Məhkəmə qərarları › İş №e-2-2(113)-2278/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2278/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2278/2021 09.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “kredit borcunun qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia qaldırılan günə 12.07.2013-cü il tarixdə tranşla verilmiş 1060000(bir milyon altmış min)manat məbləğli kredit üzrə banka əsas borcu 465716.31(dörd yüz altmış beş min yeddi yüz on altı manat 31 qəpik)manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 5508.41 (beş min beş yüz səkkiz manat 41 qəpik)manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1427.37( bir min dörd yüz iyirmi yeddi manat 37 qəpik) , cəmi 472652.09(dörd yüz yetmiş iki min altı yüz əlli iki manat 09 qəpik) manat; 29.08.2012-ci il tarixdə tranşla verilmiş 1000000(bir milyon) manat məbləğli kredit üzrə banka əsas borcu 438449.19 (dörd yüz otuz səkkiz min dörd yüz qırx doqquz manat 31 qəpik)manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 5187.07(beş min yüz səksən yeddi manat 07 qəpik)manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1337.06( bir min üç yüz otuz yeddi manat 06 qəpik)manat, cəmi 444973.32(dörd yüz qırx dörd min doqquz yüz yetmiş üç manat 32 qəpik) manat; 17.10.2012-ci il tarixdə tranşla verilmiş 1200000(bir milyon iki yüz min)manat məbləğli kredit üzrə banka əsas borcu 531288.18(beş yüz otuz bir min iki yüz səksən səkkiz manat 18 qəpik)manat, 07.04.2021ci il tarixə faiz borcu üzrə 6278.46 (altı min iki yüz yetmiş səkkiz manat 46 qəpik)manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1658.46( bir min altı yüz əlli səkkiz manat 46 qəpik)manat, cəmi 539225.1(beş yüz otuz doqquz min iki yüz iyirmi beş manat 10 qəpik) manat; 03.08.2012ci il tarixdə tranşla verilmiş 1000000(bir milyon)manat məbləğli kredit üzrə banka əsas borcu 447896.24(dörd yüz qırx yeddi min səkkiz doxsan altı manat 24 qəpik)manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 5286.22(beş min iki yüz səksən altı manat 22 qəpik)manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1436.21 (bir min dörd yüz otuz altı manat 21 qəpik)manat, cəmi 454618.67(dörd yüz əlli dörd min altı yüz on səkkiz manat 67 qəpik) manat; 10.08.2012-ci il tarixdə tranşla verilmiş 5000000(beş milyon)manat məbləğli kredit üzrə banka əsas borcu 2207891.79(iki milyon iki yüz yeddi min səkkiz yüz doxsan bir manat 79 qəpik)manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 26099.54(iyirmi altı min doxsan doqquz manat 54 qəpik)manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 6849.55(altı min səkkiz yüz qırx doqquz manat 55 qəpik)manat, cəmi 2240840.88(iki milyon iki yüz qırx min səkkiz yüz qırx manat 88 qəpik) manat; 05 sentyabr 2012-ci il tarixdə tranşla verilmiş 740000(yeddi yüz qırx min)manat məbləğli kredit üzrə banka əsas borcu 329153.68(üç yüz iyirmi doqquz min yüz əlli üç manat 68 qəpik)manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 3887.66(üç min səkkiz yüz səksən yeddi manat 66 qəpik)manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1038.70(bir min otuz səkkiz manat 70 qəpik)manat, cəmi 334080.04(üç yüz otuz dörd min səksən manat 04 qəpik) manat, olmaqla cəmi 4486390.1(dörd milyon dörd yüz səksən altı min üç yüz doxsan manat 01 qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, 30 noyabr 2018-ci il tarixli, 25845-1/AGM saylı girov müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər, ev 15 A ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara kəröç) və şirniyyat avadanlıqları) yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 4486420,1(dörd milyon dörd yüz səksən altı min dörd yüz iyirmi manat 10 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02 avqust 2012-ci il tarixli, 25845-1/SKMF №-li kredit müqaviləsinə əsasən illik 4.5 % olmaqla, 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon)manat məbləğində kredit ayrılmışdır. Kredit ayrı-ayrı tarixlərdə tranşla verilmişdir. Kreditin təminatı olaraq 30 noyabr 2018-ci il tarixli, 25845-1/AGM girov müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 15 A ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus daşınar əmlaklar kəröç) və şirniyyat avadanlıqları) girov qoyulmuşdur. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən Borcalan Bankdan bu müqavilə ilə nəzərdə tutlmuş şərtlərlə aldığı vəasiti güzəşt müddəti 60(altmış) ay bitdikdən sonra növbəti ayadn başlayaraq hər ayın son iş gününədək bərabər hissələrlə qaytarmağı qeyd şərtsiz olaraq öhdəsinə götürür. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən Borcalan tərə9indən kreditin qaytarılması 120(yüz iyirmi) ay ərzində həyata keçirilməsi yolu ilə aparılır. Faizlər hər ay, əsəs borc isə kreditin verilməsi tarixindən ilk 60 aydan sonra aylar üzrə bərabər hissələrə bölünməklə geri qaytarılır. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən borcalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğödənilməzsə, ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 6.2-ci bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Cərimə faizinin dərəcəsi 6.2-ci bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. Həmin kredit müqaviləsinin 9.1.3-cü bəndinə əsasən Borcalan əsas və/ və ya faizlər üzrə ödənişləri ardıcıl 2 dəfə yerinə yetirmədikdə Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizivə və bu müqavilənin 7.1-ci bəndində göstərilən məbləğdə cərimə faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02 avqust 2012-ci il tarixli, 25845-1/SKMF №-li kredit müqaviləsindən görünür ki, Bank sonuncuya illik 4.5 % olmaqla, 120 (yüz iyirmi) ay müddətinə 10.000.000 (on milyon) manat məbləğində kredit verməyi, Cavabdeh MMC isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 noyabr 2018-cu il tarixli 25845-1/AGM saylı girov müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 15 A ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus daşınar əmlaklar kəröç) və şirniyyat avadanlıqları), bazar dəyəri 14.700.000 manat müəyyən edilməklə Cavabdeh MMC-nin Bank qarşısında olan 02 avqust 2012-ci il tarixli, 25845-1/SKMF №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi girov ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03 avqust 2012-cü il tarixdə verilmiş ******* manat pula görə Cavabdeh MMC-nin banka 07.04.2021-ci il tarixə əsas borc üzrə 447896,24 (dörd yüz qırx yeddi min səkkiz doxsan altı manat 24 qəpik) manat, faiz borcu üzrə 5286,22 (beş min iki yüz səksən altı manat 22 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1436,21 (bir min dörd yüz otuz altı manat 21 qəpik) manat, cəmi 454618,67 (dörd yüz əlli dörd min altı yüz on səkkiz manat 67 qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10 avqust 2012-cü il tarixdə verilmiş ******* manat pula görə Cavabdeh MMC-nin banka 07.04.2021-ci il tarixə əsas borc üzrə 2207891,79 (iki milyon iki yüz yeddi min səkkiz yüz doxsan bir manat 79 qəpik) manat, faiz borcu üzrə 26099,54 (iyirmi altı min doxsan doqquz manat 54 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 6849,55 (altı min səkkiz yüz qırx doqquz manat 55 qəpik) manat, cəmi 2240840,88 (iki milyon iki yüz qırx min səkkiz yüz qırx manat 88 qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29 avqust 2012-cü il tarixdə verilmiş ******* manat pula görə Cavabdeh MMC-nin banka 07.04.2021-ci il tarixə əsas borc üzrə 438449,19 (dörd yüz otuz səkkiz min dörd yüz qırx doqquz manat 31 qəpik) manat, faiz borcu üzrə 5187,07 (beş min yüz səksən yeddi manat 07 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1337,06 ( bir min üç yüz otuz yeddi manat 06 qəpik) manat, cəmi 444973,32 (dörd yüz qırx dörd min doqquz yüz yetmiş üç manat 32 qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 05 sentyabr 2012-cü il tarixdə verilmiş 740000 manat pula görə Cavabdeh MMC-nin banka 07.04.2021-ci il tarixə əsas borc üzrə 329153,68 (üç yüz iyirmi doqquz min yüz əlli üç manat 68 qəpik) manat, faiz borcu üzrə 3887,66 (üç min səkkiz yüz səksən yeddi manat 66 qəpik)manat, dəbbə pulu (cərimə) üzrə 1038,70 (bir min otuz səkkiz manat 70 qəpik) manat, cəmi 334080,04 (üç yüz otuz dörd min səksən manat 04 qəpik) manat olmaqla cəmi 4486390,1(dörd milyon dörd yüz səksən altı min üç yüz doxsan manat 01 qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki,17 oktyabr 2012-cü il tarixdə verilmiş ******* manat pula görə Cavabdeh MMC-nin banka 07.04.2021-ci il tarixə əsas borc üzrə 531288,18 (beş yüz otuz bir min iki yüz səksən səkkiz manat 18 qəpik) manat, faiz borcu üzrə 6278,46 (altı min iki yüz yetmiş səkkiz manat 46 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1658,46 ( bir min altı yüz əlli səkkiz manat 46 qəpik) manat, cəmi 539225.1 (beş yüz otuz doqquz min iki yüz iyirmi beş manat 10 qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12 iyul 2013-cü il tarixdə verilmiş ******* manat pula görə Cavabdeh MMC-nin banka 07.04.2021-ci il tarixə 465716,31 (dörd yüz altmış beş min yeddi yüz on altı manat 31 qəpik )manat, faiz borcu üzrə 5508,41 (beş min beş yüz səkkiz manat 41 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1427.37( bir min dörd yüz iyirmi yeddi manat 37 qəpik), cəmi 472652,09 (dörd yüz yetmiş iki min altı yüz əlli iki manat 09 qəpik) manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bankla Cavabdeh MMC arasında krеdit müqaviləsi bağlanmış və sonuncuya 03 avqust 2022-ci il tarixədək qaytarılması şərti ilə altı ayrı-ayrı tarixlərdə pul verilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh MMC ilə girov müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə müəyyən olunmuş məbləğdə pul verilmiş, borclu isə öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, əsas və faiz borcunun tələb edilməsi hissəsində iddia əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən dəbbə pulu ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Həmin Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanunu 28.05.2017-ci il tarixdə qüvvəyə minmişdir. Adı çəkilən Qanun öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir. Hazırki işdən görünür ki, Bank tərəfindən verilmiş kreditə görə tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 25845-1/AGM saylı girov müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər, ev 15 A ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus daşınar əmlaklar kəröç) və şirniyyat avadanlıqları) girov ilə yüklü edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı borcun ödənilməsinin təmin edilməsi üçün tutmanın girov predmeti olan əmlaklara yönəldilməsini və hərracdan satılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununda göstərilən qaydada həyata keçirilməlidir. Qanunun yuxarıda qeyd edilmiş 13.1.2-ci maddəsindən də göründüyü kimi, girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırki halda Bank) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Məhkəmə qeyd edir ki, Bank yüklülük predmetinin onun sahibliyinə verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməli olduğu halda, borcun ödənilməsi üçün tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon) manat məbləğli kredit üzrə əsas borc görə 447896,24 (dörd yüz qırx yeddi min səkkiz doxsan altı manat 24 qəpik) manat, faiz borcu üzrə 5286,22 (beş min iki yüz səksən altı manat 22 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1436,21 (bir min dörd yüz otuz altı manat 21 qəpik) manat, cəmi 454618.67 (dörd yüz əlli dörd min altı yüz on səkkiz manat 67 qəpik) manat; 10.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (beş milyon)manat məbləğli kredit üzrə borc görə 2207891,79 (iki milyon iki yüz yeddi min səkkiz yüz doxsan bir manat 79 qəpik) manat, faiz borcu üzrə 26099,54 (iyirmi altı min doxsan doqquz manat 54 qəpik)manat, dəbbə pulu (cərimə) üzrə 6849,55 (altı min səkkiz yüz qırx doqquz manat 55 qəpik)manat, cəmi 2240840,88 (iki milyon iki yüz qırx min səkkiz yüz qırx manat 88 qəpik) manat; 05 sentyabr 2012-ci il tarixdə tranşla verilmiş 740000 (yeddi yüz qırx min) manat məbləğli kredit üzrə əsas borca görə 329153,68 (üç yüz iyirmi doqquz min yüz əlli üç manat 68 qəpik)manat, faiz borcu üzrə 3887,66 (üç min səkkiz yüz səksən yeddi manat 66 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1038,70 (bir min otuz səkkiz manat 70 qəpik) manat, cəmi 334080,04 (üç yüz otuz dörd min səksən manat 04 qəpik) manat, 29.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon) manat məbləğli kredit üzrə əsas borc görə 438449,19 (dörd yüz otuz səkkiz min dörd yüz qırx doqquz manat 31 qəpik) manat, faiz borcu üzrə 5187,07 (beş min yüz səksən yeddi manat 07 qəpik) manat, 07 dəbbə pulu (cərimə) üzrə 1337,06 (bir min üç yüz otuz yeddi manat 06 qəpik) manat, cəmi 444973,32 (dörd yüz qırx dörd min doqquz yüz yetmiş üç manat 32 qəpik) manat; 17.10.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon iki yüz min) manat məbləğli kredit üzrə əsas borca görə 531288,18 (beş yüz otuz bir min iki yüz səksən səkkiz manat 18 qəpik) manat, faiz borcu üzrə 6278,46 (altı min iki yüz yetmiş səkkiz manat 46 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1658,46 (bir min altı yüz əlli səkkiz manat 46 qəpik) manat, cəmi 539225,1 (beş yüz otuz doqquz min iki yüz iyirmi beş manat 10 qəpik) manat; 12.07.2013-cü il tarixdə tranşla verilmiş ******* (bir milyon altmış min) manat məbləğində kredit üzrə əsas borca görə 465716,31 (dörd yüz altmış beş min yeddi yüz on altı manat 31 qəpik) manat, faiz borcu üzrə 5508,41 (beş min beş yüz səkkiz manat 41 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1427,37 (bir min dörd yüz iyirmi yeddi manat 37 qəpik), cəmi 472652,09 (dörd yüz yetmiş iki min altı yüz əlli iki manat 09 qəpik) manat; olmaqla yekun əsas borc üzrə 4420395,39 manat, faiz borcu üzrə 52247,36 manat, cərimə borcuna görə 13747,35 manat, cəmi 4486390,1 (dörd milyon dörd yüz səksən altı min üç yüz doxsan manat 01 qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar