Məhkəmə qərarları › İş №e-2-2(113)-226/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-226/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-226/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Qanuni nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 93,86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 79459,45 manat kredit borcunun; xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, 56,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 122994,94 manat kredit borcunun, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 82,07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 148920,56 manat kredit borcunun, 641,37 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; tutmanın Qanuni nümayəndə mülkiyyətindəki ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə xx.xx.2023-ci il tarixli, kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC-dən 120 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC İddiaçı ASC-nin “MXD” filialından illik 16%-lə 36 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC İddiaçı ASC-nin “MXD” filialından illik 16%-lə 36 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin 11-ci bəndində qeyd olunan Əlavə şərtlərə görə 300000 manat məbləğində kredit iki tranşla-birinci tranş 135000 (yüz otuz beş min) manat xx.xx.2023-cü il tarixdə, ikinci tranş isə 165000 (yüz altmış beş min) manat xx.xx.2023-cü tarixdə verilmişdir. Borcun təminatı olaraq, Qanuni nümayəndə mülkiyyətindəki ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və xx.xx.2023-cü il tarixdə isə Cavabdeh2 və Qanuni nümayəndə ilə zaminlik müqaviləri bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il martın 13-dək borcalan olan Cavabdeh1 MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 375,44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 79741,03 manat borcu vardır. Cavabdeh1 MMC-nin xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 375,44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 93,86 manat məbləğində tələb olunur. 2024-cü il martın 13-dək borcalan olan Cavabdeh1 MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, 567,2 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 123505,42 manat borcu vardır. Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə birinci tranş üzrə banka ümumi cərimə borcunun 375,44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 56,72 manat məbləğində tələb olunur. 2024-cü il martın 13-dək borcalan olan Cavabdeh1 MMCnin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 820,68 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 149659,17 manat borcu vardır. Cavabdeh1 MMC-nin xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə banka ümumi cərimə borcunun 820,68 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 82,07 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 445.2.1, 448.1, 449.4, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1-ci maddəsinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 93,86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 79459,45 manat kredit borcunun; xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, 56,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 122994,94 manat kredit borcunun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 82,07 manat cərimə borcu olmaqla, cəmi 148920,56 manat kredit borcunun, 641,37 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması, tutmanın Qanuni nümayəndə mülkiyyətindəki ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 fərdi yaşayış evinə və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İş üzrə cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4- MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin məzmunundan görünür ki, müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 2,42% olmaqla ******* (bir milyon) manat məbləğində kredit limiti ayrılmışdır.

8. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4- MCR-1-49-23/1 nömrəli kredit verilməsinə dair razılaşmanın məzmunundan görünür ki, Cavabdeh1 MMC-yə bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

9. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4- MCR-1-49-23/2 nömrəli kredit verilməsinə dair razılaşmanın məzmunundan görünür ki, Cavabdeh1 MMC-yə bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/01067/23 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/01070/23 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA00116/23 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Qanuni nümayəndə və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA00117/23 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Qanuni nümayəndə tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2018-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 430 nömrəli reyestr kitabının 40364 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 430 nömrəli reyestr kitabının 40364 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 2 / fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 423 nömrəli reyestr kitabının 39616 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarı, ev 24C / fərdi yaşayış evinin Qanuni nümayəndə kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

17. xx.xx.2024-cü il tarixli, KBD2582 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Qanuni nümayəndə müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarı, ev 24C / fərdi yaşayış evi) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.

18. xx.xx.2024-cü il tarixli, KBD2583 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh2 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (ünvan 2 / fərdi yaşayış evi) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.

19. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin bağlanmış xx.xx.2023-cü il tarixli nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 375,44 manat cərimə borcu olmaqla, cəmi borcu 79741,03 manat təşkil edir.

20. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin bağlanmış xx.xx.2023-cü il tarixli nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 820,68 manat cərimə borcu olmaqla, cəmi borcu 149659,17 manat təşkil edir.

21. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin bağlanmış xx.xx.2023-cü il tarixli nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 113533,09 manat əsas borc, 6405,13 manat faiz, 567,20 manat cərimə borcu olmaqla, cəmi borcu 123505,42 manat təşkil edir.

22. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin bağlanmış xx.xx.2023-cü il tarixli nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2025-ci il tarixə banka 75095,65 manat əsas borc, 14157,61 manat faiz, 11922,73 manat cərimə borcu olmaqla, cəmi borcu 101175,99 manat təşkil edir.

23. İddiaçı ASC-nin Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli, KBD1870 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

24. İddiaçı ASC-nin Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli, KBD1868 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23/2 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

25. İddiaçı ASC-nin Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli, KBD1869 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23/2 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9763 saylı ekspert rəyindən görünür ki, 27 yanvar 2023-cü il tarixli, 4-MCR-1-49-23/2 saylı kredit müqaviləsi üzrə, 27 yanvar 2023-cü il tarixdə verilmiş 1-ci tranş üzrə: iş materiallarında olan hesabdan çıxarış, 27 yanvar 2023-cü il tarixli, 4-MCR-1- 49-23/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 27 yanvar 2023-cü il tarixli, 4-MCR-1-49-23/2 saylı kredit müqaviləsi, 1-ci tranş üzrə İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tarixinə) əsas borc üzrə 113834,17 manat, faiz borcu üzrə 8474,53 manat, 27 yanvar 2023-cü il tarixli, 4-MCR-1- 49-23/2 saylı kredit müqaviləsi üzrə, 31 yanvar 2023-cü il tarixdə verilmiş 2-ci tranş üzrə: iş materiallarında olan hesabdan çıxarış, 27 yanvar 2023-cü il tarixli, 4-MCR-1-49-23/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 27 yanvar 2023cü il tarixli, 4-MCR-1-49-23/2 saylı kredit müqaviləsi, 2-ci tranş üzrə İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tarixinə) əsas borc üzrə 140097,98 manat, faiz borcu üzrə 8590,24 manat, 26 yanvar 2023-cü il tarixli, 4-MCR-1-49-23/1 saylı kredit müqaviləsi üzrə: iş materiallarında olan hesabdan çıxarış məlumatları, 26 yanvar 2023-cü il tarixli, 4-MCR-1-49-23/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin 13 mart 2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tarixinə) əsas borc üzrə 77606,04 manat, faiz borcu üzrə 1483,14 manat məbləğində müəyyən edilir.

27. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-153/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 195000 manat, bazar dəyəri 210000 manat təşkil edir.

28. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-154/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, Qanuni nümayəndə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 280000 manat, bazar dəyəri 320000 manat təşkil edir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

33. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 2,42% olmaqla ******* (bir milyon) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23/1 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılşamaya əsasən Cavabdeh1 MMC bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23/2 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 MMC bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, Z/01067/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli, Z/01070/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA00116/23 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Qanuni nümayəndə və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA00117/23 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-49-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Qanuni nümayəndə tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

34. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz bоrcunun tutulması təşkil edir.

35. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9763 saylı ekspert rəyini, xx.xx.2025-ci il tarixli maliyyə arayışını, AR MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun tutulmasına dair iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 75095,65 manat (xx.xx.2025-ci il tarixli maliyyə arayışına uyğun) əsas borc, 1280,49 manat (1483,14 (rəylə müəyyən edilmiş məbləğ)-202,65 (xx.xx.2024-cü il tarixdə faiz borcu üzrə edilmiş ödəniş)=1280,49) faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat (tələbə uyğun) əsas borc, 8474,53 manat (rəyə uyğun) faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat (tələbə uyğun) əsas borc, 8590,24 manat (rəyə uyğun) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe və ekspert rəyi əsas götürülmüşdür.

36. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 93,86 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 56,72 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 82,07 manat cərimə borcunun tutulması təşkil edir.

37. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

38. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 56,72 manat (əlli altı manat yetmiş iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 82,07 manat (səksən iki manat yeddi qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə bu qənaətə gələrkən onu nəzərə almışdır ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 0 manat olduğu qeyd edilmişdir.

39. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

40. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh2 və Qanuni nümayəndə məxsus olan daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, hər üç müqavilə üzrə tutma Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və Qanuni nümayəndə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X1 qaytarılmalıdır.

42. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmetləri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 195000 manat; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 280000 manat müəyyən edilmişdir.

44. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 manat; Qanuni nümayəndə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 288000 manat məbləğində müəyyən edilməlidir.

45. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.

46. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 641,37 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir.

47. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 72 (yetmiş iki) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 631,33 manat (altı yüz otuz bir manat otuz üç qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

48. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 1,60 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

49. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 590,60 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 9,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 75095,65 manat (yetmiş beş min doxsan beş manat altmış beş qəpik) əsas borc, 1280,49 manat (min iki yüz səksən manat qırx doqquz qəpik) faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat (yüz on üç min beş yüz otuz üç manat doqquz qəpik) əsas borc, 8474,53 manat (səkkiz min dörd yüz yetmiş dörd manat əlli üç qəpik) faiz borcu, 56,72 manat (əlli altı manat yetmiş iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat (yüz otuz səkkiz min yeddi yüz altmış iki manat altmış yeddi qəpik) əsas borc, 8590,24 manat (səkkiz min beş yüz doxsan manat iyirmi dörd qəpik) faiz borcu, 82,07 manat (səksən iki manat yeddi qəpik) cərimə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 72 (yetmiş iki) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 631,33 manat (altı yüz otuz bir manat otuz üç qəpik) olmaqla, cəmi 346608,79 manat (üç yüz qıx altı min altı yüz səkkiz manat yetmiş doqquz qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Qanuni nümayəndə məxsus olan ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Qanuni nümayəndə və Cavabdeh2 qaytarılsın. İpoteka predmetləri olan, ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 288000 (iki yüz səksən səkkiz min) manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 1,60 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 590,60 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 9,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar