Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2299/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı malların müsadirə edilməsi tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, saxta aksiz markaları ilə markalanmış 5 ədəd alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai AraşdırılmasıBaş İdarəsinin 27.12.2019-cu il tarixli **********7361 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan və Tağızadə küçələrinin kəsişməsinin ticarət cərgəsində yerləşən, fiziki şəxs Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı 13 ədəd alkoqollu içki saxta aksiz markası ilə markalanma ehtimalı ilə götürülərək, VN seriyalı, 000296 nömrəli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla rəsmiləşdirilmişdir. Aşkar olunan alkoqollu içkilərin üzərinə yapşıdırılmış aksiz markalarının standartlara uyğun olub-olmamasınımüəyyən edilməsi üçün ekspertiza təyin olunmuş və müvafiq olaraq, 22.01.2020-ci il tarixli 162 nömrəli ekspert arayışında tədqiqata təqdim olunan 13 ədəd alkoqollu içkinin üzərinə yapışdırılmış aksiz markalarının standartlara uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra, 28.01.2020-ci il tarixli VN seriyalı 000087 nömrəli “markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair akt” və “markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokol” tərtib olunmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2020-ci il tarixli 4270/4271 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, bu içkilər yoxlanılan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə əsasən zavod üsulu ilə hazırlanmışdır, tərkiblərindəki zərərli qarışıqların standartlarla yol verilən miqdarlarına əsasən istifadəyə yararlıdır. Həmin rəyə əsasən 13 ədəd alkoqollu içkidən 8 ədədi ekspertiza tədqiqatına sərf edilmiş, 5 ədəd istifadə edilməmiş alkoqollu içki Baş idarənin anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cavabdeh məxsus (VOEN **********) Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan və Tağızadə küçələrinin kəsişməsi, ticarət cərgəsi ünvanında yerləşən obyektin fəaliyyətinə dair operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 27.12.2019-cu il tarixli **********7361 saylı qərar qəbul edilmişdir. Həmin qərarın həyata keçirilməsinin təmin edilməsi məqsədilə operativ vergi nəzarət tədbiri keçirilərkən saxta aksiz markaları ilə markalanmış 13 ədəd spirtli içki aşkar edilmiş və bu barədə vergi orqanının əməkdaşları tərəfindən “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair 27.12.2019-cu il tarixli, VN № 000044 nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarət tədbiri nəticəsində aşkar edilmiş mallar 28.01.2020-ci il tarixli seriya VN N 00087 nömrəli “Markalanmalı malların götürülməsi barədə protokol və “Markalanmalı olan malların məsul saxlamaya qoyulması” barədə akta əsasən götürülmüş və saxlanılması üçün məsul şəxsə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş alkoqollu içkilər rakı, viski, likör və araq məhsullarına aid yoxlanılan orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə və toksiki mikroqarışıqların miqdrına görə müvafiq standartın tələblərinə, etiket göstəricisinə uyğundur və kimyəvi tərkibinə görə zavod üsulu ilə hazırlanmış məhsullar üçün olan göstəricilərə uyğundur. 2 saylı cədvəl üzrə göstərilmiş alkoqollu içkilərin analoji mallara uyğun olaraq satışda olan istifadəyə yararlı alkoqollu içkilərin qiymətinə 27 dekabr 2019-cu il tarixə orta bazar qiyməti ilə ümumi dəyərinin 362,0 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin: 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 89.13-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların miqdarı muvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan siyahısı tərtib edilir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cavabdeh məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən saxta aksiz markası ilə markalanmış alış dəyəri 362 manat olan 13 ədəd alkoqollu içki aşkar edilmişdir. Götürülmüş içkilərin 8 ədədi ekspertiza tədqiqatında istifadə edilmişdir. İşin yuxarıda göstərilən hallarına əsasən həmçinin müəyyən edilir ki, malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.13 və 89.14-cü maddələrində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi saxta aksiz markaları ilə markalanmış malların müsadirə edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh məxsus, saxta aksiz markaları ilə markalanmış 5 ədəd alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus saxta aksiz markaları ilə markalanmış 5 ədəd alkoqollu içki satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2299/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2299/2021
25.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver