Məhkəmə qərarları › İş №e-2-2(113)-230/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-230/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-230/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi, iddiaçı Cavabdeh2ın cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin xitamı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələblərinə dair birləşdirilmiş işlər (açar sözlər: kredit, zaminlik müqavilələri, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (LLC) nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin xitamı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələblərinə dair birləşdirilmiş işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Türkkan yağ Sanayi və Ticaret şirkətinə, Cavabdeh1, X2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Alom Limited Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə (müştərək) qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli, 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən əsas borc ******* (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları, faiz borcu 1645076,77 (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) ABŞ dolları, komissiya borcu 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları təşkil etməklə, cəmi 10682996,77 (on milyon altı yüz səksən iki min doqquz yüz doxsan altı dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində borcun, iddiaya görə ödənilmiş 9871 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən borcalana ******* (doqquz milyon) ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limiti ayrılmışdır. Qeyd edilən baş kredit müqaviləsi çərçivəsində borcalanla 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi bağlanaraq ******* (beş milyon beş yüz min) ABŞ dolları və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsi bağlanaraq ******* (üç milyon beş yüz min) ABŞ dolları məbləğində borcalana qarantiya verilmişdir. Qarantiya müqavilələri xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmışdır. Qarantiyalar benefisiar olan T.C.Ziraat Bankası A.Ş. tərəfindən borcalana verilmiş kreditin geri ödənilməsinin təminatı üçün verilmişdir. Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli, Cavabdeh2 ilə 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000124 nömrəli, Cavabdeh3 ilə 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000123 nömrəli, "xxxx" MMC ilə 13 aprel 2020-ci il tarixli 003GRNT20000049 nömrəli və Alom Limited Şirkəti ilə 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə, təminat qismində İk Aktiv LLC şirkətinə məxsus və Ukrayna Respublikasında yerləşən daşınmaz əmlakın ipotekasına dair 26 May 2021-ci il tarixli ipoteka müqaviləsi ilə, daşınar əmlaka dair 18 dekabr 2020-ci il tarixli girov müqaviləsi ilə, Alom Limited Şirkətinə məxsus və Ukrayna Respublikasında yerləşən daşınar əmlakın girovuna dair 02 dekabr 2020-ci il tarixli girov müqaviləsi ilə xxxx Anonim Şirkətinə məxsus və Türkiyə Respublikasında yerləşən daşınar əmlakların girovuna dair 21 oktyabr 2019-cu il tarixli girov müqaviləsi ilə rəsmiləşdirilmiş əmlaklar, həmçinin xxxx Anonim Şirkətinin, Cavabdeh3 və Cavabdeh1 "xxxx" MMC-də olan payları Ukrayna qanunvericiliyi əsasında rəsmiləşdirilmiş girov müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. Cavabdehlərin hər biri qeyrirezidentdir (müvafiq olaraq Türkiyə Respublikasının və Ukrayna Respublikasının rezidentləridirlər) və Azərbaycan Respublikasında qeydiyyatları yoxdur. Borcalanla bağlanmış qarantiya müqavilələri çərçivəsində benefisiar olan T.C.Ziraat Bankası A.Ş-yə iddiaçı tərəfindən qarantiya məktubları verilmişdir. Verilmiş qarantiya məktubları üzrə benefisiar olan T.C. Ziraat Bankası A.Ş. tərəfindən 05 oktyabr 2021-ci il tarixində iddiaçı tərəfə ödəniş tələbləri (tələbnamə) daxil olmuş və həmin qarantiya məktubu üzrə iddiaçı tərəfindən benefisiara edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə ******* (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları, faiz borcu 1645076,77 (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) ABŞ dolları, komissiya borcu 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları təşkil etməklə, cəmi 10682996,77 (on milyon altı yüz səksən iki min doqquz yüz doxsan altı dollar yetmiş yeddi sent) ABŞ dolları borcu vardır. Cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə 25 iyul 2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün mediator tərəfindən iddiaçıya X1 İştirak Edilməməsi barədə arayış təqdim olunmuşdur. Mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli, 03GR19000021 nömrəli qarantiya müqaviləsinin və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinin 2.2-ci və 2.3-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulur. Qeyd edilən qarantiya müqavilələrinin 2.2-ci bəndinə əsasən benefisiar tərəfindən qarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi qarant tərəfindən ödənildikdən sonra, qarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və qarant qarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz) % hesablayır. Qarantiya müqavilələrinin 2.3-cü bəndinə görə prinsipal qaranta qarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu müqavilənin 2.2-ci maddəsinə əsasən hesablanmış faizləri, qarantiyanın tam və ya bir hissəsinin qarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə qarant qarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə, məbləğ əmələ gündən başlayaraq illik 60 (altmış) % həcmində faiz hesablayır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə, zaminlik müqavilələrinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448, 449.1, 449.4, 462.1, 465.2, 470.1, 470.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (LLC) nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı ASC ilə hazırkı iddiaçı olan xxxx Anonim Şirketi arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC ilə birgə cavabdehlərdən Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli, birgə cavabdehlərdən Mehmet Nezir arasında bağlanmış eyni tarixli 003GRNT19000124 nömrəli, birgə cavabdehlərdən Cavabdeh1 arasında bağlanmış eyni tarixli 003GRNT19000125 nömrəli, birgə cavabdehlərdən “ALOM Limited Şirkəti” arasında bağlanmış eyni tarixli 003GRNT19000126 nömrəli və birgə cavabdehlərdən "xxxx" MMC arasında bağlanmış 13 aprel 2020-ci il tarixli 003GRNT190000049 nömrəli zaminlik müqavilələləri bağlanmışdır. Hazırda birgə cavabdehlər də hər biri müstəqil şəkildə İddiaçı ASC-yə qarşı öz zaminliklərinə mütənasib bağlanmış müvafiq zaminik müqavilələri üzrə “öhdəliyə xitam verilməsi” tələbinə dair müvafiq iddia ərizələri ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər və hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında hazırkı iş üzrə birgə cavabdehlərdən 5-nin İddiaçı ASC-yə qarşı kommersiya iddiası vardır ki, məhkəməyə artıq məlum olduğu kimi həmin iddialar üzrə icraat elə məhz sədrlik edən hakim kimi sizin icraatınızda hazırki ilkin iddia üzrə qaldırılmış kommersiya işinə birləşdirilərək bir icraatda baxılmaqdadır. Hesab edilir ki, İddiaçı ASC-nin hazırkı iddiası təmin edilə bilməz. Ona görə ki, sözügedən işlər üzrə məhkəmə mübahisəsinin predmeti və mərkəz nöqtəsini İddiaçı ASC ilə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinin 5.1.3-cü maddələrində zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam veriləcəyi göstəriləcəyi qeyd edilmişdir. Qeyd edilən müddəanın mahiyyətindən göründüyü kimi, cavabdeh İddiaçı ASC, baş kredit müqaviləsi üzrə yaranmış tələbini öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı irəli sürməli idi. Lakin nəzərə alsaq ki, baş kredit müqaviləsi üzrə borcalanın üzərinə götürdüyü öhdəliyin icra müddəti bitmişdir. Zaminlik müqavilələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət ərzində zaminlərə qarşı hər hansı iddia tələbi irəli sürülməmiş və həmin tələb müddəti də bitmişdir, borcalanın, yəni xxxx Anonim Şirketinin baş kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi üzrə iddiaçıların zaminliyinə xitam verilməlidir. İş materiallarına təqdim edilmiş qarantiya müqavilələrinin 2.2-ci maddələrində qeyd edilir ki, benifisiar tərəfindən qarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsinin qarant tərəfindən ödənildikdən sonra, qarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və qarant qarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipialdan ödənilmiş məbləğə illik 30 (otuz) % hesablayır. Həmçinin həmin müqavilənin 2.3-cü maddəsində qeyd edilmişdir ki, prinsipial qaranta qarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu müqavilənin 2.2-ci maddəsində əsasən hesablanmış faizləri, qarantiyanın tam və ya bir hissəsinin qarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. İşin hallarından da məlum olduğu kimi, sözügedən qarantiya məbləğləri benifisiarlara ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 485.1-ci maddəsinə əsasən “benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir.” Belə ki, İddiaçı ASC, “T.C. Ziraat Bankası A.Ş” tərəfindən tələb irəli sürüldükdə Türkkana məlumat verməmişdir. Bu özlüyündə prosedural baxımdan Türkkanın hüquqlarının pozulmasına ən bariz işarədir. İddiaçı ASCnin xxxx Anonim Şirkətinə ünvanlamış olduğu xx.xx.2021-ci il tarixli ZB 6438 saylı xəbərdarlıq məktubuna nəzər saldıqda məlum olur ki, həmin xəbərdarlıq məktubu ilə "xxxx" ASC xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsi çərçivəsində bağlamış olduğu xx.xx.2019-cu il tarixli qarantiya müqaviləsinə əsasən verilmiş ******* ABŞ dolları və xx.xx.2019-cu il tarixli qarantiya müqaviləsinə əsasən verilmiş ******* ABŞ dolları icra edilmiş ödənişləri və onlara görə ödənilmiş faiz məbləğlərinin 10 (gün) ərzində ödənilməsini tələb etmişdir. Bu məktuba istinad edərək mövqeyi onunla əsaslandırırlar ki, tələbkar tərəfindən öhdəliyin icrası tələbinin müddət axını xx.xx.2021-ci il tarixindən etibarən hesablanmağa başlamış, həmin tələb hüquqları müdafiə etdiyi şəxslər tərəfindən icra edilməmişdir. Həmin tələb tarixinin üzərindən artıq 2 il müddət keçmişdir. İddiaçı ASC ilə birgə cavabdehlərdən Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli, birgə cavabdehlərdən Mehmet Nezir arasında bağlanmış eyni tarixli 003GRNT19000124 nömrəli, birgə cavabdehlərdən Cavabdeh1 arasında bağlanmış eyni tarixli 003GRNT19000125 nömrəli, birgə cavabdehlərdən “ALOM Limited Şirkəti” arasında bağlanmış eyni tarixli 003GRNT19000126 nömrəli və birgə cavabdehlərdən "xxxx" MMC arasında bağlanmış 13 aprel 2020-ci il tarixli, 003GRNT190000049 nömrəli zaminlik müqavilələləri imzalanmış, zaminlik müqavilələrinin hər birində müqavilənin 5-ci maddəsi zaminliyə xitam veriməsi şərtlərini şərtləndirərək 5.1.3-cü maddədə qeyd edilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmiş tələb etmə müddətini nəzərə alaraq, həmin tələblə əlaqədar zaminlərə qarşı həmin 1 il ərizndə hər hansı iddia irəli sürülmədiyi nəzərə alınsa, hesab edilir ki, sözügedən əsaslarla zaminliyə xitam verilməlidir. Beləliklə, hesab edilir ki, hazırda birgə icraatda birləşdirilərək baxılan işlər üzrə zaminliklə əlaqədar öhdəliklərə xitam verilməlidir.

5. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003GRNT19000124 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi (Türkiyə Respublikası) ilə İddiaçı ASC arasında 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı ASC kreditor, xxxx Anonim Şirketi isə borcalan olaraq tanınmışdır. Adıçəkilən müqavilə üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin icrasının təminatı olaraq, İddiaçı ASC ilə iddiaçı Cavabdeh3 arasında 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli, iddiaçı Cavabdeh2 arasında eyni tarixli 003GRNT19000124 nömrəli, iddiaçı Mücahit kkan arasında eyni tarixli 003GRNT19000125 nömrəli və iddiaçı “ALOM Limited Şirkəti” arasında eyni tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 08 oktyabr 2021-ci il tarixində baş kredit müqaviləsinə əsasən borcalan xxxx Anonim Şirketinin kreditor İddiaçı ASC qarşısında ******* (doqquz milyon) ABŞ dolları məbləğində borc məbləği yaranmışdır. Bununla əlaqədar cavabdeh İddiaçı ASC tərəfindən 08 oktyabr 2021-ci il tarixində borcalan və iddiaçı olan zaminlərə pretenziya məktubları ünvanlanmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.3-cü maddəsinə müvafiq olaraq, limit çərçivəsində verilən hər bir kreditin müddəti, məbləği, məqsədi və təyinatı, illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və həmin müqavilənin tərkib hissəsini təşkil edən müvafiq müqavilələrlə müəyyən edilir. Sözügedən müvafiq müqavilələr isə öz növbəsində xx.xx.2019-cu il tarixli 03GR19000021 saylı və xx.xx.2019-cu il tarixli 03GR19000025 saylı qarantiya müqavilələridir. Cavabdeh İddiaçı ASC ilə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinin 5.1.3-cü maddələrində göstərilmişdir ki, zaminliyə onun zamin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən müddəanın mahiyyətindən göründüyü kimi, cavabdeh İddiaçı ASC, baş kredit müqaviləsi üzrə yaranmış tələbini öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində zaminlərə qarşı irəli sürməli idi. Lakin baş kredit müqaviləsi üzrə borcalanın üzərinə götürdüyü öhdəliyin icra müddəti bitmişdir, zaminlik müqavilələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət ərzində zaminlərə qarşı hər hansı iddia tələbi irəli sürülməmiş və həmin tələb müddəti də bitmişdir, borcalanın, yəni xxxx Anonim Şirketinin Baş kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi üzrə iddiaçıların zaminliyinə xitam verilməlidir. Belə ki, tərəflər arasında olan müqavilələr üzrə müddət bitdiyi üçün müqavilələr ləğv edilir, lakin bununla belə zaminlərin şəxsi zaminlik öhdəliklərinə xitam verilməməsi, hazırda onların üzərində müəyyən yüklülük saxlayır ki, bu isə öz növbəsində onların həyat və fəaliyyətlərinə müəyyən maneələr yaradır. Ona görə də hazırda hesab edilir ki, sözügedən müqavilələr üzrə öhdəliklərə xitam verilməlidir. Həmçinin, iddia ərizəsinin verilməsindən öncə iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməklə müvafiq pretenziya məktubu qarşı tərəfə çatdırılmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 477.0.4-cü maddələrinə istinad olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5326/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin xitamı tələbinə dair e-2-2(113)-5326/2023 saylı iş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər xxxx şirkətinə, Cavabdeh1, X2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Alom Limited Şirkətinə qarşı pul tələbinə dair e-2-2(113)- 4700/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

9. İddiaçı ASC tərəfindən Cavabdeh2 iddiasına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 tərəfindən banka qarşı verilmiş aralarında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000124 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunmasına dair iddia ərizəsi icraatınıza qəbul edilmiş və hazırkı iş üzrə ilkin iddiaçı olaraq İddiaçı ASC-nin iddiaçıya verdiyi borc tələbinə dair iddia üzrə bir icraatda baxılmaqdadır. Hazırda mübahisə edilən zaminlik müqaviləsi borclu Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən isə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə bağlanmış müqavilədə də zaminin borcalanla birgə məsuliyyəti nəzərdə tutulmuşdur və bu baxımdan birgə borcalanlar hesab edilir. Qeyd edilənlərdən əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Digər tərəfdən, iddiaçının iddiasının hüquqi əsaslarına gəldikdə bildirilir ki, iddia tamamilə əsassızdır, faktiki hallarına uyğun deyil və maddi hüquq normalarının səhv təfsiri ilə müşayiət olunur. Belə ki, yuxarıda qeyd edilən kimi, Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında açıq-aydın göstərilmişdir ki, baş kredit müqaviləsi, kredit xətti və bu kimi müqavilələr hüquqi öhdəlik yaradan müqavilədir. Beləliklə, həmin müqavilə təminatı kimi bağlanan zaminlik müqaviləsinə münasibətdə “əsas öhdəlik” yaradan müqavilə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Müqavilənin mühüm şərtlərindən olan müddət də xx.xx.2019-cü il tarixli 03 OCRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndində konkret olaraq göstərilmiş və 60 ay, yəni 5 il müddəti olaraq müəyyənləşmişdir. Cavabdeh2 ilə bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000124 nömrəli zaminlik müqaviləsi baş kredit müqaviləsində bağlanacaq razılaşmalara yox, birbaşa baş kredit müqaviləsinin özünə bağlanmışdır və həmin zaminlik müqaviləsində 60 ay, yəni 5 il müddət müəyyən olunmuşdur ki, bu müddət də bitməmişdir. Beləliklə, zaminlik müqaviləsində müddət təyin edilmişdir və həmin müddət əsas öhdəliyin icra müddəti ilə üst-üstə düşür. Göründüyü kimi, baş kredit müqaviləsinin zaminlik müqaviləsinə münasibətdə əsas öhdəliyi müəyyən edən müqavilə kimi çıxış etdiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə (müddət təyin edilmədikdə 1 illik müddətin keçməsi ilə bağlı xitam vermə əsasına) istinad edən iddiaçının iddiası əsassız hesab edilməlidir. Belə ki, zaminin öhdəliyi baş kredit müqaviləsinin tərkib hissəsi olan və onun əsasında bağlanmış müqavilədən (razılaşma, saziş və s.) irəli gələn öhdəliklərə deyil, ümumiyyətlə baş kredit müqaviləsi əsasında borclunun yaranmış olan öhdəliklərinin icrasına təminat verir. Həmçinin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən həmin maddədə göstərilən konkret əsaslardan hər hansı biri mövcud deyilsə, baş kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək zaminlik müqaviləsi qüvvədə qalır.

10. İddiaçı Alom Limited Şirkəti cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003GRNT19000126 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi (Türkiyə Respublikası) ilə İddiaçı ASC arasında 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı ASC kreditor, xxxx Anonim Şirketi isə borcalan olaraq tanınmışdır. Adıçəkilən müqavilə üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin icrasının təminatı olaraq, İddiaçı ASC ilə iddiaçı “ALOM Limited Şirkəti” arasında eyni tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 08 oktyabr 2021-ci il tarixində baş kredit müqaviləsinə əsasən borcalan xxxx Anonim Şirketi kreditor İddiaçı ASC qarşısında ******* (doqquz milyon) ABŞ dolları məbləğində borc məbləği yaranmışdır. Bununla əlaqədar cavabdeh İddiaçı ASC tərəfindən 08 oktyabr 2021-ci il tarixində borcalan və iddiaçı olan zaminlərə pretenziya məktubları ünvanlanmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.3-cü maddəsinə müvafiq olaraq, limit çərçivəsində verilən hər bir kreditin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və həmin müqavilənin tərkib hissəsini təşkil edən müvafiq müqavilələr ilə müəyyən edilir. Sözügedən müvafiq müqavilələr isə öz növbəsində xx.xx.2019-cu il tarixli 03GR19000021 saylı və 11.2019-cu il tarixli 03GR19000025 saylı qarantiya müqavilələridir. Cavabdeh İddiaçı ASC ilə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinin 5.1.3-cü maddələrində göstərilmişdir ki, zaminliyə onun zamin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən müddəanın mahiyyətindən göründüyü kimi, cavabdeh İddiaçı ASC, baş kredit müqaviləsi üzrə yaranmış tələbini öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı irəli sürməli idi. Lakin baş kredit müqaviləsi üzrə borcalanın üzərinə götürdüyü öhdəliyin icra müddəti bitmişdir. Zaminlik müqavilələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət ərzində zaminlərə qarşı hər hansı iddia tələbi irəli sürülməmiş və həmin tələb müddəti də bitmişdir, borcalanın, yəni xxxx Anonim Şirketinin baş kredit müqaviləsinə yaranmış borc öhdəliyi üzrə iddiaçıların zaminliyinə xitam verilməlidir. Belə ki, tərəflər arasında olan müqavilələr üzrə müddət bitdiyi üçün müqavilələr ləğv edilir, lakin bununla belə zaminlərin şəxsi zaminlik öhdəliklərinə xitam verilməməsi, hazırda onların üzərində müəyyən yüklülük saxlayır ki, bu isə öz növbəsində onların həyat və fəaliyyətlərinə müəyyən maneələr yaradır. Ona görə də hazırda hesab edilir ki, sözügedən müqavilələr üzrə öhdəliklərə xitam verilməlidir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 477.0.4, 484.1, 484.2, 485, 485.2, 487, 489.2-ci maddələrinə istinad olunmuşdur.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5266/2023 saylı qərardadı ilə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş vəsatət təmin edilmiş, iddiaçı Alom Limited Şirkətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair e-2-2(113)-5266/2023 saylı iş, onunla əlaqəli olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər xxxx şirkətinə, Cavabdeh1, X2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Alom Limited Şirkətinə qarşı pul tələbinə dair e-2-2(113)-4700/2023 saylı işlə bir icraatda birləşdirilmişdir.

14. İddiaçı ASC tərəfindən Alom Limited Şirkətin iddiasına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Limited Şirketi tərəfindən banka qarşı verilmiş aralarında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000126 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunmasına dair iddia ərizəsi icraatınıza qəbul edilmiş və hazırki iş üzrə ilkin iddiaçı olaraq İddiaçı ASC-nin iddiaçıya verdiyi “borc tələbinə dair” iddia üzrə bir icraatda baxılmaqdadır. Hazırda mübahisə edilən zaminlik müqaviləsi borclu Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən isə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə bağlanmış müqavilədə də zaminin borcalanla birgə məsuliyyəti nəzərdə tutulmuşdur və bu baxımdan birgə borcalanlar hesab edilir. Qeyd edilənlərdən əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Digər tərəfdən, iddiaçının iddiasının hüquqi əsaslarına gəldikdə bildirilir ki, iddia tamamilə əsassızdır, faktiki hallarına uyğun deyil və maddi hüquq normalarının səhv təfsiri ilə müşayiət olunur. Belə ki, yuxarıda qeyd edilən kimi, Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında açıq-aydın göstərilmişdir ki, baş kredit müqaviləsi, kredit xətti və bu kimi müqavilələr hüquqi öhdəlik yaradan müqavilədir. Beləliklə, həmin müqavilə təminatı kimi bağlanan zaminlik müqaviləsinə münasibətdə “əsas öhdəlik” yaradan müqavilə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Müqavilənin mühüm şərtlərindən olan müddət də xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndində konkret olaraq göstərilmiş və 60 ay, yəni 5 il müddəti olaraq müəyyənləşmişdir. "xxxx" Limited Şirketi ilə bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000126 nömrəli zaminlik müqaviləsi baş kredit müqaviləsində bağlanacaq razılaşmalara yox, birbaşa baş kredit müqaviləsinin özünə bağlanmışdır və həmin zaminlik müqaviləsində 60 ay, yəni 5 il müddət müəyyən olunmuşdur ki, bu müddət də bitməmişdir. Beləliklə, zaminlik müqaviləsində müddət təyin edilmişdir və həmin müddət əsas öhdəliyin icra müddəti ilə üst-üstə düşür. Göründüyü kimi, baş kredit müqaviləsinin zaminlik müqaviləsinə münasibətdə əsas öhdəliyi müəyyən edən müqavilə kimi çıxış etdiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə (müddət təyin edilmədikdə 1 illik müddətin keçməsi ilə bağlı xitam vermə əsasına) istinad edən iddiaçının iddiası əsassız hesab edilməlidir. Belə ki, zaminin öhdəliyi baş kredit müqaviləsinin tərkib hissəsi olan və onun əsasında bağlanmış müqavilədən (razılaşma, saziş və s.) irəli gələn öhdəliklərə deyil, ümumiyyətlə baş kredit müqaviləsi əsasında borclunun yaranmış olan öhdəliklərinin icrasına təminat verir. Həmçinin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən həmin maddədə göstərilən konkret əsaslardan hər hansı biri mövcud deyilsə, baş kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək zaminlik müqaviləsi qüvvədə qalır.

15. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 003GRNT190000049 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi (Türkiyə Respublikası) ilə İddiaçı ASC arasında 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı ASC kreditor, xxxx Anonim Şirketi isə borcalan olaraq tanınmışdır. Adıçəkilən müqavilə üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin icrasının təminatı olaraq, İddiaçı ASC ilə iddiaçı “ALOM limited Şirkəti” arasında eyni tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 08 oktyabr 2021-ci il tarixində baş kredit müqaviləsinə əsasən borcalan xxxx Anonim Şirketi kreditor İddiaçı ASC qarşısında ******* (doqquz milyon) ABŞ dolları məbləğində borc məbləği yaranmışdır. Bununla əlaqədar cavabdeh İddiaçı Azərbaycan” ASC tərəfindən 08 oktyabr 2021-ci il tarixində borcalan və iddiaçı olan zaminlərə pretenziya məktubları ünvanlanmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, 02 oktyabr 2019cu il tarixində xxxx Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.3-cü maddəsinə müvafiq olaraq, limit çərçivəsində verilən hər bir kreditin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və həmin müqavilənin tərkib hissəsini təşkil edən müvafiq müqavilələr ilə müəyyən edilir. Sözügedən müvafiq müqavilələr isə öz növbəsində xx.xx.2019-cu il tarixli 03GR19000021 saylı və 11.2019-cu il tarixli 03GR19000025 saylı qarantiya müqavilələridir. Cavabdeh İddiaçı ASC ilə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinin 5.1.3-cü maddələrində göstərilmişdir ki, zaminliyə onun zamin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən müddəanın mahiyyətindən göründüyü kimi, cavabdeh İddiaçı ASC, baş kredit müqaviləsi üzrə yaranmış tələbini öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı irəli sürməli idi. Lakin baş kredit müqaviləsi üzrə borcalanın üzərinə götürdüyü öhdəliyin icra müddəti bitmişdir. Zaminlik müqavilələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət ərzində zaminlərə qarşı hər hansı iddia tələbi irəli sürülməmiş və həmin tələb müddəti də bitmişdir, borcalanın, yəni xxxx Anonim Şirketinin baş kredit müqaviləsinə yaranmış borc öhdəliyi üzrə iddiaçıların zaminliyinə xitam verilməlidir. Belə ki, tərəflər arasında olan müqavilələr üzrə müddət bitdiyi üçün müqavilələr ləğv edilir, lakin bununla belə zaminlərin şəxsi zaminlik öhdəliklərinə xitam verilməməsi, hazırda onların üzərində müəyyən yüklülük saxlayır ki, bu isə öz növbəsində onların həyat və fəaliyyətlərinə müəyyən maneələr yaradır. Ona görə də hazırda hesab edilir ki, sözügedən müqavilələr üzrə öhdəliklərə xitam verilməlidir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 477.0.4, 484.1, 484.2, 485, 485.2, 487, 489.2-ci maddələrinə istinad olunmuşdur.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5320/2023 saylı qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı “borcun ödnilməsi və s.” tələbinə dair e-2-2(113)-4700/2023 saylı işlə bir icraatda birləşdirilmişdir.

19. İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin iddiasına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən banka qarşı verilmiş aralarında bağlanmış 13 aprel 2020-ci il tarixli, 003GRNT20000049 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunmasına dair iddia ərizəsi icraatınıza qəbul edilmiş və hazırki iş üzrə ilkin iddiaçı olaraq İddiaçı ASC-nin iddiaçıya verdiyi “borc tələbinə dair” iddia üzrə bir icraatda baxılmaqdadır. Hazırda mübahisə edilən zaminlik müqaviləsi borclu Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən isə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə bağlanmış müqavilədə də zaminin borcalanla birgə məsuliyyəti nəzərdə tutulmuşdur və bu baxımdan birgə borcalanlar hesab edilir. Qeyd edilənlərdən əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Digər tərəfdən, iddiaçının iddiasının hüquqi əsaslarına gəldikdə bildirilir ki, iddia tamamilə əsassızdır, faktiki hallarına uyğun deyil və maddi hüquq normalarının səhv təfsiri ilə müşayiət olunur. Belə ki, yuxarıda qeyd edilən kimi, Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında açıq-aydın göstərilmişdir ki, baş kredit müqaviləsi, kredit xətti və bu kimi müqavilələr hüquqi öhdəlik yaradan müqavilədir. Beləliklə, həmin müqavilə təminatı kimi bağlanan zaminlik müqaviləsinə münasibətdə “əsas öhdəlik” yaradan müqavilə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Müqavilənin mühüm şərtlərindən olan müddət də xx.xx.2019-cü il tarixli 03OCRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndində konkret olaraq göstərilmiş və 60 ay, yəni 5 il müddəti olaraq müəyyənləşmişdir. "xxxx" MMC ilə bağlanmış 13 aprel 2020-ci il tarixli, 003GRNT190000049 nömrəli zaminlik müqaviləsi baş kredit müqaviləsində bağlanacaq razılaşmalara yox, birbaşa baş kredit müqaviləsinin özünə bağlanmışdır və həmin zaminlik müqaviləsində 60 ay, yəni 5 il müddət müəyyən olunmuşdur ki, bu müddət də bitməmişdir. Beləliklə, zaminlik müqaviləsində müddət təyin edilmişdir və həmin müddət əsas öhdəliyin icra müddəti ilə üst-üstə düşür. Göründüyü kimi, baş kredit müqaviləsinin zaminlik müqaviləsinə münasibətdə əsas öhdəliyi müəyyən edən müqavilə kimi çıxış etdiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə (müddət təyin edilmədikdə 1 illik müddətin keçməsi ilə bağlı xitam vermə əsasına) istinad edən iddiaçının iddiası əsassız hesab edilməlidir. Belə ki, zaminin öhdəliyi baş kredit müqaviləsinin tərkib hissəsi olan və onun əsasında bağlanmış müqavilədən (razılaşma, saziş və s.) irəli gələn öhdəliklərə deyil, ümumiyyətlə baş kredit müqaviləsi əsasında borclunun yaranmış olan öhdəliklərinin icrasına təminat verir. Həmçinin, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən həmin maddədə göstərilən konkret əsaslardan hər hansı biri mövcud deyilsə, baş kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək zaminlik müqaviləsi qüvvədə qalır.

20. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ASC ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi (Türkiyə Respublikası) ilə İddiaçı ASC arasında 030CRLN19000025 nömrəli Baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı ASC kreditor, xxxx Anonim Şirketi isə borcalan olaraq tanınmışdır. Adıçəkilən müqavilə üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin icrasının təminatı olaraq, İddiaçı ASC ilə iddiaçı Cavabdeh3 arasında 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli, iddiaçı Cavabdeh2 arasında eyni tarixli 003GRNT19000124 nömrəli, iddiaçı Cavabdeh1 arasında eyni tarixli 003GRNT19000125 nömrəli və iddiaçı “ALOM Limited Şirkəti” arasında eyni tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 08 oktyabr 2021-ci il tarixində baş kredit müqaviləsinə əsasən borcalan xxxx Anonim Şirketinin kreditor İddiaçı ASC qarşısında ******* (doqquz milyon) ABŞ dolları məbləğində borc məbləği yaranmışdır. Bununla əlaqədar cavabdeh İddiaçı ASC tərəfindən 08 oktyabr 2021-ci il tarixində borcalan və iddiaçı olan zaminlərə pretenziya məktubları ünvanlanmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.3-cü maddəsinə müvafiq olaraq, limit çərçivəsində verilən hər bir kreditin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və həmin müqavilənin tərkib hissəsini təşkil edən müvafiq müqavilələr ilə müəyyən edilir. Sözügedən müvafiq müqavilələr isə öz növbəsində xx.xx.2019-cu il tarixli 03GR19000021 saylı və xx.xx.2019-cu il tarixli 03GR19000025 saylı qarantiya müqavilələridir. Cavabdeh İddiaçı ASC ilə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinin 5.1.3-cü maddələrində göstərilmişdir ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) ilərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən müddəanın mahiyyətindən göründüyü kimi, cavabdeh İddiaçı ASC, baş kredit müqaviləsi üzrə yaranmış tələbini öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı irəli sürməli idi. Lakin baş kredit müqaviləsi üzrə borcalanın üzərinə götürdüyü öhdəliyin icra müddəti bitmişdir. Zaminlik müqavilələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət ərzində zaminlərə qarşı hər hansı iddia tələbi irəli sürülməmiş və həmin tələb müddəti də bitmişdir, borcalanın, yəni xxxx Anonim Şirketinin baş kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi üzrə iddiaçıların zaminliyinə xitam verilməlidir. Belə ki, tərəflər arasında olan müqavilələr üzrə müddət bitdiyi üçün müqavilələr ləğv edilir, lakin bununla belə zaminlərin şəxsi zaminlik öhdəliklərinə xitam verilməməsi, hazırda onların üzərində müəyyən yüklülük saxlayır ki, bu da öz növbəsində onların həyat və fəaliyyətlərinə müəyyən maneələr yaradır. Ona görə də hazırda hesab edilir ki, sözügedən müqavilələr üzrə öhdəliklərə xitam verilməlidir.

22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 477.0.4-cü maddələrinə istinad olunmuşdur.

23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5314/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iş (İş № e-2-2(113)-5314/2023) məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdehlər xxxx şirkətinə, Cavabdeh1, Cavabdeh3 və digərlərinə qarşı pul tələbinə dair işlə (İş № e-2-2(113)-4700/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

24. İddiaçı ASC tərəfindən Cavabdeh1 iddiasına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 tərəfindən banka qarşı verilmiş aralarında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunmasına dair iddia ərizəsi icraatınıza qəbul edilmiş və hazırki iş üzrə ilkin iddiaçı olaraq İddiaçı ASC-nin iddiaçıya verdiyi “borc tələbinə dair” iddia üzrə bir icraatda baxılmaqdadır. Hazırda mübahisə edilən zaminlik müqaviləsi borclu Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən isə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə bağlanmış müqavilədə də zaminin borcalanla birgə məsuliyyəti nəzərdə tutulmuşdur və bu baxımdan birgə borcalanlar hesab edilir. Qeyd edilənlərdən əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Digər tərəfdən, iddiaçının iddiasının hüquqi əsaslarına gəldikdə bildirilir ki, iddia tamamilə əsassızdır, faktiki hallarına uyğun deyil və maddi hüquq normalarının səhv təfsiri ilə müşayiət olunur. Belə ki, yuxarıda qeyd edilən kimi, Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında açıq-aydın göstərilmişdir ki, baş kredit müqaviləsi, kredit xətti və bu kimi müqavilələr hüquqi öhdəlik yaradan müqavilədir. Beləliklə, həmin müqavilə təminatı kimi bağlanan zaminlik müqaviləsinə münasibətdə “əsas öhdəlik” yaradan müqavilə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Müqavilənin mühüm şərtlərindən olan müddət də xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndində konkret olaraq göstərilmiş və 60 ay, yəni 5 il müddəti olaraq müəyyənləşmişdir. Cavabdeh1 ilə bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli zaminlik müqaviləsi baş kredit müqaviləsində bağlanacaq razılaşmalara yox, birbaşa baş kredit müqaviləsinin özünə bağlanmışdır və həmin zaminlik müqaviləsində 60 ay, yəni 5 il müddət müəyyən olunmuşdur ki, bu müddət də bitməmişdir. Beləliklə, zaminlik müqaviləsində müddət təyin edilmişdir və həmin müddət əsas öhdəliyin icra müddəti ilə üst-üstə düşür. Göründüyü kimi, baş kredit müqaviləsinin zaminlik müqaviləsinə münasibətdə əsas öhdəliyi müəyyən edən müqavilə kimi çıxış etdiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə (müddət təyin edilmədikdə 1 illik müddətin keçməsi ilə bağlı xitam vermə əsasına) istinad edən iddiaçının iddiası əsassız hesab edilməlidir. Belə ki, zaminin öhdəliyi baş kredit müqaviləsinin tərkib hissəsi olan və onun əsasında bağlanmış müqavilədən (razılaşma, saziş və s.) irəli gələn öhdəliklərə deyil, ümumiyyətlə baş kredit müqaviləsi əsasında borclunun yaranmış olan öhdəliklərinin icrasına təminat verir. Həmçinin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən həmin maddədə göstərilən konkret əsaslardan hər hansı biri mövcud deyilsə, baş kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək zaminlik müqaviləsi qüvvədə qalır.

25. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ASC ilə iddiaçı Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi (Türkiyə Respublikası) ilə İddiaçı ASC arasında 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı ASC kreditor, xxxx Anonim Şirketi isə borcalan olaraq tanınmışdır. Adıçəkilən müqavilə üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin icrasının təminatı olaraq, İddiaçı ASC ilə iddiaçı Cavabdeh3 arasında 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli, iddiaçı Cavabdeh2 arasında eyni tarixli 003GRNT19000124 nömrəli, iddiaçı Cavabdeh1 arasında eyni tarixli 003GRNT19000125 nömrəli və iddiaçı “ALOM Limited Şirkəti” arasında eyni tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 08 oktyabr 2021-ci il tarixində baş kredit müqaviləsinə əsasən borcalan xxxx Anonim Şirketinin kreditor İddiaçı ASC qarşısında ******* (doqquz milyon) ABŞ dolları məbləğində borc məbləği yaranmışdır. Bununla əlaqədar cavabdeh İddiaçı ASC tərəfindən 08 oktyabr 2021-ci il tarixində borcalan və iddiaçı olan zaminlərə pretenziya məktubları ünvanlanmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, 02 oktyabr 2019-cu il tarixində xxxx Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.3-cü maddəsinə müvafiq olaraq, limit çərçivəsində verilən hər bir kreditin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və həmin müqavilənin tərkib hissəsini təşkil edən müvafiq müqavilələr ilə müəyyən edilir. Sözügedən müvafiq müqavilələr isə öz növbəsində xx.xx.2019-cu il tarixli 03GR19000021 saylı və xx.xx.2019-cu il tarixli 03GR19000025 saylı qarantiya müqavilələridir. Cavabdeh İddiaçı ASC ilə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinin 5.1.3-cü maddələrində göstərilmişdir ki,zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) ilərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən müddəanın mahiyyətindən göründüyü kimi, cavabdeh İddiaçı ASC, Baş kredit müqaviləsi üzrə yaranmış tələbini öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı irəli sürməli idi. Lakin baş kredit müqaviləsi üzrə borcalanın üzərinə götürdüyü öhdəliyin icra müddəti bitmişdir. Zaminlik müqavilələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət ərzində zaminlərə qarşı hər hansı iddia tələbi irəli sürülməmiş və həmin tələb müddəti də bitmişdir, borcalanın, yəni xxxx Anonim Şirketinin baş kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi üzrə iddiaçıların zaminliyinə xitam verilməlidir. Belə ki, tərəflər arasında olan müqavilələr üzrə müddət bitdiyi üçün müqavilələr ləğv edilir, lakin bununla belə zaminlərin şəxsizaminlik öhdəliklərinə xitam verilməməsi, hazırda onların üzərində müəyyən yüklülük saxlayır ki, bu isə öz növbəsində onların həyat və fəaliyyətlərinə müəyyən maneələr yaradır. Ona görə də hazırda hesab edilir ki, sözügedən müqavilələr üzrə öhdəliklərə xitam verilməlidir.

27. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 477.0.4-cü maddələrinə istinad olunmuşdur.

28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5308/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iş (İş № e-2-2(113)-5308/2023) məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdehlər xxxx şirkətinə, Cavabdeh3, İK Aktiv LLC və digərlərinə qarşı pul tələbinə dair işlə (İş № e-2-2(113)-4700/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

29. İddiaçı ASC tərəfindən Cavabdeh3 iddiasına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 tərəfindən banka qarşı verilmiş aralarında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000123 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunmasına dair iddia ərizəsi icraatınıza qəbul edilmiş və hazırki iş üzrə ilkin iddiaçı olaraq İddiaçı ASC-nin iddiaçıya verdiyi “borc tələbinə dair” iddia üzrə bir icraatda baxılmaqdadır. Hazırda mübahisə edilən zaminlik müqaviləsi borclu Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən isə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə bağlanmış müqavilədə də zaminin borcalanla birgə məsuliyyəti nəzərdə tutulmuşdur və bu baxımdan birgə borcalanlar hesab edilir. Qeyd edilənlərdən əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Digər tərəfdən, iddiaçının iddiasının hüquqi əsaslarına gəldikdə bildiririk ki, iddia tamamilə əsassızdır, faktiki hallarına uyğun deyil və maddi hüquq normalarının səhv təfsiri ilə müşayiət olunur. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında açıq-aydın göstərilmişdir ki, baş kredit müqaviləsi, kredit xətti və bu kimi müqavilələr hüquqi öhdəlik yaradan müqavilədir. Beləliklə, həmin müqavilə təminatı kimi bağlanan zaminlik müqaviləsinə münasibətdə “əsas öhdəlik” yaradan müqavilə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Müqavilənin mühüm şərtlərindən olan müddət də xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndində konkret olaraq göstərilmiş və 60 ay, yəni 5 il müddəti olaraq müəyyənləşmişdir. Cavabdeh3 ilə bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT190000123 nömrəli zaminlik müqaviləsi baş kredit müqaviləsində bağlanacaq razılaşmalara yox, birbaşa baş kredit müqaviləsinin özünə bağlanmışdır və həmin zaminlik müqaviləsində 60 ay, yəni 5 il müddət müəyyən olunmuşdur ki, bu müddət də bitməmişdir. Beləliklə, zaminlik müqaviləsində müddət təyin edilmişdir və həmin müddət əsas öhdəliyin icra müddəti ilə üst-üstə düşür. Göründüyü kimi, baş kredit müqaviləsinin zaminlik müqaviləsinə münasibətdə əsas öhdəliyi müəyyən edən müqavilə kimi çıxış etdiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə (müddət təyin edilmədikdə 1 illik müddətin keçməsi ilə bağlı xitam vermə əsasına) istinad edən iddiaçının iddiası əsassız hesab edilməlidir. Belə ki, zaminin öhdəliyi baş kredit müqaviləsinin tərkib hissəsi olan və onun əsasında bağlanmış müqavilədən (razılaşma, saziş və s.) irəli gələn öhdəliklərə deyil, ümumiyyətlə baş kredit müqaviləsi əsasında borclunun yaranmış olan öhdəliklərinin icrasına təminat verir. Həmçinin, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən həmin maddədə göstərilən konkret əsaslardan hər hansı biri mövcud deyilsə, baş kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək zaminlik müqaviləsi qüvvədə qalır. Tədqiq olunan sübutlar:

30. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verərək, İddiaçı ASC-nin iddia tələbinin təmin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (LLC) iddia tələblərinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

31. xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (LLC) nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (LLC) iddia tələblərinin təmin, İddiaçı ASC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

32. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana ******* (doqquz milyon) ABŞ Dolları (AZN və EUR ekvalenti) məbəğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış) %-dən, cərimə faizi gündəlik 1,00 (bir) %-dən çox olmamaq şərti ilə, 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra - kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir.

33. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində borcalanla 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi bağlanaraq xx.xx.2020-ci il tarixədək ******* (beş milyon beş yüz min) ABŞ dolları məbləğində borcalana qarantiya verilmişdir. Qarantiya xx.xx.2020-ci il tarixədək verilmişdir.

34. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əlavə Razılaşma bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “1.2. Qarant Prinsipala qarantiyanı “19” fevral 2021-ci il tarixinədək verir.” Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.

35. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əlavə Razılaşma bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “1.2. Qarant Prinsipala qarantiyanı “19” noyabr 2021-ci il tarixinədək verir.” Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.

36. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində borcalanla 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsi bağlanaraq xx.xx.2020-ci il tarixədək ******* (üç milyon beş yüz min) ABŞ dolları məbləğində borcalana qarantiya verilmişdir. Qarantiya xx.xx.2020-ci il tarixədək verilmişdir.

37. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əlavə Razılaşma bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “1.2. Qarant Prinsipala qarantiyanı “19” fevral 2021-ci il tarixinədək verir.” Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.

38. xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əlavə Razılaşma bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “1.2. Qarant Prinsipala qarantiyanı “19” noyabr 2021-ci il tarixinədək verir.” Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.

39. İddiaçı ASC – kreditor, xxxx Anonim şirkəti – borcalan və Cavabdeh3 – zamin olmaqla bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000123 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi üzrə xxxx Anonim şirkətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

40. İddiaçı ASC – kreditor, xxxx Anonim şirkəti – borcalan və Cavabdeh2 – zamin olmaqla bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000124 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi üzrə xxxx Anonim şirkətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

41. İddiaçı ASC – kreditor, xxxx Anonim şirkəti – borcalan və Cavabdeh1 – zamin olmaqla bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi üzrə xxxx Anonim şirkətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

42. İddiaçı ASC – kreditor, xxxx Anonim şirkəti – borcalan və Alom Limited Şirkəti – zamin olmaqla bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000126 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi üzrə xxxx Anonim şirkətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Alom Limited Şirkəti bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

43. İddiaçı ASC – kreditor, xxxx Anonim şirkəti – borcalan və "xxxx" MMC – zamin olmaqla bağlanmış 13 aprel 2020-ci il tarixli 003GRNT20000049 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi üzrə xxxx Anonim şirkətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

44. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1442/23 nömrəli maliyyə arayışından görünür ki, xxxx Anonim şirkətinin 03GR19000021 və 03GR19000025 nömrəli müqavilələr üzrə ******* (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları əsas borc, 1645076,77 (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) ABŞ dolları faiz borcu, 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları komissiya borcu təşkil etməklə, cəmi 10682996,77 (on milyon altı yüz səksən iki min doqquz yüz doxsan altı dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində kredit bоrcu mövcuddur.

45. İddiaçı ASC tərəfindən xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan xx.xx.2023-cü il tarixli, ZB 1100 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, borcun 3 (üç) gün ərzində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1729 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ASC ilə X3 ve Ticaret Anonim Şirketi arasında bağlanmış 06 noyabr 2019-cu ıl tarixli 03GR19000021 nömrəli və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqavilələri üzrə prinsipalın qaranta ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə əsas borc ******* ABŞ dolları, faiz borcu 4792723,65 ABŞ dolları; 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsi üzrə komissiya borcu 14583,33 ABŞ dolları; 06 noyabr 2019-cu ıl tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi üzrə komissiya borcu 22916,67 ABŞ dolları kimi müəyyən olunur. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

50. Əvvəla məhkəmə qeyd edir ki, 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənzimlənir. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəməlləri tərəfindən həll olunur. 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinin 7-ci bəndinə əsasən müqavilə üzrə baş verən bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Baş verən mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə yolu ilə həll olunur Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Zaminlik müqavilələrinə əsasən müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir, qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunur.

51. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən borcalana ******* (doqquz milyon) ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limiti ayrılmışdır. Qeyd edilən baş kredit müqaviləsi çərçivəsində borcalanla 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi bağlanaraq ******* (beş milyon beş yüz min) ABŞ dolları və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsi bağlanaraq ******* (üç milyon beş yüz min) ABŞ dolları məbləğində borcalana qarantiya verilmişdir. Qarantiya müqavilələri xxxx Anonim şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmışdır. Qarantiyalar benefisiar olan T.C.Ziraat Bankası A.Ş. tərəfindən borcalana verilmiş kreditin geri ödənilməsinin təminatı üçün verilmişdir. Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli, Cavabdeh2 ilə 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000124 nömrəli, Cavabdeh3 ilə 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000123 nömrəli, "xxxx" MMC ilə 13 aprel 2020-ci il tarixli 003GRNT20000049 nömrəli və Alom Limited Şirkəti ilə 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000126 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqavilələrinə xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Əlavə razılaşmalar bağlanmışdır.

52. İddiaçı ASC-nin iddia tələbinin bir hissəsini cavabdehlərdən birgə (müştərək) qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli, 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən əsas borc ******* (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları, faiz borcu 1645076,77 (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması təşkil edir.

53. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1729 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (birgə) müştərək qaydada 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən ******* (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları əsas borc, 1645076,77 ABŞ dolları (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

54. İddiaçı ASC-nin iddia tələbinin bir hissəsini cavabdehlərdən birgə (müştərək) qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli, 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları komissiya borcunun tutulması təşkil edir.

55. Məhkəmə qeyd olunan iddia tələbinə münasibətdə də hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslı olduğundan təmin edilməli və cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (birgə) müştərək qaydada 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019cu il tarixli 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları komissiya borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

56. Eləcə də, İddiaçı ASC iddiaya görə ödənilmiş 9871 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

57. Məhkəmə hesab edir ki, cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (birgə) müştərək qaydada 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9470,55 manat (doqquz min dörd yüz yetmiş manat əlli beş qəpik) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 9870,55 manat olmuş, həmin məbləğin 400 manatı mediasiya xərci kimi ödənildiyindən iddiaçının ödəməli olduğu dövlət rüsumunun məbləği 9470,55 manat olmuşdur, ona görə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq həmin məbləğ cavabdehlərdan tutulmalıdır.

58. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

59. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin xitamı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələblərinə münasibətdə isə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ilə bağlı gəlinən nəticə qeyd edilən iddia tələblərinin təmin edilməsini istisna edir. O baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh2, iddiaçı Cavabdeh3, iddiaçı Cavabdeh1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaları əsassız olduğundan təmin olunmamalıdır. Eyni zamanda qeyd olunur ki, zaminlik müqavilələri borclu Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsinin təminatı olaraq bağlanmış və 9000000.00 USD (AZN və ya EUR ekvivalenti) təşkil edən kredit məbləği zaminliklə təmin edilən öhdəliyi təşkil etmiş, kreditin qaytarılma müddəti 60 ay müəyyən edilmişdir.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx"LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" LLC) qarşı iddiası təmin edilsin. Cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (birgə) müştərək qaydada 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən ******* (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları əsas borc, 1645076,77 ABŞ dolları (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) faiz borcu, 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları komissiya borcu olmaqla, cəmi 10682996,77 ABŞ dolları (on milyon altı yüz səksən iki min doqquz yüz doxsan altı dollar yetmiş yeddi sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9470,55 manat (doqquz min dörd yüz yetmiş manat əlli beş qəpik) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Cavabdeh2ın cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməsin. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər xxxx Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar