Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2313/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbi, iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair birləşdirilmiş işlər (açar sözlər: yükdaşıma müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı pul tələbi, iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6431,74 manat (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) gətiriləcək malın dəyəri və 3539,13 manat (üç min beş yüz otuz doqquz manat on üç qəpik) əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 manat (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) məbləğində yaranmış borc, 123 (bir yüz iyirmi üç) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsum və hüquqi yardıma görə ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat olmaqla, cəmi 10923,87 manat (on min doqquz yüz iyirmi üç manat səksən yeddi qəpik) məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanan xx.xx.2022ci il tarixli, NOY/001/2022 saylı yükdaşıma xidmətləri haqqında müqaviləndən irəli gələn öhəliklərə əsasən şirkət olaraq daşınması nəzərdə tutulan mallara dair lazım olan bütün sənədlərlə təmin edildiyi halda, yükün daşınması zamanı həmin öhdəliklərin cavabdeh tərəfindən pozulması nəticəsində şirkətə məxsus olan mallar bizə təhvil verilməmişdir. Nəticədə şirkətə 6431,74 manat (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) gətiriləcək malın dəyəri və 3539,13 manat (üç min beş yüz otuz doqquz manat on üç qəpik) əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 manat (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) məbləğində maddi ziyan dəymişdir. Belə ki, bu günə kimi xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Belçika istehsalı olan “GRANDORF” markasının Azərbaycan ərazisində rəsmi distribyutoru olaraq həmin markaya aid heyvan yemləri sifariş edilmişdir. Həmin sifarişlərdən ilk dördünün çatdırılması təmin edilmişdir. Lakin sonuncu, yəni xx.xx.2024-cü il tarixdə olunmuş sifarişin yerinə yetirilməsi cavabdehin təqsirindən başa çatmamışdır. “GRANDORF” markalı məhsulun “Absolute Petfood LTD”-dən götürülməsi ilə bağlı bütün sənədlərin Cavabdeh MMC-yə göndərilməsi təmin edilmişdir. Cavabdeh MMC “GRANDORF” markalı məhsulun “Absolute Petfood LTD”-dən götürülülməsi üçün kiçik yük maşını göndərmiş və məhsul həmin maşına yüklənmiş və yükün Avropa Birliyinin və Belçika Krallığının ərazisində keyfiyyətinə dair bütün lazımi sənədləri vermişdir. Bundan sonra Cavabdeh MMC-yə aid kiçik yük maşını X5 Federativ Respublikasında olan anbara gətirilmiş və orada başqa yük maşınına qruppaj şəklində yüklənmişdir. xx.xx.2024-cü il tarixli 4-cü sifariş zamanı Cavabdeh MMC-yə aid yük maşını Türkiyə Cumhuriyyəti ərazisinə daxil olarkən quş qripi epidemioloji vəziyyətlə əlaqədar çətinliklə üzləşmişdir. Belə ki, X7 xx.xx.2023-cü il tarixə qüvvəyə minmiş termal emal sertifikatı tələb etmişdir. Biz Cavabdeh MMC-yə Emil Məcidovun simasında telefon danışığı zamanı bildirilmiş və bu məsələni özləri həll etmişdir. 5-ci sifariş zamanı Cavabdeh MMC Emil Məcidovun simasında X1 termal emal sertifikatı tələb etməsi barədə xəbərdarlıq edilmişdir. Lakin onlar əmin etdilər ki, hər zaman olduğu kimi məsələni özləri həll edəcək və narahatçılığa heç bir əsas yoxdur. Sonradan məlum olmuşdur ki, Cavabdeh MMC Almaniya Federativ Respublikasında yükün avtomobillər arasında yerdəyişməsi zamanı sənədləri dəyişməmiş, Almaniya ərazisində Baytarlıq Sertifikatı ilə təmin etməmişdir. Hansı ki, yükün maşınlar arasında yenidən yüklənməsi zamanı yeni yük maşınına əlavə sertifikat alınmalı, yeni maşının da nömrəsi qeyd olunmalı idi. Lakin cavabdeh xərclərə qənaət etmək üçün bunu etməmişdir. 14 fevral 2024-cü il tarixdə bizim 5-ci sifariş Bolqarıstan–Türkiyə tranzit zonasında qalmış, bizdən emal sertifikatı tələb olunmuşdur. 15 fevral 2024-cü il tarixdə həmin sertifikat zavod tərəfindən təmin edilmişdir. Cavabdeh MMC Emil Məcidovun simasında X1 bu sənədə qane olmadığını, X2 möhürlü sənədin onların e–mail ünvanına göndərilməsi tələb olunmuşdur. Həmin sənəd isə Avropa Birliyi ərazisində bir dəfə verilir. Cavabdeh isə yükün maşınlar arasında yenidən yüklənməsi zamanı yeni yük maşınına əlavə sertifikat almalı, yeni maşının da nömrəsini qeyd etdirməli olduğu halda, xərclərə qənaət etmək üçün bunu etməmişdir. Daha sonra cavabdehin əməkdaşı X3 fotoshopla hazırlanmış möhrü ilə Baytarlıq Sertifikatı hazırlayıb X4 təqdim edir və zavod nümayəndəsindən də həmin saxta sertifikatı X3 e–mail ilə göndərməsini xahiş edir. Lakin zavodun nümayəndəsi buna etiraz etmişdir. X7 təqdim olunmuş sənədin saxta olduğunu, həmçinin yük maşının nömrəsində uyğunsuzluq olduğunu müəyyən etdikdən sonra yükün Türkiyə Cumhuriyyəti ərazisinə daxil olmasına qadağa qoyulmuşdur. Yükün geri qaytarılması heç cür mümkün olmadığından, vəziyyətdən yeganə çıxış yolunun iddiaçıya məxsus olan yükün utilizasiya edilməsi olduğu təklif edilmişdir. Yükün utilizasiya edilməsini yalnız bir şərtlə, yəni yükün dəyərinin tam şəkildə kompensasiya edilməsi şərti ilə razılıq veriləcəyi bildirilmişdir. Həmin vaxt Cavabdeh MMC müxtəlif təhdidlərlə razılıq məktubu almağa çalışmaqla vaxtı uzatdı və proses 3 həftə müddətində yük maşınının dayanmasına səbəb oldu. Bundan sonra digər yüklərin sahiblərindən olan bir şirkətin müdaxiləsindən sonra xx.xx.2024-cü il tarixdə yenidən hesab–faktura yazmaq üçün əsaslarının olmaması, yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin bizə dəymiş ziyanın ödənilməsinin cavabdeh tərəfindən həyata keçiriləcəyi barədə rəsmi məktub aldıqdan sonra yükün utilizasiyasına razılıq verilmişdir. xx.xx.2022-ci il tarixli, NOY/001/2022 saylı yükdaşıma xidmətləri haqqında müqavilənin 4.2-ci maddəsinə əsasən xidmətlərin ötürülməsi zamanı həmin xidmətlərin lazımi səviyyədə təmin edilməsinə görə cavabdehin məsuliyyət daşıyacağı qeyd edilmişdir. Həmçinin İddiaçı MMC-yə yenidən hesab–faktura yazmaq üçün əsaslarının olmaması, yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi barədə 03 mart 2024-cü il tarixdə cavabdehin rəsmi müraciəti daxil olmuşdur. Həmin müraciətə əsasən dəymiş ziyanın ödənilməsinin cavabdeh tərəfindən həyata keçiriləcəyi qeyd edilmiş olsa da, hazırki vaxtadək dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabehə mövcud borcunu ödəməsi ilə bağlı pretenziya göndərilmiş, lakin cavabdeh göndərilmiş pretenziya məktubuna müsbət münasibət bildirməmişdir. Hazırda cavabdehin şirkətə 6431,74 manat (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) gətiriləcək malın dəyəri və 3539,13 manat (üç min beş yüz otuz doqquz manat on üç qəpik) əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 manat (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) məbləğində borcu qalmışdır. Bundan başqa, hüquqi məsələlərin həlli üçün vəkilə müraciət edilmiş və vəkillə hüquqi yardıma görə bağlanılan müqaviləyə əsasən 820 (səkkiz yüz iyirmi) manat pul ödənilmişdir. Cavabdehə bir neçə dəfə borcunun ödənilməsi ilə bağlı məlumat verilməsinə baxmayaraq, cavabdeh yenə də heç bir münasibət bildirməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 448.1, 448.2, 448.3, 1096.1, 1096.2-ci maddələrinə istinad olunmuşdur.
4. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş və bu səbəbdən tələb edilmiş zərərə görə 31416,02 avro (otuz bir min dörd yüz on altı avro iki sent) məbləğində pul vəsaitinin qətnamə elan edilən gün Mərkəzi Bankın avroya münasibətdə məzənnəsinə uyğun olaraq, digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə əlaqədar işgüzar nüfuza vurulmuş zərərə görə 10000 (on min) manat, 294,83 manat (iki yüz doxsan dörd manat səksən üç qəpik) iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 2650 (iki min altı yüz əlli) manat məbləğində pulun İddiaçı MMC-dən alınıb Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X14” MMC (bundan sonra – “Kaspi” və ya “Daşıyıcı” adlandırılacaq) cavabdeh "X6" MMC-yə (bundan sonra – “iddiaçı”, "xxxx" və ya “Ekspeditor” adlandırılacaq) qarşı borcun tutulması tələbi ilə Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. “Kaspi” xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı yükdaşıma xidmətləri haqqında müqavilədən irəli gələn öhdəliklərin onlar tərəfindən icra edildiyini iddia edərək, cavabdeh tərəfindən həmin xidmətin əvəzi olaraq 11789 (on bir min yeddi yüz səksən doqquz manat) manat əsas borc, gecikdirilmiş günlərin əvəzi olaraq 19627,02 avro (on doqquz min altı yüz iyirmi yeddi manat iki sent) məbləğində pul vəsaitinin qətnamə elan edilən gün Mərkəzi Bankın avroya münasibətdə məzənnəsinə uyğun olaraq, digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə əlaqədar cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 10000 (on min) manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 294,83 manat (iki yüz doxsan dörd manat səksən üç qəpik) məbləğində dövlət rüsumunun tutularaq "X14” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etlmişdir. İddiaçı ilə "xxxx" arasında xx.xx.2022-ci il tarixli, NOY/001/2022 saylı ekspedisiya xidmətləri haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçinin yüklərinin daşınması üzrə müvafiq tədbirlərin görülməsi ekspeditora həvalə edilmişdir. Mülki Məcəlləyə uyğun olaraq sifarişçinin sifarişinin icrası daşıyıcı “X14” MMC-yə (bundan sonra - “daşıyıcı” və ya “Kaspi” adlandırılacaq) ilə bağlanan xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı yükdaşıma xidmətləri haqqında müqaviləyə uyğun olaraq “Kaspi”-yə həvalə edilmişdir. İddiaçı-nun eyni xüsusiyyətli mallarının daşınması üzrə əvvəlki sifarişləri həmin daşıyıcı şirkət tərəfindən problemsiz icra edilmişdir. Lakin sonuncu sifarişə əsasən malların daşıyıcı tərəfindən Belçikadan Azərbaycan Respublikası ərazisinə daşınması zamanı daşıyıcıya məxsus nəqliyyat vasitəsi Türkiyə Respublikasının gömrük-buraxılış məntəqəsində saxlanılaraq göndərilən mala dair termal emal sənədi tələb edilmişdir. Buna səbəb malın spesifikasiyasına uyğun olaraq (heyvan yeməyi) ehtimal olunan yayılmış quş qripi riski olmuşdur. Belə olan halda nəqliyyat vasitəsi gömrük-buraxılış məntəqəsində saxlanılmış və müvafiq sənəd olmadan buraxılmayacağı bildirilmişdir. Nəqliyyat vasitəsində daşıyıcının digər müştərilərinə məxsus mallarının da olduğunu və malların daşınması üçün sahibləri qarşısında öhdəlik daşıdığını, eyni zamanda nəqliyyat vasitəsinin gömrük-buraxılış məntəqəsində saxlanıldığı hər gün üçün cərimə və digər saxlama xərcləri çəkildiyini iddia edərək, daşıyıcı şirkət ekspeditor olaraq "xxxx" MMC-dən, "xxxx" isə öz müştərisi olan İddiaçı-dan tələb etmişdir. Uzun müddət aparılan danışıqlar nəticə verməmiş, sifarişçi İddiaçı həmin sənədi təqdim etdiyini iddia etmişdir, daşıyıcı isə tələb olunan sənədin fərqli sənəd olduğunu, təqdim olunan sənədin Türkiyə gömrükburaxılış məntəqəsi tərəfindən qəbul edilmədiyini bildirmişdir. Belə olan halda, yuxarıda qeyd olunan səbəblərdən mal sifarişçinin razılığı ilə utilizasiya olunmuşdur. Tərəflər arasında danışıqlar aparılmış, görüşlər keçirilmiş, lakin heç biri tələb irəli sürməmişdir. 2024-cü ilin noyabr ayında daşıyıcı tərəfindən pretenziya məktubu daxil olmuşdur. Həmin pretenziya əsasında sifarişçiyə pretenziya məktubu ünvanlanmışdır. Sifarişçi isə cavab olaraq ödəniş etməyəcəyini, əksinə dəymiş zərərə görə ona ödəniş edilməli olduğunu bildirərək, pretenziya ünvanlamışdır. Həmin pretenziya əsasında daşıyıcının məktubuna cavab ünvanlanmışdır. Hazırda daşıyıcı “Kaspi” də məhkəmədə iddiaçıya qarşı iddia qaldırmışdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 852, 853, 856, 858-ci maddələrinə istinad olunmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(113)-3583/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2(113)-3583/2025 saylı işin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair e-2(113)-2313/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
8. İddiaçı MMC tərəfindən iddiaçı Cavabdeh MMC-nin iddiasına qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh “TH BİO" MMC-yə qarşı yük daşıma müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə bildirilir ki, tələb olunan vəsaitin “TH BİO MMC-yə heç bir aidiyyəti yoxdur. İddiaçı hazırkı iddianı tamamilə məsuliyyətdən yayınmaq məqsədi ilə irəli sürmüşdür. Belə ki, daha əvvəlcə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Həmin iddia hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İşə baxılan ərəfədə Cavabdeh MMC-nin vəsatəti əsasında “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırdıqdan sonra Cavabdeh MMC məsuliyyətdən yayınmaq üçün eyni həcmdə qarşılıqlı iddia tələbi ilə İddiaçı MMC-yə qarşı hazırkı iddianı irəli sürmüşdür. Lakin qarşılıqlı iddianın təqdim edilməsi üçün prosessual müddət ötürüldüyü üçün məhkəmə qarşılıqlı iddianı geri qaytarmışdır. Bundan sonra Cavabdeh MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia qaldırana kimi Cavabdeh MMC-nin heç bir iddiası olmamışdır. Qeyd edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan xx.xx.2022-ci il tarixli NOY/OO1/2022 saylı yükdaşıma xidmətləri haqqında müqaviləndən irəli gələn öhəlikləri Cavabdeh MMC yerinə yetirmədiyi üçün İddiaçı MMC-yə 6431,74 manat gətiriləcək malın dəyəri və 3539,13 manat əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 manat məbləğində maddi ziyan dəymişdir. Yükdaşıma zamanı yaranmış problemə görə Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə yenidən hesab-faktura yazmaq üçün əsaslarının olmaması, yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin dəymiş ziyanın ödənilməsinin “X6" MMC tərəfindən həyata keçiriləcəyi barədə rəsmi məktub (etiraza əlavə edilir) təqdim verdikdən sonra "TH BİO” MMC yükün utilizasiyasına razılıq vermişdir. Hazırda Cavabdeh MMC qaldırmış olduğu iddianın veganə əsasını yükdaşımanın üçüncü bir şirkətə həvalə etdiyini qeyd etməklə kifayətlənmiş və bununla da məsuliyyətin onlara aid olmadığını iddia etmişdir. Qeyd edilir ki, İddiaçı MMC ilə “X6" MMC arasında olan xx.xx.2022-ci il tarixli, NOY/001/2022 saylı yükdaşıma xidmətləri haqqında müqavilənin 4.2-ci maddəsinə əsasən xidmətlərin ölürülməsi zamanı həmin xidmətlərin lazımi səviyyədə təmin edilməsinə görə müştəri qarşısında məsuliyyət daşıyacağı qeyd edilmişdir. Müqavilənin şərtlərinin bu qədər açıq avdın şəkildə olmasına, həmçinin yenidən hesab-faktura yazmaq üçiin əsaslarının olmaması, yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin dəymiş ziyanın ödənilməsinin Cavabdeh MMC tərəfindən həyata keçiriləcəyi barədə rəsmi məktub (etiraza əlavə edilir) təqdim etmələrinə baxmayaraq, hazırda iddia ilə məhkəməyə müraciət etmələrinin yeganə səbəbi məsuliyyətdən yayınmaqdır. Belə ki, bir daha xatırladır ki, aralarında olan xx.xx.2022-ci il tarixli NOY/001/2022 saylı yükdaşıma xidmətləri haqqında müqaviləndən irəli gələn öhəliklərin Cavabdeh MMC tərəfindən pozulması nəticəsində İddiaçı MMC-yə məxsus olan mallar cavabdehə təhvil verilməmiş, nəticədə İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Nəzərə çatdırılır ki, xx.xx.2022-ci il tarixli, NOY/001/2022 saylı yükdaşıma xidmətləri haqqında müqavilənin 4.2-ci maddəsinə əsasən xidmətlərin ötürülməsi zamanı həmin xidmətlərin lazımi səviyyədə təmin edilməsinə görə icraçının məsuliyyət daşıyacağı qeyd edilmişdir. Həmçinin İddiaçı MMC-yə yenidən hesab-faktura yazmaq üçün əsasın olmaması, yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi barədə 03 mart 2024-cü il tarixdə İddiaçı MMC-yə rəsmi müraciət daxil olmuşdur. Həmin müraciətə əsasən İddiaçı MMC-yə dəymiş ziyanın ödənilməsinin “X6" MMC tərəfindən həyata keçiriləcəyi qeyd edilmiş olsa da, hazırkı vaxtadək İddiaçı MMC-yə dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən də Bakı Kommersiya Məhkəməsində müvafiq iddia qaldırılmışdır.
9. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə verərək, Cavabdeh MMC-dən şirkətə 6431,74 manat (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) gətiriləcək malın dəyəri və 3539,13 manat (üç min beş yüz otuz doqquz manat on üç qəpik) əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 manat (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) məbləğində yaranmış borcun, 123 (bir yüz iyirmi üç) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 1120 (min yüz iyirmi) manat məbləğində pul olmaqla, cəmi 11223,87 (on bir min iki yüz iyirmi üç manat səksən yeddi qəpik) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin iddiasına qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "X6" MMC-yə qarşı borcun tutulması tələbi ilə Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, NOY/001/2022 saylı yükdaşıma xidmətləri haqqında müqavilədən irəli gələn öhəliklərə əsasən cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçıya məxsus olan mallar təhvil verilməmişdir. Nəticədə 6431,74 (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) manat gətiriləcək malın dəyəri və 3539,13 (üç min beş yüz otuz doqquz manat on üç qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bildirilmişdir ki, həmin müqavilənin 4.2-ci bəndi ilə ekspeditorun razılaşdırılmış xidmətlərin göstərilməsini yalnız etibarlı agent və subpodratçılara ötürmək hüququ olmuşdur. Həmin xidmətlərin görülməsi “X14” MMC-yə (bundan sonra – Daşıyıcı) həvalə olunmuşdur (xx.xx.2022 tarixli müqaviləyə əsasən). Yük Türkiyə Respublikası üzərindən Azərbaycan Respublikasına gətirilərkən Türkiyənin gömrük-buraxılış məntəqəsi tərəfindən yükə dair termal emal sertifikatı tələb edilmişdir (əks təqdirdə yükün utilizasiya edilməsi üçün razılıq məktubunu) və nəqliyyat vasitəsi gömrükdən buraxılmamışdır. Bu barədə daşıyıcı məlumat vermiş, Cavabdeh MMC də dərhal sifarişçidən (iddiaçı) müvafiq sənədi göndərməyini tələb etmişdir. Daşıyıcının bildirdiyinə görə sifarişçi müvafiq sənədi göndərmədiyi üçün daşıyıcının nəqliyyat vasitəsi uzun müddət həmin gömrük buraxılış məntəqəsində qalmışdır. Uzun müddət aparılan danışıqlardan sonra sifarişçi yükün utilizasiyasına razılıq məktubu təqdim etmiş və nəticədə yük utilizasiya edilərək, daşıyıcının nəqliyyat vasitəsi gömrük məntəqəsindən buraxılmışdır. "X6" MMC ekspeditorluq fəaliyyəti ilə 7 ildir məşğul olur. Yükdaşıma xidmətlərini müqavilə ilə əməkdaşlıq etdikləri etibarlı daşıyıcılara ötürürlər. Daşıyıcı “X14” MMC ilə əməkdaşlıqları uzun müddətdən bəri davam edir. Hazırda da müştərilərdən alınan sifarişlər həmin daşıyıcıya ötürülür. Digər heç bir sifarişin icrası zamanı problem yaşanmamışdır. Qanunvericiliyə zidd hər hansı hərəkətə yol verilməmişdir. Komisyon muzd müqabilində müştəridən (iddiaçıdan) sifariş alınmış, onun təqdim etdiyi sənəd və məlumatlar əsasında sifarişi daşıyıcıya ötürülmüşdür. Sonraki mərhələdə Türkiyə Respublikasının tələbi əsasında daşıyıcı bizə müvafiq sənədlə təmin edilməli olduğu bildirilmiş, bu barədə məlumat iddiaçıya verilmişdir. İddiaçının onun təqdim etdiyi sənədlərə müdaxilə və ya mövcud olmayan hər hansı sənədi saxtalaşdıraraq təqdim etməyə çalışmaya dair iddiaları tamamilə yanlışdır, reallıqda bu tip heç bir hərəkətə heç bir zaman dövründə yol verilməmişdir, nə də ki, elə bir “bacarıq” mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilir. Tədqiq olunan sübutlar:
11. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, İddiaçı MMC-nin iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək Cavabdeh MMC-nin iddia tələbinin təmin, İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, müştəri qismində İddiaçı MMC ilə ekspeditor qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, NOY/001/2022 yükdaşıma xidmətləri haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ekspeditor və müştəri arasında yüklərin daşınması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir; 1.2-ci bəndinə əsasən ekspeditor müştərinin sifarişlərinə əsasən beynəlxalq marşrutlar üzrə yükdaşıma xidmətlərini təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürür; 1.3-cü bəndinə əsasən xidmətlərin şərtləri və dəyəri tərəflərin səlahiyyətli şəxsləri arasında razılaşdırılmış hazırkı müqavilənin ayrılmaz hissəsi olan tarif razılaşmalarında öz əksini tapacaqdır; 2.1-ci bəndinə əsasən müştəri yüklərinin müvafiq məntəqəyə daşınması üçün yükün təqdim edilməsindən ən azı 2 təqvim günü əvvəl ekspeditora yazılı xidmət sifarişi verir; 2.11-ci bəndinə əsasən tərəflər digər barədə razılığa gəlmədiyi təqdirdə idxal/ixrac yüklərin gömrük rəsmiləşdirilməsi müstəsna olaraq müştəri və ya onun təyin etdiyi broker tərəfindən həyata keçirilməlidir; 2.16-cı bəndinə əsasən müştəri ekspeditor tərəfindən göstərilən xidmətlərin haqqını vaxtında və lazımi qaydada ödənilməsini təmin edir; 3.4-cü bəndinə əsasən ödənişlər vaxtında aparılmadığı təqdirdə ekspeditor hesabın ümumi ödənilməmiş məbləğinin 100%-dən çox olmamaq şərtilə, hər gecikdirilən günə görə 0,1% həcmində dəbbə pulunun hesablanması hüququnu özündə saxlayır; 4.2-ci bəndinə əsasən ekspeditor razılaşdırılmış xidmətlərin göstərilməsini yalnız etibarlı agent və ya subpodratçılara ötürə bilər. Lakin ekspeditor həmin xidmətlərin, özü təmin etdiyi kimi lazımi səviyyədə göstərilməməsinə görə müştəri qarşısında məsuliyyət daşıyacaqdır; 5.3-cü bəndinə əsasən boş durma haqqı tarif razılaşmasında nəzərdə tutulmadıqda, sifarişə əsasən təqdim olunan nəqliyyat vasitəsinin müştəri tərəfindən yüklənməməsi və ya onun təyinat məntəqəsinə çatdıqdan sonra boşaldılmaması, həmçinin gömrük rəsmiləşmənin vaxtında aparılmaması nəticəsində nəqliyyat vasitəsinin boş durmasına görə müştəri ekspoditorun daşıyıcısının hesabına əsasən boş durma haqqı ödəməlidir; 5.6-cı bəndinə əsasən yükün daşınması tarif müqaviləsində göstərilən müddətdən gec aparılarsa, ekspeditor müqavilə ilə gecikdirilmiş hər gün üçün müştəriyə ekspeditor xidmətlərinin dəyərinin 0,1%-i məbləğində cərimə ödəməlidir. Cərimələrin ümumi məbləği ekspeditor xidmətlərinin dəyərinin 10 faizindən çox olmamalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. “Kuchne + Nagel” MMC ilə “X14” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli nəqliyyat-ekspedisiya müqaviləsinin 2-ci bəndinə əsasən ekspeditor, sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onlarına yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməəliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır; 3.1-ci bəndinə əsasən malın çatdırılması üzrə ekspeditor ilə razılaşmada birdən çox sifarişçi çıxış edərsə, bütün ödəmələr üzrə onlar birgə məsuliyyət daşıyacaqdır; 3.4-cü bəndinə əsasən tez xarab olan, heyvan və bitkilərin daşınması ilkin razılaşma əsasında həyata keçiriləcəkdir; 4.1-ci bəndinə əsasən sifarişçi ekspeditor tərəfindən təqdim olunmuş elektron hesab-fakturaya əsasən ödənişi həyata keçməlidir. Sifarişçi ödənişi 30 təqvim günü ərzində ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir; 6.2-ci bəndinə əsasən nəqliyyat ekspedisiya əməliyyatının başladılması üçün sifarişçi ekspeditora yükün mənşə ölkəsini göstərən sənədləri, o cümlədən yükün idxal gömrük sənədlərini, yükün idxalının gömrük rəsmiləşdirilməsi üçün gömrük və ya digər dövlət orqanları tərəfindən əsaslı olaraq tələb olunan digər zəruri sənədləri ekspeditora təqdim etməlidir; 7.1.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2024-cü il tarixli, 24200462 nömrəli invoys sənədinin məzmunundan müəyyən olunur ki, “Absolute Petfood LTD” tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 3448,64 avro olan məhsul(lar) satılmışdır.
16. xx.xx.2024-cü il tarixli, 04/03/24 nömrəli Cavabdeh MMC-yə ünvanlanmış hesabfakturadan müəyyən olunur ki, NOY/001/2022 nömrəli müqavilənin 3.10-cu bəndinə əsasən geri qaytarılmalı olan malların ümumi dəyəri 6357,91 manat təşkil edir.
17. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan məktubdan görünür ki, yükün utilizasiyasına zərurət yarandığı, yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi, hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi bildirilmişdir.
18. İddiaçı MMC-nin “Paşabank”da olan hesabdan çıxarışından görünür ki, İddiaçı MMC tərəfindən “Absolute Petfood LTD”-nin hesabına 6387,57 manat ödənilmişdir.
19. İş materiallarına qadağan edilmiş məhsulların siyahısı əlavə edilmişdir.
20. X8 Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Qida və X12 X15 X9 tərəfindən paylama yerlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli baytarlıq nəzarətində olan məhsulların ölkəyə girişi ilə bağlı tətbiq təlimatlarının məzmunundan müəyyən olunur ki, Nazirliyin Qida və Nəzarət Baş İdarəsi 5 dekabr 2022-ci il tarixli, ******* nömrəli məktubunda insan istehlakı üçün nəzərdə tutulmayan yağların renderində istifadə üçün insan istehlakı üçün nəzərdə tutulmayan yem kimi istifadə ediləcək əridilmiş piylərin, heyvandarlıq və ya ev heyvanlarının yemi, kosmetika, tibbi məlumat və ya tibbi cihazların istehsalında istifadə üçün nəzərdə tutulmuş əridilmiş piylərin Türkiyə Respublikasına idxalına dair baytarlıq sağlamlıq sertifikatı və biodizel, oleokimyəvi məhsulların, üzvi gübrələrin və torpaq gücləndiricilərinin və ya bərpa olunan yanacaqların istehsalında əridilmiş yağlardan istifadə məqsədilə yem zəncirində insan istehlakı üçün uyğun olmayan məqsədlər üçün əridilmiş yağların Türkiyə Respublikasına təkrar emalı üçün baytarlıq sağlamlıq sertifikatı dərc edilmişdir. Bu çərçivədə emal edilmiş yağ idxalında başlayan proses istisna olmaqla, xx.xx.2023-cü il tarixindən etibarən qeyd olunan baytarlıq sağlamlıq sertifikatının tələb ediləcəyi qeyd edilmişdir.
21. İddiaçı tərəfindən iş materiallarına Belçika Krallığı tərəfindən verilmiş BE/EX/OVB/2024/4476/15048 nömrəli sağlanlıq sertifikatı əlavə edilmişdir. Sertifikata əlavə edilmiş sənədin məzmunundan müəyyən olunur ki, əlavədə adıçəkilən və ümumi çəkisi 1040 kq olan məhsul(lar)ın mənşə ölkəsində istehsalına və satışına qüvvədə olan Belçika və Avropa qanunvericiliyinə uyğun olaraq icazə verilmiş və ixrac olunmuşdur.
22. Belçika Krallığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, B-9042 nömrəli istilik emalı barədə bəyanatın məzmunundan müəyyən olunur ki, istehsalçı “X11 NV” Granford pişikləri və itləri üçün bütün ev heyvanları yemlərinin ən azı 20 dəqiqə 70 dərəcədə müalicə edilmişdir. Sağlamlıq sertifikatı: BE/EX/OVB/2024/4476/15048.
23. X10 X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 03614/3645 nömrəli baytarlıq protokolunun məzmunundan müəyyən olunur ki, Belçika mənşəli 1040 kq it/pişik yemi qadağan edilmiş məhsul başlığı altında rədd edilən mallar kimi qeydə alınmışdır. Sözügedən məhsulların mənşəyi quş qripi səbəbindən qadağan olunduğundan, məhsulların istilik müalicəsi deklarasiyası olmadığı və nəqliyyat vasitəsinin nömrəsi sertifikatdan fərqli olduğu üçün göndəriş rədd edilmişdir.
24. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “X11” verilmiş BP-Q-01230206 nömrəli qeydiyyat şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, “Granford” markalı itlər üçün yem qranula formasında qeydiyyata alınmışdır. Şəhadətnamə xx.xx.2028-ci il tarixinə qədər etibarlıdır.
25. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə 10790,87 manat məbləğində borcu vardır (9970,87 manat müqavilə üzrə borc və 820 manat hüquqi yardım xərci).
26. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, 9970,87 manat məbləğində pul vəsaitinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağıilə bağlı xəbərdarlıq edilmişdir.
27. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, 22280,32 avro məbləğində pul vəsaitinin 3 iş günü ərzində Cavabdeh MMC-nin hesabına köçürülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
30. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında yükdaşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh MMC İddiaçı MMC-nin sifarişlərinə əsasən beynalxalq marşrutlar üzrə yükdaşıma xidmətlərini təqdim etməyi, sonuncu isə aralarında razılaşdırılmış ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında müavilə münasibətlərinin olması, bir neçə dəfə daşıma əməliyyatının mübahisəsiz şəkildə həyata keçirilməsi, lakin sonuncu yükdaşımanın baş tutmaması, sifarişçiyə məxsus malların çadırılmadan məhv edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal malların çadırılmasının mümkün olmamasının iddiaçı və ya cavabdehin təqsiri ucbatından baş verməməsi ilə bağlı olmuşdur. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC “GRANDORF” markalı məhsulun “Absolute Petfood LTD”-dən götürülülməsi üçün kiçik yük maşını göndərmiş və məhsul həmin maşına yüklənmişdir. Daha sonra Cavabdeh MMC-yə aid kiçik yük maşını X5 Federativ Respublikasında olan anbara gətirilmiş və orada başqa yük maşınına qruppaj şəklində yüklənmişdir. xx.xx.2024-cü il tarixli 4-cü sifariş zamanı Cavabdeh MMC-yə aid yük maşını Türkiyə Cumhuriyyəti ərazisinə daxil olarkən quş qripi epidemioloji vəziyyətlə əlaqədar X7 xx.xx.2023-cü il tarixə qüvvəyə minmiş termal emal sertifikatı tələb etmiş, lakin sertifikatın təqdim edilməsi mümkün olmamışdır. X10 X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 03614/3645 nömrəli baytarlıq protokolunun məzmunundan müəyyən olunur ki, Belçika mənşəli 1040 kq it/pişik yemi qadağan edilmiş məhsul başlığı altında rədd edilən mallar kimi qeydə alınmışdır. Sözügedən məhsulların mənşəyi quş qripi səbəbindən qadağan olunduğundan, məhsulların istilik müalicəsi deklarasiyası olmadığı və nəqliyyat vasitəsinin nömrəsi sertifikatdan fərqli olduğu üçün göndəriş rədd edilmişdir.
31. İş üzrə hər iki tərəf bir-birinə qarşı iddia tələbləri irəli sürmüşlər.
32. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinin bir hissəsini gətiriləcək malın dəyərini təşkil edən 6431,74 manat (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
33. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır.
34. Belə ki, Cavabdeh MMC İddiaçı MMC-yə məktub ünvanlayaraq, yükün utilizasiyasına zərurətin yarandığı (digər yüklərin daşınmasının təmin edilməsi səbəbindən), yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin İddiaçı MMC tərəfindən hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi, dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə Cavabdeh MMC öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmənin qənaətinə əsasən tərəflər arasında razılıq əsasında yeni öhdəliklər müəyyən olunmuşdur, belə ki, cavabdeh İddiaçı MMC tərəfindən hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi, dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh MMC-yə malların ümumi dəyərini təşkil edən 6357,91 manat məbləğin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 04/03/24 nömrəli hesab-faktura təqdim olunmuş, lakin həmin məbləğin ödənilməsi təmin edilməmişdir. Cavabdehin həmin məktubu məcburiyyət, təzyiq altında iddiaçıya ünvanlaması barədə qeyd etdikləri isə əsassız sayılmalıdır.
35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin olunmalı, Cavabdehndən 6357,91 manat (təqdim olunan hesaba uyğun) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır.
36. İddiaçı MMC-nin iddia tələbinin bir hissəsini də 3539,13 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması təşkil edir.
37. Belə nəticəyə gəlinir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Belə ki, əldən çıxmış faydanın nədən ibarət olması, məbləği barədə hər hansı sübut məhkəməyə təqdim olunamaışdır.
38. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumuna görə 123 manat və hüquqi xidmətə görə ödənilmiş 1120 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
39. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 700 manat hüquqi yardım xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 76,33 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
40. İddiaçı Cavabdeh TH BİO” MMC-yə qaşı iddia tələbləri 31416,02 avro (otuz bir min dörd yüz on altı avro iki sent) məbləğində pul vəsaitinin, digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə əlaqədar işgüzar nüfuza vurulmuş zərərə görə 10000 (on min) manat pulun cavabdehdən tutulmasına dair iddia təmin edilməməlidir.
41. Həmin qənaətə gələrkən həm yuxarıda qeyd olunanlar (yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi barədə öhdəlik götürülməsi) diqqətə alınmışdır. Həmçinin nəzərə alınır ki, yükün olduğu yerdən təyinat yerinə daşınması təmin edilməmişdir.
42. İddiaçı Cavabdeh iddiası təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən 6357,91 manat (altı min üç yüz əlli yeddi manat doxsan bir qəpik) manat, 700 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,33 manat (yetmiş altı manat otuz üç qəpik) olmaqla, cəmi 7134,24 manat (yeddi min yüz otuz dörd manat iyirmi dörd) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh iddiası üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova