Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2307/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X2 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1Elşən qızından İddiaçı ASC-ninxeyrinə xx.xx.2025-ci il tarixə Banka əsas borc üzrə əsas borcu 17.355,43 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 3176,81 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3771,77 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla)0, cəmi 24.304,01 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2023-cü il tarixli, 001/GM/107/5262493/140223 saylıGirov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə bu müqaviləyə əlavə olunmuş 60 №-li akta əsasən mal qalığı olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 №-li kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 24% olmaqla, 25.000 (iyirmi beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasənCavabdeh3məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh3kredit dövriyyə vəsaitlərinin artırılmasıməqsədi ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kreditin təminatı olaraq Cavabdeh4 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq Cavabdeh2 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq Cavabdeh1 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə bu müqaviləyə əlavə olunmuş 60 №-li akta əsasən mal qalığı xx.xx.2023-cü il tarixli № 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur. Cavabdeh3 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2025-ci il tarixə Banka əsas borc üzrə əsas borcu 17.355,43 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 3176,81 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3771,77 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla)0, cəmi 24.304,01 manat məbləğində borcu yaranmışdır. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək,məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdeh3 banka müqavilə üzrə borcunun olduğunu qəbul etdi lakin iddia tələbini cərimə hissəsində təmin olunmamasını xahiş etmişdir.
5. İş digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı ASC-nin Nərimanov filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 24% olmaqla, 25.000 (iyirmi beş min) AZN məbləğində kredit verilmişdir. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Cavabdeh3məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən kredit Cavabdeh3kredit dövriyyə vəsaitlərinin artırılmasıməqsədi ilə verilmişdir. - 2.1-ci bəndinə əsasən Sizə kredit36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir.
10. Kreditin təminatı olaraq Cavabdeh4 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.
11. Kreditin təminatı olaraq Cavabdeh2 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.
12. Kreditin təminatı olaraq Cavabdeh1 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.
13. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə bu müqaviləyə əlavə olunmuş 60 №-li akta əsasən mal qalığı xx.xx.2023-cü il tarixli № 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur.
14. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3 və qeyrilərinə 16 dekabr 2024-cü il tarixli pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 3-16-16/2-9/3194/2025 saylı ekspert rəyinə əsasən Cavabdeh3 nun İddiaçı QSC-yə olan borcu xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 17487.70 manat, faiz borcu 2389.99 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. - 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.[290] - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan) arasında xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə Cavabdeh3 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 25 000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
21. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə İddiaçı QSC Cavabdeh3 na xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit razılaşması üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun vaxtından əvvəl ödənilməsini tələb etmiş və borc ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmiş, lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə gecikdirilmiş borc ödənilməmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, İddiaçı QSC xx.xx.2024-cü il tarixdə mübahisəli kredit razılaşmasına cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı vaxtından əvvəl birtərəfli qaydada xitam vermişdir. Odur ki, İddiaçı QSC yalnız mübahisəli kredit razılaşmasına xitam verildiyi tarixədək olan müddət üçün həmin razılaşma üzrə hesablanmış faiz borcunun tutulmasını tələb edə bilər.
22. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdehin İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcu əsas borcu 17487.70 manat,faiz borcu 2389.99 manat təşkil etməsi müəyyən edilmişdir.
23. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
24. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablamaqda haqlıdır.
25. Odur ki, hazırkı halda kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb edə bilər.
26. Belə olan halda əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli, Cavabdeh3 ndan iddiaçının xeyrinə 17355.43 manat əsas borc, faiz borcunun tutulması tələbinə dair hissədə isə ekspert rəyinə uyğun olaraq 2389.99 manat məbləğində tutulmalıdır.
27. Məhkəmə hesab edir ki, Cavabdeh3 nun ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
28. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 3771.77 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
29. Məhkəmə hesab edir ki, Cavabdeh3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür.
31. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 700 manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı saziş üzrə borc alan Cavabdeh3bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
33. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın girov predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
34. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 001/GM/107/5262493/140223 Girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə bu müqaviləyə əlavə olunmuş 60 №-li akta əsasən mal qalığı xx.xx.2023-cü il tarixli № 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur.
35. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
36. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilməli, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə olan daşınar əmlaka tutma yönəldilməli, qeyd olunan girov obyekti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir.
37. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 162 manat məbləğində dövlət rüsmu ödənilmişdir,məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq 140 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
38. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 10 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 40 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 17355.43 (on yeddi min üç yüz əlli beş manat qırx üç qəpik) manat məbləğində əsas borc, 2389.99 (iki min üç yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. xx.xx.2023-cü il tarixli, 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilsin, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə olan daşınar əmlaka tutma yönəldilsin, qeyd olunan girov obyekti açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. , həmin əmlaklar açıq hərracda satılsın. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 geri qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin 10 manat hissəsi iddiaçıdan, 40 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova