Məhkəmə qərarları › İş №e-2-2(113)-227/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-227/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-227/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, ipoteka, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 11314,82 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 2838,49 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 20689,35 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 11314,82 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 2838,49 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 20689,35 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16194,36 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16194,36 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 17570 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzil ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu xx.xx.2020-ci il tariхli, 2020/00200-01İP nömrəli X4 bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 68000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.

3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-227/2023 saylı qərardadı ilə, iddianın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, 2020-ci ilin hər ayı üzrə ödənişləri olmuşdur. 2020-ci ildən isə bəzi kəsir ödənişləri olmasına baxmayaraq, yenə də ödənişlərini etmişdir. Sonradan da hansı kəsirləri olsa hamısını ödəyəcəkdir. Sonda cavabdeh iş üzrə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

10. “İpoteka haqqında” Qanun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

11. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

12. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 17570 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq tərəflər arasında xx.xx.2020-ci il tariхli 2020/00200-01İP nömrəli X4 bağlanmış və müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

14. Kredit müqaviləsi və ödəniş planı tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

18. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

19. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 17570 ABŞ dolları məbləğində pul cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

22. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borclarının tələb edilməsi hissələrində əsaslıdır və həmin borclar cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 3.1-ci bəndinə əsasən borcalan borc verənə ödənişləri gecikdirdiyi təqdirdə dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 565 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.

27. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, cavabdeh öhdəliyini icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli kredit müqaviləsi ləğv edilməlidir.

28. İddia tələbinin tutumanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli 2020/00200-01İP nömrəli X4 ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.

29. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti xx.xx.2020-ci il tariхli 2020/00200-01İP nömrəli X1 68000 manat məbləğ müəyyən edilməlidir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertizalar təyin edilsə də, tədqiqat obyektinin baxışa təqdim edilməməsi səbəbindən ekspertizaların keçirilmələrindən imtina edilmişdir.

30. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 11 saylı Mediasiya təşkilatına ödənilmişdir.

31. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

35. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 71,14 faizini təşkil etdiyini nəzərə aldıqda, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 96,04 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsi ləğv edilməli, cavabdehdən kreditin əsas borcu üzrə 11314,82 ABŞ dolları məbləğində qalığ, 2838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14718,31 ABŞ dolları borc ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat tutulmalı, tutma iddiaçının mülkiyyətində olan, ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 11314,82 ABŞ dolları məbləğində qalığ, 2838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14718,31 ABŞ dolları borc ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

37. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 71,14 manat məbləği cavabdehdən, qalan 28,86 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh kreditin əsas borcu üzrə 11314,82 ABŞ dolları məbləğində qalığ, 2838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14718,31 ABŞ dolları borc ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 11314,82 ABŞ dolları məbləğində qalığ, 2838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14718,31 ABŞ dolları borc ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 71,14 manat məbləği Cavabdeh, qalan 28,86 manat məbləği İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar