Məhkəmə qərarları › İş №e-2-2(113)-2277/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2277/2024

13.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2277/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh İB-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-yə (Maraqlı şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1” tərəfindən təqdim edilmiş İddiaçı qaz sərfiyyatının ödənilməsi ilə bağlı 11 nömrəli *7.1*.2*22-ci il tarixli hesab fakturaya əsasən, 1*/35994 kod üzrə *1.*9.2*22-ci il tarixdən - 3*.*9.2*22-ci il tarixinədək cəmi 8.492,5* manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.*5.2*24-cü il tarixə saat 11:**-a təyin edilmiş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmənin hazırlıq iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat (sübut) verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2*11-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.*.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 17*ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh İB-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia verilərkən 1*92988359 saylı qəbzə əsasən ödənilmiş 5 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar