Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2304/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-dən 4.323 (dörd min üç yüz iyirmi üç) manat pul vəsaitinin və 63,23 (altmış üç, 23 qəpik) manat dövlət rüsumunun məbləğinin ümumilikdə 4386,23 (dörd min üç yüz səksən altı, 23 qəpik) manat pul vəsaitinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı X4 razı olması və "xxxx" ASC tərəfindən ona BA№463192 saylı xx.xx.2015-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 18.000 (on səkkiz min) manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixdə ünvan 1i ünvanında yerləşən X5 məxsus ticarət obyektində (sığorta predmetdə) partlayış hadisəsi baş vermişdir. Cavabdeh İB baş vermiş hadisədə təqsirli olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli 4347 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən, X5 məxsus tikilidə partlayış nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 4.423 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli 4347 nömrəli rəyinə əsasən müəyyən olunur ki, partlayışın mənbəyi, iki mərtəbəli tikilinin birinci mərtəbəsində, üzbəüz durduqda sol tərəfdə yerləşin təsərrüfat malları satışı dükanında olmuşdur və həmin sahədən yanaşı yerləşən sağ və sol tərəflərdə yerləşən dükan kimi istifadə edilən sahələrə, eləcə də qismən ikinci mərtəbədə yerləşən otaqlara yayılmışdır. Partlayışın səbəbi, partlayış baş vermiş iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən təsərrüfat mallarının satışı dükanına, yerin altı ilə tikilinin qarşısından keçən 110 mm və 315 mm-lik yeraltı plastik qaz borularından 110 mmlik olan borunun üçlük hissəsinin qaynaq yerində əmələ gəlmiş sızıntı yerindən təbii qazın sızması olmuşdur. Baş vermiş hadisədə «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.19, 2.62, 9.30 bəndlərinin və «Qazdan istifadə qaydaları»nm 3.1-3.1.3, 3.1.7 bəndlərinin tələbləri pozulmuşdur. «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nm (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 2.62 bəndlərinin bəndlərinin tələbləri Cavabdeh sifarişinə əsasən 2011-ci ilin dekabr ayından başlayaraq ünvan 1inin qazlaşdırılması işlərini aparmış "xxxx" MMC-nin məsul şəxsləri tərəfindən pozulmuşdur. «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.19, 2.62 bəndlərinin tələbləri 2011-13-cü illərdə ünvan 1ində qazlaşdırma işləri aparmış "xxxx" MMC-dən, 2013-cü ilin iyul ayında istismara qəbul etmiş Cavabdeh tərəfindən yaradılmış komissiyada iştirak etmiş məsul şəxslər tərəfindən pozulmuşdur. Vurğulanır ki, hadisə nəticəsində sığorta predmetinə 4.323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində zərər dəymişdir. BA463192 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və 2588/FQ/CFİ-0155-2016 saylı sığorta aktına əsasən 4.323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2016-cı il tarixdə ünvan 1i ünvanında yerləşən X5 məxsus ticarət obyektində partlayış hadisəsi baş vermiş və nəticədə obyektə zərər dəymişdir.
11. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən X5 BA № 463192 saylı xx.xx.2015-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmış və sığortalı X1 olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 18.000 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir.
12. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli 4347 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən, X5 məxsus tikilidə partlayış nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 4.423 manat təşkil edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli 4347 nömrəli rəyinə əsasən müəyyən olunur ki, partlayışın mənbəyi, iki mərtəbəli tikilinin birinci mərtəbəsində, üzbəüz durduqda sol tərəfdə yerləşin təsərrüfat malları satışı dükanında olmuşdur və həmin sahədən yanaşı yerləşən sağ və sol tərəflərdə yerləşən dükan kimi istifadə edilən sahələrə, eləcə də qismən ikinci mərtəbədə yerləşən otaqlara yayılmışdır. Partlayışın səbəbi, partlayış baş vermiş iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən təsərrüfat mallarının satışı dükanına, yerin altı ilə tikilinin qarşısından keçən 110 mm və 315 mm-lik yeraltı plastik qaz borularından 110 mm-lik olan borunun üçlük hissəsinin qaynaq yerində əmələ gəlmiş sızıntı yerindən təbii qazın sızması olmuşdur.
14. Rəydən həmçinin görünür ki, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.19, 2.62, 9.30 bəndlərinin və “Qazdan istifadə qaydaları”nın 3.1-3.1.3, 3.1.7 bəndlərinin tələbləri pozulmuşdur. Həmçinin, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 2.62-ci bəndlərinin bəndlərinin tələbləri Cavabdeh sifarişinə əsasən 2011-ci ilin dekabr ayından başlayaraq ünvan 1inin qazlaşdırılması işlərini aparmış "xxxx" MMC-nin məsul şəxsləri tərəfindən pozulmuşdur. «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.19, 2.62-ci bəndlərinin tələbləri 2011-13-cü illərdə ünvan 1ində qazlaşdırma işləri aparmış "xxxx" MMC-dən, 2013-cü ilin iyul ayında istismara qəbul etmiş Cavabdeh tərəfindən yaradılmış komissiyada iştirak etmiş məsul şəxslər tərəfindən pozulmuşdur.
15. Belə ki, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.19, 9.30 bəndlərinin və “Qazdan istifadə qaydaları”nın 3.1-3.1.3, 3.1.7 bəndlərinin tələbləri “Sentra” MMc-nin Təmiz Qaz Xidmətinin Zaqatala Regional Layihəsinin mühəndisi X3 tərəfindən, sonuncu dəfə 17 dekabr 2015-ci il tarixdə qaz xətlərinə texniki baxış keçirmiş “Sentra” MMc-nin Təmiz Qaz Xidmətinin Zaqatala Regional Layihəsinin xətt baxıcıları X9 və həmin vəzifədə çalışan X7 tərəfindən pozulmuşdur.
16. Göründüyü kimi, ünvan 1i ünvanında yerləşən X5 məxsus ticarət obyektinə Cavabdeh İB-nin təqsiri nəticəsində ziyan dəymişdir.
17. İşdə olan xx.xx.2016-cı il tarixli, 2588/FQ/CFİ-0155-2016 saylı sığorta aktından və xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, sığortalının ərizəsi əsasında 4.323 manat məbləğində sığorta ödənişi X4 hesabına köçürülmüşdür.
18. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, iddiaya münasibət (etiraz) bildirməmiş, hadisənin onun təqsiri ucbatından baş vermədiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 4.323 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənməlidir.
20. Bundan başqa, işdə olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Bakı 9 saylı mediasiya təşkilatına ödənmişdir.
21. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
22. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 3,23 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,23 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunması barədə qətnamə qəbl edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 4.323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 3 (üç) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov