Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2234/2022 19.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X5 qızının katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh "xxxx" MMC və digərlərinə qarşı əmlak tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" MMC və digər şəxsdən əmlakların alınması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə X1 ərizəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə görə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qoşula bilər, yəni L.Canaşiyeva məhkəmənin icraatında olan iş üzrə hazırki tələbi irəli sürə bilər və müstəqil tələb irəli sürən üçüncü şəxs kimi sözügedən işə cəlb edilə bilər. Göründüyü kimi X4 müstəqil tələb irəli sürən üçüncü şəxs olsa da, məhkəməyə ərizə ilə iddiaçı kimi müraciət etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, X1 ərizəsi geri qaytarılmaqla, ona izah edilməlidir ki, hazırki tələblə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi ilə müraciət etmək olar. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ərizəsi eləcə də, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 17.04.2022-ci il tarixli qəbz geri qaytarılsın. X3 izah edilsin ki, hazırki tələblə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi ilə müraciət etmək olar. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2234/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2234/2022
19.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver