Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2335/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC-dən 11.437,50 (on bir min dörd yüz otuz yeddi, 50) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) İddiaçı ASC-nin cavabdehlər X6 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın qismən təmin edilməsi; cavabdehlər İ.A.Şiriyev və A.R.Şiriyevdən müştərək qaydada 27.06.2014-cü il tarixli 119842-1-11437/1 saylı kredit müqaviləsi üzrə 03.08.2016-cı il tarixə ödənilməmiş 101.669,54 ABŞ dolları məbləğində əsas borc, 12.860,24 ABŞ dolları məbləğində faiz borcu, 26 ABŞ dolları məbləğində cərimə, cəmi 114.555,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58,80 manat məhkəmə xərclərinin Bankın xeyrinə tutulması; tutma ipoteka qoyulmuş cavabdeh A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 305.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşaldılması; Bank ilə İ.A.Şiriyev arasında bağlanmış 27.06.2014-cü il tarixli 119842-1-11437 saylı Baş kredit razılaşması və 27.06.2014-cü il tarixli 119842-1-11437/1 saylı kredit müqaviləsinin ləğv edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli 2(004)-471/2017 saylı icra vərəqəsi icraya yönəlmişdir. Yasamal rayon İcra şöbəsinin 27.10.2017-ci il tarixli 17/72-295628-17/12-31253 saylı sifariş məktubuna əsasən A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evi hərrac təşkilatçısı “X4” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “X4” MMC-nin 02 mart 2018-ci il tarixli 29/1 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evi ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “X4” MMC-nin 01 mart 2018-ci il tarixli 63 saylı hesabfakturasında A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar 9.692,80 (doqquz min altı yüz doxsan iki, 80) manat məbləğində xidmət haqqı və 1.744,70 (bir min yeddi yüz qırx dörd, 70) manat məbləğində vergi ödənişinin (18 % ƏDV), cəmi 11.437,50 (on bir min dörd yüz otuz yeddi, 50) manat məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. 12 mart 2018-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən “X4” MMC-nin “xxxx” ASC-nin Həzi Aslanov filialında olan hesabına 01.03.2018-ci il tarixli 63 saylı hesabfakturaya əsasən A.R.Şiriyevə məxsus fərdi yaşayış evinin hərrac xidmətinin dəyəri olaraq 9.692,80 (doqquz min altı yüz doxsan iki, 80) manat ödənilmişdir. 12 mart 2018-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 01.03.2018-ci il tarixli 63 saylı hesab-fakturaya əsasən 1.744,70 (bir min yeddi yüz qırx dörd, 70) manat ƏDV ödənilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)11976/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Ə.Qurbanov) cavabdeh İ.A.Şiriyev tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21 yanvar 2020-ci il tarixli 2(102)0169/2020 saylı qərarı ilə (sədrlik edən hakim Ə.Ə.Əliyev) İddiaçı ASC-nin kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 oktyabr 2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsinin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli 2(103)-11976/2019 saylı qərardadı ilə (sədrlik edən hakim R.Ə.Qurbanov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01.10.2019cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi üzrə icraya dönüş edilməsi ilə bağlı cavabdeh İ.A.Şiriyev tərəfindən verilmiş ərizənin təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin icrasına dönüş edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək A.R.Şiriyevin mülkiyyətinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin icrasına dönüş edilmiş, hərracın nəticələri ləğv olunmuş və yenidən keçirilməsi üçün digər hərrac mərkəzinə göndərilmişdir. “X4” MMC-nin 01 mart 2018-ci il tarixli 63 saylı hesabfakturasına əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 9.692,80 manat məbləğində xidmət haqqı və 1.744,70 manat məbləğində vergi ödənişinin, cəmi 11.437,50 manat məbləğində pulun qaytarılması ilə əlaqədar hərrac təşkilatçısı “X4” MMC-nə dəfələrlə müraciətlər olunsa da, Bankın vəsaiti geri qaytarılmamışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən “X4” MMC-nə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bu heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X9 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin X6 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İ.A.Şiriyev və A.R.Şiriyevdən müştərək qaydada 27.06.2014-cü il tarixli 119842-1-11437/1 saylı kredit müqaviləsi üzrə 03.08.2016-cı il tarixə ödənilməmiş 101.669,54 ABŞ dolları məbləğində əsas borc, 12.860,24 ABŞ dolları məbləğində faiz borcu, 26 ABŞ dolları məbləğində cərimə, cəmi 114.555,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58,80 manat məhkəmə xərclərinin Bankın xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 305.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşaldılması, Bank ilə İ.A.Şiriyev arasında bağlanmış 27.06.2014-cü il tarixli 119842-1-11437 saylı Baş kredit razılaşması və 27.06.2014-cü il tarixli 119842-1-11437/1 saylı kredit müqaviləsinin ləğv edilməsi, iiddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “X4” MMC-nin 02 mart 2018-ci il tarixli 29/1 saylı “Hərracın yekunları barədə Protokolu”n surətindən görünür ki, A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evi ipoteka saxlayan İddiaçı ASC tərəfindən 228750 manata əldə edilmişdir. İş materiallarında olan 12 mart 2018-ci il tarixli ********* saylı ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən “X4” MMC-nin “xxxx” ASC-nin Həzi Aslanov filialında olan hesabına 01.03.2018-ci il tarixli 63 saylı hesab-fakturaya əsasən A.R.Şiriyevə məxsus fərdi yaşayış evinin hərrac xidmətinin dəyəri olaraq 9.692,80 (doqquz min altı yüz doxsan iki, 80) manat, X1 hesabına 01.03.2018-ci il tarixli 63 saylı hesabfakturaya əsasən 1.744,70 (bir min yeddi yüz qırx dörd, 70) manat ƏDV ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)11976/2019 saylı qətnaməsinin surətindən görünür ki, İ.A.Şiriyev tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-169/2020 saylı 21.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)11976/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli 2(103)-11976/2019 saylı qərardadın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin icrasına dönüş edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək A.R.Şiriyevin mülkiyyətinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli 54/01-03 saylı “Hərracın yekunları barədə Protokolu”n surətindən görünür ki, A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evi ipoteka saxlayan İddiaçı ASC tərəfindən 281250 manata əldə edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Məhkəmə qeyd edirk ki, “X4” MMC qanunvericiliyin tələblərinə uyğun olaraq Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş sifariş əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq hərracı təşkil etmiş və hərrac baş tutmadığından ipoteka predmeti Bank tərəfindən qəbul edilmişdir. Belə olan halda iddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı olan xərclərin Hərrac təşkilatından tələb edilməsi əsassızdır. Belə ki, Bank tərəfindən ödənilmiş olan xidmət haqqları nəticəsində zərərə düşməsinə səbəb hərrac təşkilatının hərəkət və hərəkətsizliyi deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2335/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2335/2021
21.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver