Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2280/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, mediasiya xərcinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2023-cü il tarixə 08 iyun 2022-ci il tarixdə verilmiş 230000 manat məbləğli kredit üzrə Banka əsas borcu 230000 manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 1200,60 manat, xx.xx.2023-cü il kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında- illik 5% olmaqla 5845,83 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, cəmi 237046,43 manat, 127,05 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 2,50 manat məbləğində digər xərclərin (daşınar əmlakın yüklülüyünün dövlət reystrində qeydiyyata alınması üçün dövlət rüsumu) və 400 manat mediasiya xərci məbləğinin cavabdehlər Cavabdeh1MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, xx.xx.2022-ci il tarixli 113-MFG-305 nömrəli Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin istismarında olan Ekskavator Hidromek HMK 410LC-3 UHD markalı, buraxılış ili 2022, Buldozer Shantui SD32 markalı, buraxılış ili 2008, Ekskavator Hyundai R 380 LC-9, buraxılış ili 2011, Ekskavator JCB JS-360 LC, buraxılış ili 2011 texnika olan daşınar əmlaka tutmanın yönəldilməsi, qeyd olunan girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC-nin Bankla bağladığı 08 iyun 2022-ci il tarixli, ******* №-li kredit müqaviləsinə əsasən Sizə illik 12 % olmaqla, 90 gün müddətinə 230000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 230000 manat məbləğində kredit xx.xx.2022-ci il tarixə qədər verilir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin təminatı olaraq 2-ci Cavabdeh2 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 08 iyun 2022-ci il tarixli, 113-113- MFZ-305/1 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq 3-cü Cavabdeh3 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 08 iyun 2022-ci il tarixli, 113- MFZ-305/2 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən kredit üzrə borc öhdəliyinin vaxtandan əvvəl icrasının tələb edilməsi barədə Bankın xəbərdarlıq bildirişindən 10 gün ərzində Borcalan borc öhdəliyini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu müddət ərzində öhdəlik icra edilmədikdə, ödənilməmiş kredit gecikdirilmiş borc hesab edilir və hər gecikdirilən gün üçün ödənilməyən qalıq məbləğinə bu Müqavilənin 2.9-cu bəndinə uyğun dəbbə pulu hesablanır. Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2023-cü il tarixə 08 iyun 2022-ci il tarixdə verilmiş 230000 manat məbləğli kredit üzrə Banka əsas borcu 230000 manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 1200,60 manat, xx.xx.2023-cü il kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında- illik 5% olmaqla 5485,83 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, cəmi 237046,43 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 MMC-yə 90 gün müddətinə illik 12 % ödəmək şərti ilə 230000 manat məbləğində kredit verir. xx.xx.2022-ci il tarixli, 113-113-MFZ-305/1 №-li İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli, 113-113-MFZ-305/2 №-li İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli 113-MFG-305 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış girov müqaviləsindən görünür ki, girov qoyan özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (irəlidə girov predmeti adlandırılacaq) girov saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edir. Girov predmeti Laçın rayonu, Laçın dəhlizi ünvanında yerləşən Ekskavator Hidromek HMK 410LC-3 UHD markalı, buraxılış ili 2022, Buldozer Shantui SD32 markalı, buraxılış ili 2008, Ekskavator Hyundai R 380 LC-9, buraxılış ili 2011, Ekskavator JCB JS-360 LC, buraxılış ili 2011 texnika müəyyən edilir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə əsas kredit borcu 230000 manat, 08 sentyabr 2022ci il tarixə faiz borcu 1200,60 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında- illik 5% olmaqla) 5845,83 manat, 08 sentyabr 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 0 manat, cəmi 237046,43 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 9/6471 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 230000 manat əsas borc, 1123,78 manat faiz borcu, xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə 230000 manat əsas borc, 6905,72 manat faiz borcu (cədvələ əsasən 5781,94 manat borc - 5%-lə hesablanmış vəsait), xx.xx.2023-cü il tarixədək 230000 manat əsas borc, 14284,89 manat faiz borcu müəyyən olunur. Tədqiqatın dəyəri 145 manatdır. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00166 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC 400 manat mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 127,05 manat dövlət rüsumu ödəyib. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 276.1, 385.1, 386.1 və 470.1-ci maddələrinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit, zaminlik və girov müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc 230000 manat məbləğində, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə ekspert rəyinə əsasən 1123,78 manat məbləğində faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmış ekspert rəyinə əsasən 5781,94 manat (6905,72-1123,78=5781,94), cəmi 236905,72 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 127,05 manat, 2,50 manat daşınar əmlakın yüklülüyünün dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı tutma xx.xx.2022-ci il tarixli 113-MFG-305 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş Ekskavator Hidromek HMK 410LC-3 UHD markalı, buraxılış ili 2022, Buldozer Shantui SD32 markalı, buraxılış ili 2008, Ekskavator Hyundai R 380 LC-9, buraxılış ili 2011, Ekskavator JCB JS-360 LC, buraxılış ili 2011 texnikalarına yönəldilməli, həmin girov predmetləri açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 145 manat ekspertiza xərci Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 230000 manat əsas borc, 1123,78 manat məbləğində faiz borcu, illik 5%-lə hesablanmış 5781,94 manat, cəmi 236905,72 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 127,05 manat, daşınar əmlakın yüklülüyünün dövlət reystrində qeydiyyata alınması üçün ödənilmiş 2,50 manat və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma xx.xx.2022-ci il tarixli 113-MFG-305 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş Ekskavator Hidromek HMK 410LC-3 UHD markalı, buraxılış ili 2022, Buldozer Shantui SD32 markalı, buraxılış ili 2008, Ekskavator Hyundai R 380 LC-9, buraxılış ili 2011, Ekskavator JCB JS-360 LC, buraxılış ili 2011 texnikalarına yönəldilsin, həmin girov predmetləri açıq hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına borc ödənilsin. 145 manat ekspertiza xərci Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2280/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2280/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver