Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2320/2021 08.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMCdən 3899,62 manat əsas borc və 1755 manat dəbbə pulu olmaqla, ümumilikdə 5654,62 manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə hazırda ləğv edilmiş "xxxx" MMC arasında 12 iyun 2019-cu il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC "xxxx" MMC-yə 4900 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 544,45 manat olmaqla, hissə-hissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan qismən ödənişlər edilmişdir. Hazırkı tarixədək borc məbləği 3899,62 manat təşkil edir . Müqavilənin 3.2-ci maddəsinə əsasən ümumi borc məbləği müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürürür. Beləliklə ödənilməmiş borc məbləği üzrə 1755 manat məbləğində dəbbə öhdəliyi yaranmışdır. 24 dekabr 2019-cu il tarixli çıxarış ilə İddiaçı MMC-nin "xxxx" MMC-nin hüquqi varisi olduğu öz əksini tapmışdır. Həmçinin İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMCdən 9026 manat əsas borc və 4061,70 manat dəbbə pulu olmaqla, ümumilikdə 13087,70 manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli alqı – satqı müqaviləsi üzrə yaranmış borc öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi məqsədilə 12 iyun 2019-cu il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC İddiaçı MMC-yə 13088 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 1454,23 manat olmaqla, hissə-hissə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan qismən ödənişlər edilmişdir. Hazırkı tarixədək borc məbləği 9026 manat təşkil edir. Müqavilənin 3.2-ci maddəsinə əsasən ümumi borc məbləği müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürürür. Beləliklə ödənilməmiş borc məbləği üzrə 4061,7 manat məbləğində dəbbə öhdəliyi yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, e-2-2(113)-2322/2021 saylı qərardadına əsasən (sədrlik edən – hakim Kənan Hüseynov) İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsinə dair e-2-2(113)-2322/2021 saylı iş, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair e-2-2(113)- 2320/2021 saylı işlə bir icraatda birləşdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında iddianın müdafiə etdiyini bildirərək iddia ərizələri ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən iddiaların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qismən etiraf etdiyini bildirərək izahatında göstərdi ki, onun iddiaçıya borcu mövcuddur və həmin borc üzrə qismən ödənişlər aparılmışdır. Lakin borc məbləği hesablanarkən onun tərəfindən aparılmış ödənişlər tam nəzərə alınmamışdır. Onun hesablamalarına görə hər 2 müqavilə üzrə iddiaçıya təxminən 11000 manat məbləğində borcu vardır. İş materiallarında olan: - 10.10.2017-ci il tarixli 203 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razıladırılmış miqdarda çeşiddə və keyfiyyətdə alıcı "xxxx" MMC-ni malla təmin etməyi, o isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - 12.06.2019-cu il tarxli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən müqaviləyə əsasən borc verən "xxxx" MMC 4900 manat (ƏDV daxil) manat məbləğində pul vəsaitini borc alan "xxxx" MMC-yə verdiyini, borc alan isə 4900 manat məbləğində borcu müqavilənin şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. - 12.06.2019-cu il tarxli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən müqaviləyə əsasən borc verən İddiaçı MMC 13088 manat (ƏDV daxil) manat məbləğində pul vəsaitini borc alan "xxxx" MMC-yə verdiyini, borc alan isə 13088 manat məbləğində borcu müqavilənin şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı MMC-nin maliyyə arayışına əsasən borclu "xxxx" MMC ilə kreditor İddiaçı MMC arasında olan alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə 12925 manat borcu yarandığı və 20.08.2021-ci il tarixinə borclu "xxxx" MMC-nin 12925 manat ödənilməmiş borcu qaldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilələrin bağlanması, müqavilələrdə qeyd edilən borc məbləği işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı isə ondan ibarətdir ki, borcun etirafı və ödəniş qaydası haqqında müqavilələr bağlandıqdan sonra onun tərəfindən aparılmış ödənişlər tam nəzərə alınmamışdır. Belə olduğu təqdirdə cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən aparılmış hesablamlardan kənar ödənişlərin aparılması ilə bağlı sübut təqdim olunmalı idi. Lakin cavabdeh tərəfindən məhkəməyə artıq ödənişlərin aparılması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də məhkəmə hesab edir ki, hər 2 müqavilə üzrə iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 3899,62 manat məbləğində əsas borca 1755 manat, 9026 manat məbləğində əsas borca 4061,7 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 1755 manat dəbbə pulunun miqdarı azaldılaraq 350 manat, 4061,7 manat məbləğində dəbbə pulunun miqdarı azaldılaraq 800 manat məbləğində müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən ödənilməmiş 9026 manat məbləğində əsas borc, 800 manat məbləğində dəbbə pulu olmaqla cəmi 9826 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən ödənilməmiş 3899,62 manat məbləğində əsas borc, 350 manat məbləğində dəbbə pulu olmaqla cəmi 4249,62 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2320/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2320/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver