminlik müqaviləsindən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır, odur ki iddia tələbi Cavabdeh6 dair hissədə təmin edilməməlidir.
62. İddiaçı tələbində həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 46 üvanında yerləşən 27 nömrəli mənzilə yönəldilməsini xahiş edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
64. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əssən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
65. İpoteka predmeti olan əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-136/2024 saylı rəyinə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 46 üvanında yerləşən Cavabdeh2 məxsus 27 nömrəli mənzilin hazırkı bazar qiyməti 44000 manat və likvid qiyməti 40000 manat təşkil etmişdir.
66. Yuxarıda sadalanan normaların tələblərini və cavabdehin əmlakın satış qiymətinin 40000 manat müəyyən edilməsinə hər hansı etirazı olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, tutma ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 46 üvanında yerləşən 27 nömərli mənzilə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 40000 (likvid qiyməti) manat müəyyən edilməklə, açıq hərracdan satılmalıdır.
67. Məhkəmə xüsusi olaraq qeyd edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X5 və iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstər məmişlər.
68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
69. İddiaçı eyni zamanda iddia ərizəsində ödənilmiş 502.84 manat manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və həmin ödənişlərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir.
70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. İddia tələbi qismən təmin edildiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.
72. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan ümumilikdə 50 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
V Nəticə:
73. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 94470.07 manat əsas, 8776.92 manat faiz borcu, 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 92826.54 manat əsas, 8399.56 manat faiz borcu, 130.31 manat dəbbə pulu olmaqla, cəmi 204603.4 manat, həmçinin ödənilmiş 502.84 manat dövlət rüsumu tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 40000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi təqdirdə qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pul məbləği cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov