Məhkəmə qərarları › İş №e-2-2(113)-2325/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2325/2022

01.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2325/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı səhmdarların ümumi yığıncağının keçirilməsi, xalis mənfəətin bölünməsi məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi və xalis mənfəətin bölüşdürülməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, səhmdarların ümumi yığıncağın keçirilməsi, iddiaçı səhmdar olduğu müddətdən bütün dövr üzrə xalis mənfəətinin bölünməsi məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 "xxxx" ASC-nin (VÖEN **********) səhmdarıdır. Bundan başqa o, cəmiyyətin direktor müavini və direktoru vəzifələrində işləmişdir (əmək kitabçasının sürəti əlavə olunur). İddiaçı cəmiyyətin səhmdarı olan vaxtdan hal-hazırki dövrədək cəmiyyətdən heç bir divident almamışdır. İddiaçı nə vaxtdan cəmiyyətdə səhmdar olması, neçə faiz səhminin olması, İddiaçı səhmdar olduğu vaxtdan cəmiyyətin xalis mənfəətinin nizamnamə kapitalına qoyulub-qoyulmaması, səhmdarlara divident ödənilib-ödənilməməsi barədə məlumatların, eləcədə İddiaçı Məhəmməd oğlunun səhmdar olduğu vaxtdan halhazıradək cəmiyyət tərəfindən ödənilmiş dividentlər barədə bəyannamələrin və təqdim olunmuş əmlak vergisi bəyannamələrinin təsdiq olunmuş surətlərinin alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vəkil sorğusu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli **********584400 nömrəli məktubda İddiaçı "xxxx" ASC-nin dövlət qeydiyyatına alındığı xx.xx.2003-cü il tarixdən səhmdarı olduğu, həmçinin qrumun qeydiyyat qovluğunda mövcud olan Mərkəzi Depozitarın xx.xx.2019-cu il tarixli çıxarışına əsasən 150 səhm 0,0795 % ilə "xxxx" ASC-nin səhmdarı olduğu, qrumun qeydiyyat qovluğunda xalis mənfəətin nizamnamə kapitalına qoyulması ilə bağlı hər hansı qeyd müəyyən edilmədiyi, vergi və əmlak vergisi bəyannamələrinin təsdiq olunmuş surətlərinin Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya (vergi) sirri hesab olunduğu üçün təqdim olunmasının mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı ödənilməli olan dividentin məbləğini müəyyən etmək üçün vergi orqanından cəmiyyət tərəfindən səhmdarlara divident ödənilib-ödənilməməsi barədə məlumatlar, eləcədə İddiaçı səhmdar olduğu vaxtdan hal-hazıradək cəmiyyət tərəfindən ödənilmiş dividentlər barədə bəyannamələrin və təqdim olunmuş əmlak vergisi bəyannamələrinin təsdiq olunmuş surətləri məhkəmə sorğusu əsasında alınmalıdır. İddiaçı Məhəmməd oğlunun nə vaxtdan qeyd olunan cəmiyyətdə səhmdar olması, neçə faiz səhminin olması barədə məlumatların və təsdiq edici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə vəkil sorğusu verilmişdir. Sorğuya cavab alındıqdan sonra məhkəməyə təqdim olunacaq. Bundan başqa cəmiyyətin nizamnaməsinin (yeni və son redaksiyada) surətini, səhmdar olduğu müddətdən halhazıradək səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi, keçirilibsə hansı səbəbdən səhmdar olaraq məlumatlandırılmamağı, cəmiyyətin xalis mənfəətinin nizamnamə kapitalına qoyulub-qoyulmaması, səhmdarlara divident ödənilib-ödənilməməsi məlumatların, səhmdar olduğu müddətdən hal-hazıradək cəmiyyət tərəfindən ödənilmiş dividentlər barədə bəyannamələrin və təqdim olunmuş əmlak vergisi bəyannamələrinin təsdiq olunmuş surətlərini təqdim olunması üçün İddiaçı tərəfindən rəsmi qaydada "xxxx" ASC-yə müraciət olunmuşdur. Lakin cəmiyyət tərəfindən həmin müraciətə cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı nümayəndəsi, Vəkil sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, İddiaçı “X1 "xxxx" ASC-nin (VÖEN:**********) dövlət qeydiyyatına alındığı xx.xx.2003-cü il tarixdən səhmdarı olmuşdur. Həmçinin qurumun qeydiyyat qovluğunda mövcud olan Mərkəzi Depozitarın xx.xx.2019-cu il tarixli çıxarışına əsasən 150 səhm 0,0795% ilə "xxxx" ASC-nin səhmdarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3, 106-1.3.3 və 106-1.3.4-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüquqları vardır. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən “X1 "xxxx" ASC-nin səhmdarıdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı “X1 "xxxx" ASC-də səhmdarlarının ümumi yığıncağın keçirilməsi, səhmdar olduğu dövr üçün xalis mənfəətinin bölünməsi məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi kimi tələb etmək hüquqları olduğundan, iddia təmin edilməli və səhmdarların ümumi yığıncağın keçirilməsi və “xx.xx.2003-cü il tarixdən səhmdar cəmiyyətinin xalis mənfəətinin bölünməsi” məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi öhdəliyi cavabdeh “X1 "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Səhmdarların ümumi yığıncağın keçirilməsi və “xx.xx.2003-cü il tarixdən səhmdar cəmiyyətinin xalis mənfəətinin bölünməsi” məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi öhdəliyi cavabdeh “X1 "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar