Məhkəmə qərarları › İş №e-2-2(113)-228/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-228/2022

13.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-228/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31.05.2021 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 170094.45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli, e-2-2(113)-4140/2021 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1475/2021 nömrəli inzibati iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. 28 mart 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmənin 22.02.2022-ci il tarixli qərardadı ilə icraata xitam verilməsi barədə 10.03.2022-ci il tarixli, 2-1(112)-332/2022 nömrəli məktubu məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 30.03.2022-ci il tarixli, e-2-2(113)-228/2022 nömrəli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə baxışı 13 aprel 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi 30 mart 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində "xxxx" MMC-nin dövlət büdcəsinə borcunun olmadığını bildirərək hazırki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar