Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-224/2023 17.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25986,96 manat məbləğində pulun və ödənilmiş 399 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11/S-2020 saylı 09 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 11/S-2020 saylı 09 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində göstərilən mallar Cavabdeh MMC tərəfindən alınmışdır. Cavabdeh MMC-nin müqavilə üzrə ödənilməmiş 25986,96 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 dekabr 2020-ci il tarixli 11/S-2020 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı MMC alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulan malları Cavabdeh MMC-yə verməyi, Cavabdeh MMC isə bunun müqabilində malların dəyərini ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sistemə yüklənilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 44891,65 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan mal-materialların təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC-yə 44891,65 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli MŞB/6-5710 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC alınan mallara görə 25986,96 manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən və təhvil-təslim aktlarından görünür ki, iddiaçı cavabdehə iddia tələbindən daha çox mal satmış, cavabdeh borcunun bir qismini ödəsə də, 25986,96 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 25986,96 manat məbləğində pul və 399 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 25986,96 manat məbləğində pul və 399 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-224/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-224/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver