Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2230/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Cavabdeh2nə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən birgə qaydada DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 175073,95 (bir yüz yetmiş beş min yetmiş üç manat doxsan beş qəpik) manat əsas borc, manat faiz borcu, (altı yüz altmış altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 78,22 (yetmiş səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələr ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 04 iyul 2023-cü il tarixli barışıq sazişindən görünür ki:
1. Sazişin ümumi şərtləri. 1.1. İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 90052885LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 1.2. Eyni zamanda tərəflər arasında X2 çərçivəsində xx.xx.2022-ci il tarixli DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 175073,95 (bir yüz yetmiş beş min yetmiş üç manat doxsan beş qəpik) manat məbləğində kreditlərin yenidən maliyyələşdirilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. 1.3. Bundan başqa, bank ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, Z5184 saylı zaminlik müqaviləsi bağlanmışdır. 1.4. Cavabdeh1 MMC və Cavabdeh2 MMC DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixə 175073,95 (bir yüz yetmiş beş min yetmiş üç manat doxsan beş qəpik) manat əsas borc, 27275,08 (iyirmi yeddi min iki yüz yetmiş beş manat səkkiz qəpik) manat faiz borcu, 7767,60 (yeddi min yeddi yüz altmış yeddi manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 210116,63 (iki yüz on min bir yüz on altı manat altmış üç qəpik) manat məbləğində borclu olduqlarını etiraf edirlər. 1.5. Zamin Cavabdeh1 MMC barışıq sazişi üzrə borclu kimi müəyyən edilir və barışıq sazişi üzrə “Translog" MMC-nin öhdəlikləri eyni qaydada Cavabdeh2 MMC-yə aid edilir. 1.6. Barışıq sazişi imzalandığı tarixdən etibarən müqavilə üzrə faiz və cərimə borcunun hesablanması dayandırılır.
2. Saziş üzrə öhdəliklərin icra olunması qaydaları. 2.1. Cavabdeh1 MMC və Cavabdeh2 MMC 210116,63 (iki yüz on min bir yüz on altı manat altmış üç qəpik) manat məbləğində borcu barışıq sazişinin təsdiq edildiyi gündən başlayaraq hər növbəti ayın həmin günü (yəni barışıq sazişinin təsdiq edildiyi günün tarixi) 10000 (on min) manat və ondan az olmayaraq ödəməyi öz öhdəsinə götürürlər. 2.2. Qeyd olunan öhdəliklərin icrası İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir.
3. Saziş üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinin nəticələri. 3.1. Bu sazişin şərtləri Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən pozulduqda və ya 10 (on) təqvim günü ərzində icra edilmədikdə və ya gecikdirildikdə saziş məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası qanunvericiliyinin (İcra haqqında və digər normativ hüquqi aktların) tələblərinə əsasən məcburi qaydada dərhal icra edilir və icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilir. 3.2. Bu sazişlə müəyyən olunan öhdəliklər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən lazımı qaydada icra edilmədikdə qalıq borc tam şəkildə sazişin 3.1-ci bəndində müəyyən edilmiş qaydada Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən birgə qaydada tutularaq (hər biri tam həcmdə) İddiaçı ASC-yə ödənilir.
4. Digər müddəalar. 4.1. Bu saziş Cavabdeh1 MMC və Cavabdeh2 MMC (və ya onların səlahiyyətli nümayəndələri) və İddiaçı ASC (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. 4.2. Bu saziş eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Sazişin ümumi şərtləri. 1.1. İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 90052885LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 1.2. Eyni zamanda tərəflər arasında X2 çərçivəsində xx.xx.2022-ci il tarixli DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 175073,95 (bir yüz yetmiş beş min yetmiş üç manat doxsan beş qəpik) manat məbləğində kreditlərin yenidən maliyyələşdirilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. 1.3. Bundan başqa, bank ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, Z5184 saylı zaminlik müqaviləsi bağlanmışdır. 1.4. Cavabdeh1 MMC və Cavabdeh2 MMC DC90052885-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixə 175073,95 (bir yüz yetmiş beş min yetmiş üç manat doxsan beş qəpik) manat əsas borc, 27275,08 (iyirmi yeddi min iki yüz yetmiş beş manat səkkiz qəpik) manat faiz borcu, 7767,60 (yeddi min yeddi yüz altmış yeddi manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 210116,63 (iki yüz on min bir yüz on altı manat altmış üç qəpik) manat məbləğində borclu olduqlarını etiraf edirlər. 1.5. Zamin Cavabdeh1 MMC barışıq sazişi üzrə borclu kimi müəyyən edilir və barışıq sazişi üzrə “Translog" MMC-nin öhdəlikləri eyni qaydada Cavabdeh2 MMC-yə aid edilir. 1.6. Barışıq sazişi imzalandığı tarixdən etibarən müqavilə üzrə faiz və cərimə borcunun hesablanması dayandırılır.
2. Saziş üzrə öhdəliklərin icra olunması qaydaları. 2.1. Cavabdeh1 MMC və Cavabdeh2 MMC 210116,63 (iki yüz on min bir yüz on altı manat altmış üç qəpik) manat məbləğində borcu barışıq sazişinin təsdiq edildiyi gündən başlayaraq hər növbəti ayın həmin günü (yəni barışıq sazişinin təsdiq edildiyi günün tarixi) 10000 (on min) manat və ondan az olmayaraq ödəməyi öz öhdəsinə götürürlər. 2.2. Qeyd olunan öhdəliklərin icrası İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir.
3. Saziş üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinin nəticələri. 3.1. Bu sazişin şərtləri Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən pozulduqda və ya 10 (on) təqvim günü ərzində icra edilmədikdə və ya gecikdirildikdə saziş məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası qanunvericiliyinin (İcra haqqında və digər normativ hüquqi aktların) tələblərinə əsasən məcburi qaydada dərhal icra edilir və icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilir. 3.2. Bu sazişlə müəyyən olunan öhdəliklər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən lazımı qaydada icra edilmədikdə qalıq borc tam şəkildə sazişin 3.1-ci bəndində müəyyən edilmiş qaydada Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən birgə qaydada tutularaq (hər biri tam həcmdə) İddiaçı ASC-yə ödənilir.
4. Digər müddəalar. 4.1. Bu saziş Cavabdeh1 MMC və Cavabdeh2 MMC (və ya onların səlahiyyətli nümayəndələri) və İddiaçı ASC (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. 4.2. Bu saziş eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova