Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2316/2020 04.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X6 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X7 qarşı “icarə haqqının və cərimənin ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 icra edilməmiş öhdəliyə görə 7589 manat məbləğində icarə haqqı və həmin məbləğə hesablanmış 3876 manat cərimə alınıb iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında xx xxxxxx 2017-ci il tarixli İM-067 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən ünvan 1 ünvanında Bakı Sərnişin stansiyasının ərazisində yerləşən ümumi sahəsi 95 m2 icarə obyekti cavabdeh X7 icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 2038 manat təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı xx xxxxxx 2018-ci il tarixdən hesablanır. Tərəflər arasında bağlanmış müqaviləyə cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən bildiriş verilərək xx xxx 2018-ci il tarixindən birtərəfli qaydada xitam verilmişdir. X3 tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən bu günədək icarə haqqı ödənişi qismən ödənilmiş, tam icra olunmamışdır. Eyni zamanda Müqavilənin 4.5-ci bəndinə əsasən cavabdeh icarə haqqını vaxtında ödəməzsə, hər bir gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,1%-i miqdarında cərimə icarə borcuna əlavə olunacaqdır. Müqavilə üzrə ödənilməmiş məbləğ 7589 manat təşkil edir. Həmin məbləğin 0,1%-i – 7,60 manat edir və bu cərimə məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi (17 ay) hesablandıqda cəmi cərimə 3876 manat təşkil edir. Hazırda müqavilə üzrə cavabdehin xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək (yuvarlaq olaraq 4 ay olmaqla) icarə haqqına görə əsas borcun məbləği 7589 manat və həmin məbləğə hesablanmış cərimə 3876 manat təşkil edir. Beləliklə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh X8 üzərinə düşən öhdəlikləri icra etməmişdir, tələbin icrası üçün ona SM-331 nömrəli xx.xx.2019-cu il tarixdə pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. Bununla da “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin hüquqları kobud şəkildə pozulduğuna görə Cəmiyyət pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 4 ay üçün hesablanmış icarə haqqının az bir hissəsi ödənilsə də, qalan 7589 manat icarə haqqı ödənilmədiyindən tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddianı qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etmiş və əlavə olaraq izahatında 2018-ci ilin yanvar ayında icarəyə götürdüyü obyektdə fəaliyyətini dayandırdığını, lakin bununla bağlı məhkəməyə mötəbər sübutun təqdim edə bilməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2017-ci il tarixli İM-067 nömrəli icarə müqaviləsindən görünür ki, xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə (İcarəyəverən) ünvan 1 ünvanında Bakı Sərnişin stansiyasının ərazisində yerləşən ümumi sahəsi 95 m2 icarə obyektini cavabdeh X7 icarəyə vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müəyyən edilmiş, icarə haqqı xx xxxxxx 2018-ci il tarixdən hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 2038 manat təşkil edir. Müqavilənin 4.5-ci bəndinə əsasən cavabdeh icarə haqqını vaxtında ödəməzsə, hər bir gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,1%-i miqdarında cərimə icarə borcuna əlavə olunacaqdır. xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixənədək ümumilikdə icarə haqqı 9589 manat olmuş, həmin məbləğdən xx.xx.2018-ci il tarixdə 2000 manat ödəniş edilmiş, hazırda X6 icarə haqqı üzrə qalıq borcu 7589 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 465.2, 467, 700, və 862-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə 4 ay icarə haqqının az bir hissəsini ödəsə də, 7589 manat məbləğində icarə haqqını ödəməmişdir. Bununla yanaşı cavabdeh fəaliyyətinə 2018-ci ilin yanvar ayında xitam verildiyini bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən hesablanmış 3876 manat məbləğində cərimə ilə bağlı məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 311 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2017-ci il tarixli İM-067 nömrəli icarə müqaviləsi üzrə yaranmış 7589 manat məbləğində icarə haqqı borcu, 311 manat cərimə borcu, cəmi 7900 manat məbləğində pul cavabdeh X4 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 68,9%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 68,9%-i, yəni 20,67 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il tarixli İM-067 nömrəli icarə müqaviləsi üzrə yaranmış 7589 manat məbləğində icarə haqqı borcu, 311 manat cərimə borcu, cəmi 7900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20,67 manat məbləğində pul cavabdeh X4 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2316/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2316/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver