Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2297/2022 15.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi 113.715 manat məbləğində xərclərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 403 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2012-ci il tarixli və 13 oktyabr 2017-ci il tarixli icarə müqavilələrinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən ümumi sahəsi 277,3 kv/m olan qeyri-yaşayış sahəsi icarəyə verənlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən 13 oktyabr 2027-ci ilə qədər icarəçi (iddiaçı) X10 icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə və aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində icarəçinin oğlu və etibarnamə ilə nümayəndəsi İddiaçı tərəfindən əvvəlcə “Philomena”, sonra isə “White Rabbit” adlı restoran işlədilmiş və hər ay icarə haqqı olaraq 3-4 min manat pul ödənilmişdir. Məlum Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı restoran 2021-ci ilin iyun ayına kimi işləməmişdir. Həmin dövrdə icarəyə verən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə icarəçi İddiaçı arasında əldə edilmiş şifahi razılığa əsasən, sonuncu 2020-ci ilin mart-aprel aylarından 2021-ci ilin may ayına kimi şəxsi vəsaiti hesabına restoranda təmir işləri aparmışdır. Ümumi razılıq əsasında restoran 2021-ci ilin iyun, iyul, avqust aylarında əvvəlki qaydada işləmiş, sentyabr ayından başlayaraq icarə haqqının 4000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 27 avqust 2021-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ataları Baxış Babayev heç bir əsas göstərmədən restoranı bağlayaraq açarları İddiaçı alıb işi dayandırmışdır. Bununla bağlı iddiaçının hüquqları pozulmuş, ona maddi ziyan vurulmuşdur. icarəyə verənlə icarəçi arasında olan razılığa əsasən restoranda İddiaçı tərəfindən aşağıda göstərilən materiallar alınmış, təmir-abadlıq işləri aparılmışdır: Dekorasiya işləri 7.700 manat, “Daş dövrü” mağazasından alınmış metlax və digər materiallar 7.000 manat, divar kağızları və aksesuarları 9.800 manat, mebel və aksesuarlar 21.700 manat, şüşə və aksesuarlar 2.500 manat, havalandırma sistemləri 6.500 manat, təmir işlərini aparan ustalara əmək haqqı 9.600 manat, elektrik işləri 950 manat, yaşıllıq-dekor işləri 4.500 manat, şkaf-mebel 1.000 manat, çılçıraq-spotlar 3.500 manat, rəsmlər 3.500 manat, xırda işlər 500 manat, sanitar qovşaq 2.000 manat, aksesuarlar 800 manat, masalar 4.400 manat, mərmər masalar 1.680 manat, yumşaq mebel 15.000 manat, “Santemaxs”dan materiallar 1.385 manat, kamera sistemi 1.000 manat, təmizlik işləri 1.500 manat, nəzarətçiyə əmək haqqı 7.000 manat, çöl pilləkən mərməri 3.700 manat təşkil etməklə, cəmi 103.715 manat məbləğində pul xərclənmişdir. Bu barədə olan sənədlər məhkəməyə təqdim ediləcəkdir. Bundan başqa, restoran heç bir xəbərdarlıq edilmədən, qəflətən bağlandığı üçün İddiaçı tərəfindən əvvəlcədən alınmış 10.000 manat dəyərində ərzaq məhsulları korlanmış və vurulmuş maddi ziyan cəmi 113.715 manat təşkil etmişdir və həmin ziyan ona ödənilməlidir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sənədinə əsasən hazırki iş üzrə İddiaçı (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sənədinə əsasən hazırki iş üzrə Cavabdeh2 (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqlaİş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sənədinə əsasən hazırki iş üzrə Cavabdeh1 (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqlaİş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər-İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi sahibkar statusuna malik fiziki şəxslərdir, onlar arasında mübahisənin predmetini – məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, qarşı tərəf ona sürücü vasitəsi ilə pul ötürməmişdir. Cavabdehlərin ayrı-ayrı sürücülərinə icarə haqqını təhvil verirdi. 2011-ci ildə icarə obyekti onun icarəsinə verilmiş və həmin il icarə obyektini 125.000 manat dəyərində təmir etmişdir.. 2020-ci ilin mart ayından iyun ayınadək obyekti yenidən təmir edilməsi və iyun ayınadək ödəniş etməməyi ilə bağlı razılıq əldə etmişlər. Lakin pandemiya dövründə iaşə obyektləri işləmirdi. Beləliklə, o da 1 il 4 ay ərzində icarə haqqını icarəyə verənlərin razılığı ilə ödəməmişdir. Daha sonra Cavabdeh2 ilə 2021-ci ilin sentyabr ayından ödəniş edilməsi ilə bağlı razılaşmışlar. Lakin cavabdehin atası obyektdən çıxmağını tələb etmişdir. Obyektdən çıxarıldıqdan sonra ona Cavabdeh2 tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. 5000 manat məbləği daha sonra digər cavabdeh və onun atasından alıb Cavabdeh2 qaytaracaqdı. Eyni zamanda 21.000 manat məbləğində cavabdehlərin atası tərəfindən ödəniş edilmişdir. Obyektdən çıxdığı zaman xırda məişət əşyaları, mətbəx ləvazimatları, bir ədəd televizor götürmüşdür. Obyektin açarını cavabdehlərin bacısı oğlu Ziya Əşrəfzadəyə vermişdir. 21.000 manat məbləğində pul vəsaiti ona təmir işləri ilə bağlı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı 28 noyabr 2012-ci il tarixli və sonradan 13 oktyabr 2017-ci il tarixli icarə müqavilələrinə əsasən obyektdə fəaliyyət göstərirdi. Müqavilədə aylıq icarə haqqı 300-400 manat göstərilsə də, şifahi razılığa əsasən 3-4 min manat icarə haqqı verilirdi. 2020-ci ilin mart ayından 2021-ci ilin may ayına kimi restoran işləməyib. Həmin müddətdə iş dayandığına görə ödənişlər olmayıb. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, pandemiya müddətində iddiaçının özünün etiraf etdiyi kimi, İddiaçı icarə haqqını verməyib, münasibətləri də buna görə korlanıb. İddiaçı obyektin təmir edilməsini təklif etmiş, cavabdehlər ona təmir işləri aparılarkən fəhlələrin üstündə durmağı təklif etmişlər. Təmir işləri cavabdehlərin hesabına görülüb. Təmir qurtarana yaxın tərəflər arasında mübahisə yaranıb, Xəyyam təmirə 30.000 manat xərcinin çıxdığını bildirib. Bundan sonra həmin tarixdə cavabdehlərin bacısı oğlu Ziya iddiaçıya 22.000 manat pul verib, iddiaçı da həmin gün açarları təhvil verib, çıxıb gedib, bundan sonra cavabdehlərdən 5000 manat civarında pul alıb. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ustadır, mübahisəli obyektdə təmir aparılarkən obyektin döşəməsini söküb yenidən vurmuşdur. 2020-ci aprel ayının 15-dən 2020-ci ilin avqust ayının 8-inə kimi orda işləmişdir. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, Cavabdeh1 tanıyır, evini təmir etmişdir. Təmir üçün malı, pulu, əmək haqqını ona Cavabdeh1 verirdi, özü olmayanda isə sürücüsü Səhyəddin pulu göndərirdi. Əvvəl ora gecə klubu idi, sonra oranı gündüz restoranı kimi düzəltmişlər. İşin axırında İddiaçıla mübahisələri oldu. İddiaçı obyektdə dizayner kimi fəaliyyət göstərirdi, məsələn, obyekt üçün kafel seçirdi, sonra Cavabdeh1 pulu alırdı, bir sözlə, təmir işlərini öz zövqünə uyğun görürdü. İddiaçı özünün əvəzinə Elton adlı şəxsi qoymuşdur və onun maaşını özü verirdi. Obyektdə iş gördüyü müddətdə obyektdə havalandırma və kamera işləri görülürdü, elektrik işləri və malyar işləri edilirdi. Təmir üçün pul lazım olanda zəng edib Cavabdeh1 sürücüsündən pulu alırdı. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Cavabdeh1 ailə sürücüsüdür. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, təmir işlərinə onun aidiyyəti yoxdur, Cavabdeh1 ona pul verirdi, o da həmin pulu aparıb İddiaçı verirdi. Təxminən 4-5 dəfə təmir pullarını İddiaçı aparmışdır. İddiaçı pulu işçilərə veribverməməsini bilmir. O, işçilərə birbaşa pul verməmişdir, yalnız İddiaçı verirdi. Təmir gedəndə İddiaçı fəhlələrin başının üstündə icarəçi kimi dururdu. Verdiyi pulun məbləğini bilmirdi, paketdə verilirdi. O, Cavabdeh1 sürücüsü kimi işləməyə başlayanda İddiaçı obyektdə işləyirdi. Pandemiyada obyekti təxminən 3-5 ay müddətinə bağladılar. İcarə pullarını o, İddiaçı alıb Cavabdeh1 verirdi. İcarə haqqının məbləğini bilmir. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 8-10 ildir tanıyır, cavabdehlər isə dayılarıdır. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona 22.000 manat məbləğində borcları olduğu bildirildi və o həmin məbləği iddiaçıya ödədi. Təmir işlərinin kimin tərəfindən aparılması və dəyərinin kimin tərəfindən ödənilməsi barədə dəqiq məlumatı yoxdur. İddiaçı obyektdən çıxdığı zaman mətbəxdə heç nə qalmamışdır. Bir neçə televizor götürmüşdür. İçkilər götürülmüş və içkilərin olduğu hissə sökülmüşdür. İddiaçı obyekti təhvil verdiyi vaxt əlavə borclarının olması barədə ona heç nə deməmişdir. Obyektin hansı səbəb ilə boşaldılması ilə maraqlanmamışdır. Onda olan məlumata görə təmir işlərinin aparılması ilə bağlı çəkilən xərclər mübahisə tərəfləri arasında bölüşdürülmüşdür. İş materiallarına əlavə edilmiş: Cavabdeh1 və Cavabdeh2 (icarəyə verən) ilə X15 (icarəçi) arasında 13 oktyabr 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki; Həmin müqavilənin: 1-ci bəndinə görə icarəyə verən birgə mülkiyyət üzrə onlara məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən ümumi sahəsi 277.3 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndinə görə icarəyə götürən X15 icarəyə verən Cavabdeh1 və Cavabdeh2 aylıq 300 manat icarə haqqı ödəyir. 8-ci bəndinə əsasən icarəçilər icarəyə verən(lər)in razılığı olmadan icarəçilərə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Müqavilə icarəyə verənlər və icarəçinin imzası və notariat qaydasında təsdiq edilmişdir. 20 iyul 2020-ci il tarixli 2590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsindən görünür ki, satıcı Lalə Həsənova tərəfindən alıcı İddiaçı müxtəlif adda ümumi dəyəri (ƏDV daxil) 1385 manat olan dekor aksessuarları satılmışdır. Satış qaiməsi satıcı və alıcı tərəfindən imzalanmamışdır. X3 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, S.Mehdiyev fərdi qaydada havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olur, İddiaçıı uzun müddətdir ki, tanıyır, 2020-ci ilin may ayında Xəyyam ona Bülbül küçəsində yerləşən restoran üçün havalandırma sisteminin yenidənqurma və təmir işlərini sifariş verdi, sifarişin dəyəri 6500 manat təşkil edir, sifariş tam icra edilərək təhvil verildi və işin dəyəri olan 6500 manat ona ödənilmişdir. X7 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o Ziya Bünyadov 7 ünvanında yerləşən Dəmir Dekorasiya müəssisəsinin təsisçisidir, İddiaçıı 2 ildən artıq müddətdir ki, tanıyır, 2020-ci ilin may-iyun aylarında Xəyyam ona 28 may ərazisində işlətdiyi restoran üçün təxminən 8000 manat dəyərində dəmir dekor işləri sifariş vermişdir, həmin işin dəyəri 7700 manat təşkil etdi, tərəfindən həmin sifariş tam hazırlanaraq təhvil verilmiş və onun iştirakı ilə ustaları montaj etmişdir. 7700 manat tam ödənilmişdir. Şahin Kərimov H.oğlu tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o Şüvəlan qəsəbəsi, Füzuli 8 ünvanında yaşayır, fərdi qaydada dekor-bəzək işləri ilə məşğuldur, 2021-ci ildən İddiaçıı tanıyır, onun sifarişi ilə “White Rabbit” adlı restoranda bəzək-dekor işlərini görmüş, gördüyü işlərin təxmini dəyəri 4500-5000 manat məbləğində olmuşdur və sifarişin dəyəri ona tam ödənilmişdir. X11 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, oboy (divar kağızı) sifarişi ilə məşğul olur, İddiaçı Bülbül küçəsində yerləşən restoranının təmiri ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında ona müxtəlif qiymətlərdə divar kağızı sifariş etmişdir, sifarişin ümumi dəyəri 7000 manat idi, sifariş tərəflərindən Bülbül küçəsində olan restorana çatdırlımış və məbləğ tam ödənilmişdir. Seyagi Seymur tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, Xəyyam üçün 28 may metrosunun yaxınlığında mebel işləri vermişlər, restoranın girişini taxta ilə təmir etmişlər - 4500 manat, restoranın içini taxta ilə təmir etmişlər – 5200 manat, divanları təmir etmişlər – 8500 manat, qapıları təmir etmişlər – 3500 manat, bu günki günə Xəyyamın onlara borcu yoxdur, gördükləri sifarişlər “White Rabbit” adlı restoranında Bülbül küçəsi 58 ünvanında olmuşdur. X8 tərəfindən imzalanmış A4 formatlı qəbzdən (kağızdan) görünür ki, 2020-ci ilin avqust ayı ərəfəsində “Daş Dünyası” mağazasından İddiaçı 7000 manat dəyərində tikinti materialları (metlax, kabancik, pillələr) almış, alınan materialların dəyəri tam ödənilmişdir və Bülbül 58 ünvanında yerləşən restorana təmir üçün göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 113.715 manat ziyanı 7 gün müddətinə qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: İşin mübahisə edilməyən hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı atası X15 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən ümumi sahəsi 277,3 kv.m. olan qeyri-yaşayış sahəsi X9 icarəsində olmuşdur. 2021-ci ilin avqustun 27-də sözügedən icarə müqaviləsi üzrə icarə münasibətlərinə vaxtından əvvəl xitam verilmişdir. Hazırda İddiaçı sözügedən qeyri-yaşayış sahəsində 2020-ci ilin mart – 2021-ci ilin may ayları arası dövrdə təmir işlərini öz vəsaiti hesabına apardığını, lakin həmin təmir işlərinin dəyərinin cavabdehlər tərəfindən ona ödənilmədiyini əsas göstərərək təmir işlərin aparılmasına xərclənmiş 103.715 manat məbləğində pul vəsaitinin, eləcə də xəbərdarlıq edilmədən qeyri-yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ərzaq məhsullarının xarab olması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-2021-ci illərdə obyektdə təmir işlərinin görülməsini təsdiq etsə də, həmin işlərin onların vəsaiti hesabına görüldüyünü, İddiaçı isə yalnız həmin işlərin görülməsini nəzarəti həyata keçirdiyini və İddiaçı təmirə nəzarəti həyata keçirməsi ilə bağlı çəkdiyi xərclərə görə 27.000 manat məbləğində pulun ona ödənildiyini və iddiaçıya heç bir borclarının olmadığını əsas göstərərək iddiaya etiraz edirlər. Məhkəmə əvvəla qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsində icarəçi qismində İddiaçı deyil, X15 çıxış etdiyindən, yəni İddiaçı həmin müqavilənin tərəfi olmağından sözügedən müqavilədən irəli gələn tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, təmirə çəkilmiş xərclərin ödənilməsinə dair hazırkı iddia tələbinə icarə verənə qarşı icarə müqaviləsinə əsaslanaraq irəli sürülmüş tələb kimi qiymət verildiyi və həmin tələbə icarə müqaviləsindən irəli gələn mülki hüquq normalarını tətbiq edildiyi təqdirdə həmin tələb iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, təmirə çəkilmiş xərclərin ödənilməsi barədə hazırkı iddia tələbinə əşya və əmlak hüququnun normaları (Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini) tətbiq edilərsə belə, həmin iddia əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin: 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsində vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı halda İddiaçı qeyri-yaşayış sahəsinin onun faktiki sahibliyində və istifadəsində olmasını bildirsə də, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi onunla bağlamadığından iddiaçı qeyri-yaşayış sahəsinə sahiblik etməsi üçün qanuni və ya müqavilə əsasının olmamasını bilirdi və ya bilməli idi. Bu baxımdan İddiaçı qeyri-yaşayış sahəsinin vicdanlı sahibi kimi qəbul edilməsi üçün əsas yoxdur və belə olan halda sonuncunun vicdanlı sahib kimi sahiblik etdiyi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması da iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən İddiaçı belə bir hüquqa malik olması ehtimal edilsə belə, sonuncu qeyri-yaşayış sahəsində onun vəsaiti hesabına təmir işlərinin yerinə yetirilməsi faktını, eləcə də həmin işlərin növlərini, həcmini və dəyərini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı məhkəməyə sübut qismində təqdim etdiyi tikinti mallarının satışı, müxtəlif adda tikinti-quraşdırma, dekor və s. işlərinin görülməsi ilə məşğul olan sahibkarlar tərəfindən imzalanması ehtimal edilən sənədlərə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sənədlərin həqiqətən də sənədlərdə göstərilmiş şəxslər tərəfindən imzalanması, eləcə də sözügedən şəxslərin tikinti materialların satışı, tikinti-quraşdırma işlərinin görülməsi ilə məşğul olması, bir sözlə desək, məhkəməyə təqdim edilmiş sözügedən sənədlərin mötəbərliyi şübhə doğurur. Belə ki, sözügedən sənədlər sadə yazılı formada tərtib edilmiş, yəni sənədləri imzalamış şəxslərin kimliyi notarius tərəfindən təsdiq edilməmiş, həmin şəxslərin heç biri məhkəmədə şahid qismində dindirilməmiş, sözügedən sənədləri imzalamasını təsdiq edən ifadə verməmiş, sənədlər hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalandığı halda isə sənədlərdə hüquqi şəxsin möhürü vurulmamışdır. Odur ki, yuxarıda göstərilən sənədlərdə əks olunmuş halların məhkəmə tərəfindən tədqiq edilmiş digər sübutlarla da təsdiq edilmədiyini, cavabdehin isə həmin halların həqiqiliyini mübahisələndirdiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sözügedən sənədlər İddiaçı tərəfindən təmirə çəkilmiş xərclərin məbləğini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının təmir xərclərinin ödənilməsi tələbinə dair iddiasının əsası kimi istinad etdiyi hallar – qeyri-yaşayış sahəsində təmir işlərinin onun hesabına aparılması, eləcə də həmin işlərə 103.715 manat məbləğində pul xərclənməsi iş materialları ilə öz təsdiqini tapmadığından təmir xərclərinin ödənilməsi tələbinə dair hissədə iddia rədd edilməlidir. İddianın qeyri-yaşayış sahəsindən xəbərdarlıq edilmədən çıxarılması ilə əlaqədar ərzaqların xarab olması nəticəsində dəymiş 10.000 manat məbləğində zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-1097-ci maddələri təşkil edir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2297/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2297/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver