Məhkəmə qərarları › İş №e-2-2(113)-228/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-228/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-228/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 MMC, X1, Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında bağlanmış 29 avqust 2019-cu iltarixli 19011- 0164/074455 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh4 MMC-dən, AbdullayevTahir Məhəmməd oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 662862,84 manat məbləğində əsas kredit borcunun, 10415,26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 1154,45 manat məbləğində cərimə borcunun, cəmi 674432,55 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında bağlanmış 29 avqust 2019-cu iltarixli 19011- 0166/074455 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 285736,41 ABŞ dolları məbləğində əsas kredit borcunun, 2571,63 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 288308,04 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin, ona əlavə edilmiş sənədləri geri qaytarılması və işi baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 MMC, X1, Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə 17.09.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar