Məhkəmə qərarları › İş №e-2-2(113)-2306/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2306/2024

06.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2306/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh X3rşı “ümumi yığıncağın çağırılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndələri X5, X1 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdehna qarşı “ümumi yığıncağın keçirilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə "xxxx" MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nizamnamə kapitalında 50 % paya malik olduğu "xxxx" MMC-nin idarə edilməsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dominikan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" şirkəti ilə iddiaçı arasında bağlanmış və 24 may 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 3M- 161 nömrəsi ilə reyestrdə qeydə alınmış bağışlanma müqaviləsinə əsasən "xxxx" şirkəti Cəmiyyətin nizamnamə kapitalında ona məxsus olmuş 100 (bir yüz) payı (nizamnamə kapitalının 50%-i, 50.000 (əlli min) ABŞ dolları dəyərində olan pay) İddiaçıya bağışlamışdır. Bundan sonra Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının 12 iyun 2019cu il tarixli qərarına əsasən (protokol № 19/01) Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi, həmin dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınmasının Cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bu zaman Cəmiyyətin digər iştirakçısı “X4 Ltd” şirkətinin adından çıxış edən Cavabdehin Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsinə heç bir etirazı olmamış və lehinə səs vermişdir. Nizamnaməyə dəyişiklik dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X6 qeydiyyatı idarəsi tərəfindən Cəmiyyətin adına xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda İddiaçı Cəmiyyətin digər iştirakçısı “X4 LTD” şirkəti ilə bərabər paylarla Cəmiyyətin nizamnamə kapitalında iştirak etməklə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir. kçılarının növbəti ümumi yığıncağları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, belə növbəti ümumi yığıncaqlar keçirilməmişdir. Bununla yanaşı, Cəmiyyətin iştirakçılarının sırasında edilmiş dəyişikliklərlə əlaqədar olaraq onun nizamnaməsinin yeni redaksiyada hazırlanması, idarəetmə orqanlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyən edilməsi, büdcəyə, ştat cədvəlinə, struktura və sair məsələlərə yenidən baxılması ilə bağlı Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi zərurəti İddiaçı tərəfindən dəfələrlə yazılı formada (10 yanvar 2020-ci il, 14 fevral 2020-ci il, 04 avqust 2020-ci il və 17 avqust 2020-ci il tarixli məktublarla) Cavabdehin nəzərinə çatdırılsa da məsələ bu günədək öz həllini tapmamışdır. Həmçinin, qeyd olunan məsələ ilə bağlı İddiaçı tərəfindən Cavabdehə 14 iyun 2023-cü il tarixli, 13-7/2-3-11/1548/2023 nömrəli məktub göndərilmiş, lakin Cavabdeh həmin məktuba da əhəmiyyət verməmiş və Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Son olaraq, “26” fevral 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdehə “Təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsinə dair” yenidən məktub göndərilmişdir ki, İddiaçının bu məktubu da nəzərə alınmamış və müvafiq tədbirlərin görülməsi təmin edilməmişdir. Göründüyü kimi, İddiaçının Cəmiyyətin nizamnamə kapitalında mövcud olan 50% payları üzərində hüquqları dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixindən bu günə qədər Cəmiyyətin iştirakçılarının növbəti illik ümumi yığıncağı keçirilməmiş, İddiaçının tələblərinə baxmayaraq iştirakçıların növbəti ümumi yığıncağının çağırılması təmin edilməmişdir. Bununla da, bir iştirakçı kimi İddiaçının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri kobud şəkildə pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Babayev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu ildən iddiaçı "xxxx" MMC-nin iştirakçısıdır, dəfələrlə cavabdehə MMC-nin ümumi yığıncaqlarının keçirilməsi barədə müraciətlər edilsə də, onların bu müraciətləri cavabsız qalmış, iddiaçı həmin MMC-nin fəaliyyətindən kənarlaşdırılmışdır.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi P.Abbasov iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

1. 21.01.2004-cü ildə təsdiq edilmiş "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçiləri Azərbaycan Respublikasının hüquqi şəxs "xxxx" Müəssisəsi, Böyük Britaniya və X2 Krallığının hüquqi şəxsi "xxxx" Şirkəti, Şimali Kiprin hüquqi şəxsi "xxxx" Şirkətidir.

2. Nizamnamənin 4.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 100000 ABŞ dollarıdır və hər birinin dəyəri 500 ABŞ dolları olmaqla 200 paydan ibarətdir. Təsisçilərin payı: "xxxx" müəssisəsi – 2,5 %, "xxxx" Şirkəti – 20 %, "xxxx" Şirkəti – 77,5 %.

3. Nizamnamənin 6.1-ci bəndinə əsasən müəssisənin ali idarəetmə orqanı cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır.

4. Nizamnamənin 6.3-cü bəndinə əsasən ümumi yığıncaq zərurət yarandıqda, lakin ildə bir dəfədən az olmayaraq, növbəti maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq keçirilir.

5. "xxxx" Şirkəti (hədiyyə verən) ilə iddiaçı (hədiyyə alan) arasında bağlanmış 24 may 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən hədiyyə verən "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 payı (nizamnamə kapiyalının 50 %, 50000 ABŞ dolları dəyərində olan pay) hədiyyə alana bağışlamağı vəd edir. Hədiyyə verənin hədiyyəni verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.

6. 12 iyun 2019-cu il tarixli 19/01 nömrəli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının iclasının protokolundan görünür ki, "xxxx" MMC-nin Nizamnaməsinə dəyişiklik edilməsi və dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli Nizamnaməsinə edilmiş dəyişikliklərdən görünür ki, cəmiyyətin təsisçiləri İddiaçı QSC BOKT və “X4 LTD” Şirkətidir. Hər birinin payı ayrı-ayrılıqda 50 %, 50000 ABŞ dolları, 100 pay pul şəklindədir. Cəmiyyətin nizamnamə kapitalı 100000 ABŞ dolları və hər birinin dəyəri 500 ABŞ dolları olmaqla 200 paydan ibarətdir.

8. xx.xx.2019-cu il tarixli Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsindan çıxarışından görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 100.000 ABŞ dolları təşkil edir. Təsisçilər İddiaçı QSC BOKT – 50 %, “X4 LTD” Şirkəti – 50 %. Cəmiyyətin qanuni təmsilçisi cavabdehdir.

9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 26 fevral 2024-cü il tarixli 13-7/2-3- 11/580/2024 saylı məktubdan görünür ki, 2023-cü maliyyə ilinin başa çatmasını nəzərə alaraq "xxxx" MMC-nin Nizamnaməsinin 6.3-cü bəndinə əsasən cəmiyyətin iştirakçılarının 2023-cü il üçün növbəti ümumi yığıncağının keçirilməsi tələb olunmuşdur.

10. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

11. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

12. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

13. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.

14. 65.1.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər.

15. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.

16. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.

17. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

18. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

19. 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

20. 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

21. 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

22. 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.

23. 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir.

24. İddiaçı hazırda "xxxx" MMC-nin növbəti ümumi yığıncağının çağırılması və iddiaçının həmin MMC-nin idarə edilməsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

25. Belə ki, cavabdeh ("xxxx" MMC-nin qanuni təmsilçisi) iddiaya qarşı yazılı etirazında ümumiyyətlə iddiaçının "xxxx" MMC-nin iştirakçısı olması faktını qəbul etmədiyini, bu səbəbdən iddiaçının MMC-nin fəaliyyətində, habelə keçirilən ümumi yığıncaqlarda iştirak etmək hüququnun olmamasını göstərmişdir.

26. Məhkəmə cavabdehin həmin dəlilləri ilə razılaşmır.

27. Belə ki, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında 50 % paya malikdir.

28. İddiaçının MMC-nin 50 faiz paya malik olan iştirakçı olması həmin MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklə də öz təsdiqini tapır.

29. Belə ki, “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

30. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X6 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

31. Materiallardan görünür ki, iddiaçı cavabdehə MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi tələbi ilə müraciət etmiş, lakin MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı məlumat verilməmiş, iddiaçı "xxxx" MMC-nin fəaliyyətindən kənarlaşdırılmışdır.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi və "xxxx" MMC-nin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC BOKT-un iştirakının təmin edilməsi öhdəliyi qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar