Məhkəmə qərarları › İş №e-2-2(113)-231/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-231/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-231/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, X3 Dövlət Komitəsinin Cavabdeh Müstəqil Radio və Televiziya Şirkətinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dairiddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Dövlət Komitəsi Cavabdeh Müstəqil Radio və Televiziya Şirkətinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2720 nömrəli icarə müqaviləsi üzrə 7815 (yeddi min səkkiz yüz on beş) manat, 5091 nömrəli icarə müqaviləsi üzrə 3560 (üç min beş yüz altmış) manat, 1569/1911 nömrəli icarə müqaviləsi üzrə isə 14854 (on dörd min səkkiz yüz əlli dörd) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh Müstəqil Radio və Televiziya Şirkəti arasında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən, ümumi sahəsi 517.1 kv.m olan qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.1998-ci il tarixli, 2720 nömrəli, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən, ümumi sahəsi 420.8 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.1999cu il tarixli, 5091 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti (C.Cabbarlı adına k/t) ünvanında yerləşən, ümumi sahəsi 2005.9 kv.m olan qeyriyaşayış sahəsnin icarəyə verilməsi barədə xx.xx.2000-ci il tarixli, 1569/1911 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. 2720 nömrəli və 5091 nömrəli icarə müqavilələrinə xx.xx.2001 -ci il tarixdə, 1569/1911 nömrəli icarə müqaviləsinə isə xx.xx.2002-ci il tarixdə xitam verilmişdir. Beləliklə, cavabdehin dövlət büdcəsinə ödənilməli olan 2720 nömrəli icarə müqaviləsi üzrə 7815 (yeddi min səkkiz yüz on beş) manat, 5091 nömrəli icarə müqaviləsi üzrə 3560 (üç min beş yüz altmış) manat, 1569/1911 nömrəli icarə müqaviləsi üzrə isə 14854 (on dörd min səkkiz yüz əlli dörd) manat icarə haqqı borcu vardır.Cavabdehə xx.xx.2019-cu il tarixli, **********07 nömrəli nömrəli xəbərdarlıq məktubu ilə müraciət edildiyinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki iş materiallarına əlavə olunmuş, xx.xx.1998-ci il tarixli, 2720 nömrəli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən 517.1 m2 qeyri-yaşayış sahəsi "Cavabdeh" Müstəqil Radio və Televiziya Şirkətinə xx xxxxxxxx 1997-ci il tarixdən, xx xxxx 1999-cu il tarixədək icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.1999-cu il tarixli, 5091 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən 420.8 m2 qeyri-yaşayış sahəsi "Cavabdeh" Müstəqil Radio və Televiziya Şirkətinə xx xxxxx 1999-cu il tarixdən, xx xxxxxx 1999-cu il tarixədək icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2000-ci il tarixli, 1569/1911 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti (C.Cabbarlı adına k/t) ünvanında yerləşən 2005.9 m2 qeyri-yaşayış sahəsi "Cavabdeh" Müstəqil Radio və Televiziya Şirkətinə xx xxxx 2000-ci il tarixdən, xx xxxx 2001-ci il tarixədək icarəyə verilmişdir. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdeh "Cavabdeh" Müstəqil Radio və Televiziya Şirkətindən qeyri-yaşayış sahələri üzrə icarə haqqının ödənilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi məqsədi ilə tərəflər arasında icarə müqavilələri bağlanmışdır. Həmin müqavilə icarənin verilməsi vaxtını bitməsi ilə əlaqədar olaraq xitam edilmişdir. Daha sonra xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən yaranmış borc tələb edilmiş, ödəniş olunmadığından məhkəməyə iddia ərizəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Həmin Məcəllənin 7.3--cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi təsdiq edilmişdir. Qanun xx xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.1998-ci il tarixli, 2720 nömrəli, xx.xx.1999-cu il tarixli, 5091 nömrəli və xx.xx.2000-ci il tarixli, 1569/1911 nömrəli icarə müqavilələri bağlanmışdır. xx.xx.1998-ci il tarixli, 2720 nömrəli icarə müqaviləsi üzrə əmlak xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxx 1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixli, 5091 nömrəli icarə müqaviləsi xx xxxxx 1999-cu il tarixdən, xx xxxxxx 1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixli, 1569/1911 nömrəli icrarə müqaviləsi üzrə əmlak xx xxxx 2000-ci il tarixdən, xx xxxx 2001-ci il tarixədək icarəyə verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəl yaranmışdır. Hüquq münasibətlərinin yarandığı tarixdə, yəni müqavilə bağlanan zaman “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur. xx xxxxxxxx 1964-cü il tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. xx xxxxxxxx 1964-cü il tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir ildir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İşdən aydın olur ki, bağlanmış icarə müqavilələrinə əsasən müqaviləyə onun müddəti başa çatdığı halda xitam verilə bilər. Göstərilənlərə əsasən. Məhkəmə qeyd edir ki, xx.xx.1998-ci il tarixli, 2720 nömrəli icarə müqaviləsi üzrə icarə müddəti xx xxxx 1999-cu il tarixdə, xx.xx.1999-cu il tarixli, 5091 nömrəli icarə müqaviləsi üzrə icarə müddəti xx xxxxxx 1999-cu il tarixdə bitir. Yəni, qeyd edilən hər iki müqavilənin qüvvəyə minmə və bitmə tarixi 2000-ci ilin sentyabr ayının 1-dək baş vermişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1998-ci il tarixli 2720 nömrəli icarə müqaviləsi və xx.xx.1999-cu il tarixli 5091 nömrəli icarə müqavilələri üzrə iddia müddəti xx xxxxxxxx 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bitmiş, lakin iddiaçı məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2000-ci il tarixli, 1569/1911 nömrəli icarə müqaviləsi üzrə qeyd edir ki, müqavilə xx xxxx 2001-ci il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yenə həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 379.3-cu maddəsinə əsasən, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, xx.xx.2000-ci il tarixli, 1569/1911 nömrəli icarə müqaviləsi bağlandığı tarixdə mülki hüquq münasibətləri xx xxxxxxxx 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimləndiyi halda, müqavilənin müddətinin başa çatdığı tarixdə hazırda qüvvədə olan Mülki Məcəllə ilə hüquq münasibətləri tənzimlənmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi hər iki məcəllə ilə müəyyən olunmuş müddət ötürülməklə məhkəməyə verilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh "Cavabdeh" Müstəqil Radio və Televiziya Şirkətinə qarşı 2720 nömrəli icarə müqaviləsi üzrə 7815 (yeddi min səkkiz yüz on beş) manat, 5091 nömrəli icarə müqaviləsi üzrə 3560 (üç min beş yüz altmış) manat, 1569/1911 nömrəli icarə müqaviləsi üzrə isə 14854 (on dörd min səkkiz yüz əlli dörd) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutulmasına dair tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: X3 Dövlət Komitəsinin Cavabdeh Müstəqil Radio və Televiziya Şirkətinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar