Məhkəmə qərarları › İş №e-2-2(113)-2283/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2283/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2283/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.129,90 (on dörd min bir yüz iyirmi doqquz Manat 90 qəpik) Manat- bundan 5.021,98 (beş min iyirmi bir Manat 98 qəpik) Manat əsas, 3.477,05 (üç min dörd yüz yetmiş yeddi Manat 05 qəpik) Manat faiz, 4.895,87 (dörd min səkkiz yüz doxsan beş Manat 87 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 735 (yeddi yüz otuz beş) manat faiz borcu və iş üzrə ödənilmiş 132,39 (bir yüz otuz iki Manat 39 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh5arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 10.700 (on min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh5kredit verilərkən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə Bank arasında 290009546/ZMnömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 01 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 10.486,41 (on min dörd yüz səksən altı ABŞ dolları 41 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 34 (otuz dörd) ay təyin edilir. Əlavə Sazişə əsasənCavabdeh3, Cavabdeh4 vəCavabdeh2 zaminlik müqavilələri bağlanılır. Daha sonra ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 22 fevral 2017-ci il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı 6.440,85 (altı min dörd yüz qırx ABŞ dolları 85 sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD=1.40 (bir Manat 40 qəpik) Manat bu Sazişin qüvvəyə mindiyi tarixə 9.017,19 (doqquz min on yeddi Manat 19 qəpik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir. Əlavə Sazişə əsasənCavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-5719/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh5 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 14.129,90 (on dörd min bir yüz iyirmi doqquz Manat 90 qəpik) Manat təşkil edir. Bundan 5.021,98 (beş min iyirmi bir Manat 98 qəpik) Manat əsas, 3.477,05 (üç min dörd yüz yetmiş yeddi Manat 05 qəpik) Manat faiz, 4.895,87 (dörd min səkkiz yüz doxsan beş Manat 87 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 735 (yeddi yüz otuz beş) Manat faiz borcu təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, əsas borc məbləğinə etirazı yoxdur, lakin qalan hissədə iddiaya etiraz edir, qalan məbləği ödəməyə imkanı yoxdur.

5. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və iştirak etməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh5 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 10.700 (on min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

9. Həmin müqavilənin:

10. 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir.

11. 2.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən Kreditor Borcalana 10700 (on min yeddi yüz) USD məbləğində kredit verir.

12. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit Borcalana DÖV.VƏS. ARTİRİLMASİ VƏ CARİ X məqsədilə verilir.

13. 2.3-cü bəndinə əsasən Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir.

14. 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 27 (iyirmi yeddi) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 28.108 (iyirmi səkkiz tam mində bir yüz səkkiz) faiz təşkil edir.

15. 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 (əlli dörd) faiz dərəcəsilə, aylıq isə 4.50 (dörd tam onda beş) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.

16. 2.6-cı bəndinə əsasən güzəşt müddəti yoxdur.

17. 2.7-ci bəndinə əsasən borcalan Kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı acılması, sənədlərin təhlili və hazırlanması və diğər hallarda yaranan xərcləri) üçün bu Müqavilə məbləğinin 1 (bir) % məbləğində komissiya haqqı ödəyir.

18. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə Bank arasında 290009546/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. 290009546 №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 01 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 10.486,41 (on min dörd yüz səksən altı ABŞ dolları 41 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 34 (otuz dörd) ay təyin edilir.

20. 290009546 №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 22 fevral 2017-ci il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı 6.440,85 (altı min dörd yüz qırx ABŞ dolları 85 sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD=1.40 (bir Manat 40 qəpik) Manat bu Sazişin qüvvəyə mindiyi tarixə 9.017,19 (doqquz min on yeddi Manat 19 qəpik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir.

21. 08 yanvar 2025-ci il tarixli 12-5/2-M-23-119/2025 saylı maliyyə arayışına əsasən Cavabdeh5 xx.xx.2025-ci il tarixə kredit üzrə 5.021,98 manat əsas, 3.477,05 manat faiz, 4.895,87 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 735 manat faiz borcu olmaqla, borcu cəmi 14129,90 manat təşkil edir

22. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim M.Bayramov)- İddiaçı QSC ilə cavabdeh arasıda bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən hansı miqdarda kredit verilməsinin, İddiaçı QSC ilə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən nə qədər pul vəsaiti geri qaytarılmasının, İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə və əlavələrə əsasən cavabdeh tərəfindən ödənilən pul vəsaitinin nə qədəri faiz borcunun, nə qədəri əsas borcun silinməsinə yönəldilmişdir və düzgün hesablanması, iddiaçı məhkəməyə müraciət etdiyi tarixə qeyd olunan kredit müqaviləsinə əsasən borc (əsas və faiz göstərilməklə) nə qədər olması, «Kreditor» qismində İddiaçı QSC və «Borcalan» qismində Cavabdeh5 arasında bağlanılmış ********* saylı xx.xx.2015-ci tarixli, kredit razılaşması və Əlavə sazişlər üzrə Cavabdeh5 apardığı ödənişlər nəzərə alınmaqla xx.xx.2025-ci il tarixə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/2765 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 22 fevral 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh5 İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 5.142,43 manat; faiz borcu üzrə 3.167,48 manat. xx.xx.2025-ci il tarixə illik 5 faiz hesablanmaqla: əsas borc üzrə 5.142,43 manat; faiz borcu üzrə 3.167,48 manat. faiz borcu 5 faiz ilə 739,22 manat. xx.xx.2025- ci il tarixə illik 5 faiz hesablanmaqla: əsas borc üzrə 5.142,43 manat; faiz borcu üzrə 3.167,48 manat. faiz borcu 5 faiz ilə 758,50 manat.

24. Məhkəmə tərəfin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

30. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

35. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu, ekspert rəyində göstərilən məbləğlərdən fərqlənir. Belə ki, əsas borc iddia tələbində ekspert rəyində göstərilən məbləğdən daha aşağı müəyyən edildiyinə görə iddia tələbində, əsas borca hesablanan faiz borcu isə ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edildiyi üçün, ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 22 fevral 2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən hesablanmış 4895,87 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən tutulacaq dəbbə pulu 251 manat məbləğində müəyyən edilməlidir.

41. Bundan başqa iddiaçı kredit müqaviləsinin müddətinin bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 (beş) ilə hesablanan 735 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

44. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğ ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində ekspert rəyində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə 5021,98 manat əsas borc, 3167,48 manat faiz borcu, 251 manat dəbbə pulu borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735 manat məbləğində faiz borcu da tutularaq iddiaçıya ödənilməlidir.

46. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 132,39 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənilmişdir.

47. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehlərdən tutulmalıdır.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 5021,98 manat əsas borc, 3167,48 manat faiz borcu, 251 manat dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2025-ci il tarixinə kimi illik 5% ilə hesablanan 735 manat faiz borcu olmaqla, cəmi 9175,46 manat və dövlət rüsumunun əvəzi olaraq 112 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar