Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2286/2021 24.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı əmlakın müsadirə edilməsinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus, saxta aksiz markaları ilə markalanmış 2 ədəd alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 25.12.2019-cu il tarixli **********6683 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 ünvanda yerləşən, fiziki şəxs Cavabdeh məxsus şərab evində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı 7 ədəd alkoqollu içki saxta aksiz markası ilə markalanma ehtimalı ilə götürülərək, VN seriyalı, 000289 nömrəli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla rəsmiləşdirilmişdir. Aşkar olunan alkoqollu içkilərin üzərinə yapşıdırılmış aksiz markalarının standartlara uyğun olub-olmamasını müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş və müvafiq olaraq, 30.01.2020-ci il tarixli, 166 nömrəli ekspert arayışında tədqiqata təqdim olunan 7 ədəd alkoqollu içkinin üzərinə yapışdırılmış aksiz markalarının standartlara uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra, həmin tarixdə operativ vergi nəzarəti tədbirinin nəticələri 12.02.2020-ci il tarixli, VN seriyalı, 000097 nömrəli, «markalanmalı(nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair akt» və 12.02.2020-ci il tarixli VN seriyalı 000097 nömrəli «markalanmalı(nişanlanmalı) malların götürülməsi barədə protokol» tərtib olunmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2020-ci il tarixli 6/282 – 3/161 – 9/557 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, bu içkilər yoxlanılan orqanoleptik və fizikikimyəvi göstəricilərinə əsasən zavod üsulu ilə hazırlanmışdır, tərkiblərindəki zərərli qarışıqların standartlarla yol verilən miqdarlarına əsasən istifadəyə yararlıdır. Həmin rəyə əsasən 7 ədəd alkoqollu içkidən 5 ədədi ekspertiza tədqiqatına sərf edilmiş, 2 ədəd istifadə edilməmiş alkoqollu içki Baş idarənin anbarına təhvil verilmişdir. Məhkəmə MPM-nin 284-1-ci maddəsinə əsasən işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilsə də, sonuncu iddia tələblərinə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Vergi Cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsinin 12.02.2020-ci il tarixli, **********2232 saylı qərarı ilə, ünvan 2 ünvanında yerləşən, Cavabdeh məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. İş üzrə materiallardan məlum olur ki, markalanmalı malların dövriyyəsinin qanunauyğunluğunu yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş, 25.12.2020-ci il tarixli, VN seriyalı, 000051 nömrəli aktın nəticəsindən məlum olur ki, Cavabdeh məxsus “Həyat” şərab evində 74 manat məbləğində 11 ədəd spritli içki aksiz markası ilə markalanmadan satış məqsədilə saxlanılmışdır. Yenə iş materiallarından məlum olur ki, 25.12.2020-ci il tarixli VN seriyalı, 000097 saylı, markalanmalı malların götürülməsi barədə protokoldan və ona əlavə edilmiş siyahıdan məlum olur ki, 7 ədəd markalanmalı olan spirtli içki saxta aksiz markası ilə markalanma ehtimalına görə cavabdehdən götürülmüşdür. Sübut kimi məhkəməyə təqdim olunmuş, 30 yanvar 2020-ci il tarixli, 166 nömrəli ekspert arayışının nəticəsindən də, məlum olur ki, 7 ədəd müxtəlif adda alkaqollu içkilərin qapağına yapışdırılmış “AZƏRBAYCAN RESPUBLİKASİ Alkaqollu içkilər AKSİZ MARKASİ” aksiz markaları AA ******* nömrəli “AZƏRBAYCAN RESPUBLİKASİ Alkaqollu içkilər AKSİZ MARKASİ” aksiz markasının eksperimental nümunəsi ilə fərqlidir. Qeyd olunan rəydən məlum olur ki, ekspertiza üçün təqdim olunmuş 7 ədəd alkoqollu içkidən 5 ədədi ekspertiza tədqiqatına sərf edilmiş, 2 ədəd isitfadə edilməmiş alkoqollu içki və 5 ədəd alkoqollu içkinin qalıqları iddiaçının anbarına təhvil verilmişdir. Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin 23.1.15 və 23.1.15-4-cü maddələrinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. Qeyd olunan Məcəllənin 89.13-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların miqdarı muvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan siyahısı tərtib edilir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. Həmin Məcəllənin 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən fiziki şəxs Cavabdeh məxsus “Həyat” şərab evində operativ nəzarət tədbiri həyata keçirilərkən saxta aksiz markaları ilə markalanmış alış dəyəri ümumilikdə 214,2 (iki yüz on dörd manat, iyirmi qəpik) manat olan 7 şüşə alkoqollu içki aşkar edilərək götürülmüşdür. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.13 və 89.14cü maddələrində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddiaçı aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçı tərəfindən Cavabdeh (VÖEN: **********) məxsus, saxta aksiz markaları ilə markalanmış 2 şüşə alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus, aksiz markaları ilə saxta aksiz markaları ilə markalanmış 2 ədəd alkoqollu içki satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2286/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2286/2021
24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver