Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2336/2023 31.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh "xxxx" ASC-yə qarşı «hesablanmış borcun silinməsi və s.» tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisi borcu, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsi iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən Masazır Bələdiyyəsinə yönəldilmiş elektrik enerjisinə görə 01 yanvar 2023-cü ilə qədər olan 22885,71 manat pul vəsaitinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda bələdiyyələrə keçirilən seçkilərdən sonra Abşeron rayon Masazır bələdiyyəsinə yeni tərkibdə bələdiyyə üzvləri seçilmiş və 14 yanvar 2020-ci il tarixdə bələdiyyənin yeni tərkibi fəaliyyətə başlamışdır. Bir müddət sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən bələdiyyəyə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Elektrik enerjisinin fasilələrlə dayandırılması bu günə qədər davam edir. "xxxx" ASC-dən Masazır bələdiyyəsinə 13 yanvar 2020-ci il tarixdə daxil olmuş 13 yanvar 2020-ci il tarixli Elektron Qaimə (Seriya:EBAE № 965550) və ********* saylı, 10 yanvar 2020-ci il tarixli hesab ödəniş vərəqinə bələdiyyə tərəfindən baxılmışdır. Elektron qaimə və hesab ödəniş vərəqindən məlum olur ki, bələdiyyənin istifadə etdiyi elektrik enerjisinə görə 9 dekabr 2019-cu ildən 10 yanvar 2020-ci il tarixə olan 33.161.88 manat ödəniş qalıq borcu vardır. Bununla "xxxx" ASC tərəfindən Masazır bələdiyyəsinə 13 yanvar 2020-ci il tarixdə təqdim olunmuş 13 yanvar 2020-ci il tarixli Elektron Qaiməyə (Seriya: EBAE № 965550) və ********* saylı, 10 yanvar 2020-ci il tarixli Hesab ödəniş vərəqinə əsasən 33.161.88 manat qalıq borcu yaranmışdır. Hesab-ödəniş vərəqində borcun ödənilməsini təmin olunması, əks halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli. 18 saylı Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əsasən elektrik enerjisinin verilməsi heç bir xəbərdarlıq edilmədən dayandırılması göstərilmişdir. Məsələ ilə bağlı Masazır bələdiyyəsinin sabiq sədri Siyafər Əliyevə qarşı elektrik enerjisindən istifadəyə görə pulun ödənilməsi tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət etdi. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, bələdiyyənin sabiq sədri “Azərişıq" ASC-və 13 oktyabr 2017-ci il tarixli 464 saylı və 21 noyabr 2017-ci il tarixli, 530 saylı məktub ünvanlamışdır. Müraciətdə Masazır kəndinin mərkəzi küçəsi olan Ə.Vahid küçəsi boyunca işıqlandırma məqsədilə istifadə edilən elektrik enerjisinin haqqı Masazır bələdiyyəsi tərəfindən ödənildiyi və son zamanlar bələdiyyə büdcəsinə daxil olmalar azaldığı üçün küçə işıqlarına sərf edilən enerji sərfiyyatının ödənilməsində müəyyən çətinliklər yarandığından və bələdiyyə enerji haqqını ödəmək iqtidarında deyildir. Bələdiyyə 4 oktyabr 2017-ci il tarixdən sonra küçə işıqlandırması ilə bağlı yaranacaq borcun ödənilməsinə təminat vermədiyini bildirmişdir. "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna verilən 18 noyabr 2020-ci il tarixli 01/05/06 4202 saylı cavab məktubundan müəyyən edilir ki, Masazır bələdiyyəsinin elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ildən 10 yanvar 2020-ci il tarixədək cəmiyyət qarısında 55161.88 manat borcu yaranmışdır. Həmin borcun 645.50 manatı 6 sentyabr 2015-ci il tarixədək olan borcdur. Qeyd edilən müddət üçün olan borcdan 14715 manatını bələdiyyə ödəmişdir. Borcun 976 manatı dəyişdirilmiş və quraşdırılmış sayğacların bədəli olaraq hesablanmışdır. Abonentin 51540.62 manat borcu elektrik sayğacı ilə istifadə edib, ödəmədiyi elektrik enerjisinin dəyəridir. 01 yanvar 2020-ci il tarixinə abonentin "xxxx" ASC-yə 55161.88 manat borcu vardır. Məhkəməyə ünvanlanmış sorğuya cavabdan məlum olur ki, "xxxx" ASC bələdiyyə tərəfindən ünvanlanmış bu müraciətləri araşdırmayaraq, məsələnin mahiyyətini qiymətləndirməyərək Ə.Vahid küçəsində bələdiyyə tərəfindən yerləşdirilmiş işıq dirəklərini işıqlandırmaqla bilərəkdən Masazır bələdiyyəsinin maliyyə durumunun ağır oduğu vəziyyəti nəzərə almadan, üzərinə enerji sərfiyyatının ödənilməsi ilə bağlı süni borc yaratmışdır. Bu səbəbdən də hər dəfə işıq borcu olduğunu deməklə bələdiyyənin fəaliyyəti ilə bağlı inzibati bina üçün istifadə olunan enerjini kəsməklə bələdiyyənin normal fəaliyyətinə maneəçilik törədir və faktiki olaraq günlərlə bələdiyyə bu qış aylarında inzibati binaya enerji verilmədən fəaliyyət göstərmək məcburiyyətində qalmışdır. Masazır bələdiyyəsi bələdiyyənin sabiq sədri Siyafər Əliyevə qarşı elektrik enerjisindən istifadəyə görə pulun ödənilməsi tələbi ilə iddiası Abşeron Rayon Məhkəməsinin 2(012)-248/2021 nömrəli, 31 mart 2021-ci il və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2299/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnamələri ilə təmin edilməyərək bu iddianın "xxxx" ASCyə qarşı yönəldilməsi göstərilmişdir. Bu baxımdan Masazır bələdiyyəsi tələbini "xxxx" ASC-yə qarşı yönəltmişdir. Masazır bələdiyyəsi Masazır kəndi, Əliağa Vahid küçəsi 279 ünvanında yerləşən iki mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Bələdiyyənin elektrik enerjisində istifadəsi ümumi və mövsümü olaraq aylıq 100-200 manat civarındadır. Hal-hazırda "xxxx" ASC tərəfindən Masazır bələdiyyəsinə 1 yanvar 2025-ci ilə olan qalıq borcu 24772.52 manat olduğu bidiririlmişdir (cavabdeh tərəfindən üzləşmə aktı verilmədən şifahi qaydada bildirilmişdir). Beləliklə, Masazır bələdiyyəsinin "xxxx" ASC-yə 15 oktyabr 2017-ci il tarixli, 464 saylı və 21 noyabr 2017-ci il tarixli, 550 saylı məktubları nəzərə alınaraq. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Masazır bələdiyyəsinə yönəldilmiş elektrik enerjisinə görə 01 yanvar 2023-cü ilə qədər olan 24772.52 manat pul vəsaitinin ləğv edilməsi və yolun işıqlandırılması məqsədilə Masazır bələdiyyəsinin öz hesabına alınaraq Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşdirilmiş işıq dayaqları, elektrik naqilləri (yeraltı, yerüstü) və bununla bağlı digər inventarlar "xxxx" ASC-nin balansına verilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.
3. Cavabdeh "xxxx" ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş iddianın rədd edilməsi və Abonent kodu **********2 olan Abşeron Rayonu Masazır Bələdiyyəsinin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 21.756,98 manat borc və 156 manat ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsindən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Masazır Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə mürciət edərək elektrik enerjisinə görə 1 yanvar 2023-cü il tarixə qədər olan 24772,32 manat pul vəsaitinin ləğv edilməsi və Masazır kəndi, Ə.Vahid küçəsinin işıqlandırılması məqsədilə Masazır bələdiyyəsinin öz hesabına alınaraq həmin küçədə yerləşdirilmiş işıq dayaqları elektrik naqilləri (yeraltı, yerüstü) və bununla bağlı digər inventarlar "xxxx" ASC-nin balansına verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən silinməsi tələb edilən məbləğ elekrik enerjisinin sərf edilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********2 olan Abşeron Rayon Masazır Bələdiyyəsinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə cəmi 21756,98 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay Abşeron Rayon Masazır Bələdiyyəsinin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» xx.xx.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. "xxxx" ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir.
5. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixində iddia müddətinin tətbiqi edilməsinə dair təqdim etdiyi ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiada göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nm 8.14cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilinəsi tədbirləri haqqında» xx.xx.2002-ci il tarixli. 893 saylı Sərəncamı ilə təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramf’nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəkətlərə tapşırılmışdır ki. elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılınası üçün miivafıq tədbirləri həyata keçirsinlər. Yaranmış borc bələdiyyə tərəfindən bir ay müddətinə ödənilməmiş və cavabdeh tərəf bu enerjini dayandırmamışdır. Cavabdeh tərəf qarşılıqlı iddiada bu ifadəni "cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir.” kimi göstərməklə özünü sığorta etməyə çalışır. Belə ki, elektrik enerjisindən istifadə olunması üçün tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilədən irəli gələrək bir tərəf digər tərəfə elektrik enerjisi satır, digər tərəf isə, yəni bələdiyyə (abonent) istifadə etdiyi elektrik enerjisinə görə ödəniş edir. Müqavilə icra edilmədikdə tərəf Nazirlər Kabinetinin qərarını, müqavilədə tərəfin üzərinə götürdüyü öhdəliyi icra edir və evni zamanda müqavilədən irəli gələn tələb əsasında iddia ərizəsi ilə müddəti ötürmədən məhkəməyə müraciət edir. Lakin, tərəf etiraf edir ki, "Azərişıq“ ASC bələdiyyəni məhkəməyə verməmiş, yalnız ondan istifadə olunmuş enerjiyə görə bələdiyyə tərəfindən vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi məsələni cavabdeh üçün həll olunmuş sayılır. Lakin cavabdeh Nazirlər Kabinetinin qərarını icra etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yəni tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək, qarşılıqlı iddianın verilməsində irəli sürdüyü tələbə görə ASC müddəti ötürüb. Təqdim edilmiş 13 yanvar 2020-ci il tarixli Elektron Qaimədən görünür ki, Masazır bələdiyyəsi Qaimədə göstərilən müddətə qədər cavabdehə istifadə etdiyi enerjiyə görə 33161.88 manat borcu yaranmışdır. 2016-cı il tarixdən yaranmış borcu müəyyən dövrlərdə ödənilsə də bu sadəcə məcburiyət qarşısında qalaraq bələdiyyə tərəfindən həyata keçirilib. Bu məcburiyyət isə bələdiyyənin iş ahəngini pozmaqla elektrik enerjisinin günlərlə dayandırılması olmuşdur. Lakin bələdiyyə bu ödəniş tam ödəməmişdir. Cavabdehin bu borcun müəyyən hissəsini bələdiyyəyə ödətdirməklə bələdiyyəni fakt qarşısında qoyaraq, məhkəməyə borcun bələdiyyə tərəfindən qəbul edilməsini göstərmək və eyni zamanda müddətin ötürülməməsini məhkəməyə əyani olaraq göstərmiş olur. Bələdiyyə 2020-ci ildən bu günə kimi yalnız bu dövrdə istifadə etdiyi elektrik enerjisinə görə ödəniş edib. Qalan borc isə 2016-2019-cu il tarixlərində istifadə olunan elektrik enerjisinə görə borcdur. Masazır bələdiyyəsi bu borcu etiraf etməmişdir. Və bu borcu qəbul etməmişdir. Belə ki. keçirilən məhkəmə çəkişmələrində cavabdeh tərəfin təqdim etdiyi sənədlərdə olan enerjinin istifadəsi, ödənişlər və digər məsələlərlə bağlı olan səhv hesablamalar onu göstəriri ki, cavabdeh tərəfindən 2015-2019-cu il tarixlərdə bu borc süni olaraq yaradılmışdır. Həmin dövrlərdə bələdiyyə tərəfindən bu qədər fərq olaraq elektrik enerjisi istifadə olunmamışdır. Cavabdeh tərəfin nümayəndəsinin özünün hesablamalarında da bu fərqi açıq-aydın görmüşüşdür. Bu səbəbdən tərəf bunu texniki səhv olduğunu bildirmiş, əslində isə bu fakt olaraq məhkəməyə rəsmi olaraq təqdim edilmiş və tərəflər arasında mübahisə predıneti olaraq iddiaçının irəli sürdüyü elektrik enerjisinin bə borcun şişirdilməsi ilə bağlı ifadəsini təsdiq etmişdir. Beləliklə tərəflər arasında bağlanmış müqavilə müddətli xarakter daşıyır. AR MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən iddia müddəti borcun ödənilməli olduğu icra müddəti bitdiyi gündən hesablanır. İcra müddəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli. 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü bəndinə əsasən, bir aydır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilir ki. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Y.Hüseynov ilkin iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia ərizəsinə isə etiraz edərək, iddia müddətinin tətbiq olunması barədə təqdim etdiyi ərizəni nəzərə alaraq qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bələdiyyə tərəfindən enerji sərfiyyatının ödənişi zamanı edilən artıq ödənişləri əvvəlki illərin borcuna görə silinməsi üçün deyil, gələcəkdə istifadə olunacaq elektrik enerjiyə görə depozit kimi ödəyiblər. Bələdiyyənin əlavə ödənişlərin əvvəlki illərə görə yaranmış borca görə ödənilməsi üçün Bələdiyyə tərəfindən qərar qəbul edilməlidir və o cür təyinat verilməlidir, lakin köhnə borcun ödənişinə dair Bələdiyyə tərəfindən təyinat verilməyib. Ona görə də Bələdiyyə tərəfindən edilən artıq ödəmələrin əvvəlki illərin borcuna çıxılması qanunsuzdur. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Z.Səmədova ilkin iddia ərizəsinə etiraz edərək, əsassız olduğunu bildirdi və rədd olunmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsini isə müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildridi ki, ASC-nin mühasibi tərəfindən verilən məlumata əsasən Bələdiyyənin artıq ödənişləri ASC-də depozit kimi qəbul olunur. Bələdiyyə tərəfindən faktiki hansı ay üzrə borc yaranmışsa edilmiş ödənişlər də həmin aylara şamil edilir. Artıq edilmiş ödənişlər abunəçinin hesabında depozit məlbəği kimi qalır və daha sonra həmin il üzrə gələcəkdə hesablanmış sərfiyata görə yaranmış borc məbləği həmin artıq ödəmədən çıxılır. Yəni sərf olunan enerjiyə görə il üzrə ümumi nə ödəniş edilibsə həmin ödəniş də həmin ilin ümumi sərfiyyətina hesablanır. Hər-hansı ilin sonu çatdıqda və Bələdiyyənin həmin il üzrə bütün sərfiyyətı ödənildikdə, depozitdə qalan artıq ödəmələr yalnız o halda (yalnız ilin sonunda) əvvəlki illərin borcuna çıxılır. Əvvəlki illər üzrə yaranmış borc məbləğləri hal hazırda da qalmışdır. Qarşılıqlı iddia ərizəsinə Bələdiyyə tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizəyə də etiraz edərək bildirdi ki, əvvəlki illərin borcuna görə ödəmələr olduğu üçün bu borcun etirafı kimi qəbul edilməli. İlkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərişıq” ASC-nin xx.xx.2015-ci il tarixli hesab ödəniş vərəqinə əsasən Masazır bələdiyyəsinin enerji sərfiyyatı borcu eyni tarixə 645,30 manat təşkil etmişdir.
10. Azərişıq” ASC-nin xx.xx.2015-ci il tarixldən xx.xx.2019-cu il tarixinə kimi olan hesab ödəniş vərəqələrindən görünür ki, "xxxx" ASC tərəfindən Masazır Bələdiyyəsinə qeyd olunan illərin hər ayı üzrə enerji sərfiyyatı borcu barədə məlumatlar təqdim edilmişdir.
11. Abşeron rayonu Masazır Bələdiyyəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2017ci il tarixli, 464 saylı məktubunda hal-hazırda Masazır kəndinin mərkəzi küçəsi olan Ə.Vahid küçəsi boyunca işıqlandırma məqsədilə istifadə edilən elektrik enerjisinin haqqı Masazır bələdiyyəsi tərəfindən ödənildiyi, son zamanlar bələdiyyə büdcəsinə daxil olmalar azaldığına görə küçə işıqlarına sərf edilən enerji sərfiyyatının ödənilməsində müəyyən çətinliklər yarandığı, bələdiyyənin ASC-yə 22785,52 manat borcu yarandığı, həmin borcdan 29.09.207-ci il tarixdə 3000 manat ödənildiyi, yaranmış maliyyə çətinliklərinə görə hal-hazırda Masazır bələdiyyəsi küçə işıqlarına sərf edilən enerji sərfiyyatına görə hesablanan enerji haqqını ödəmək iqtidarında olmadığını, qalıq borcla bağlı yaranmış mübahisənin məhkəmədən kənar hissə-hissə ödənilməsini öz üzərlərinə götürdükləri, xx.xx.2017-ci il tarixdən sonra küçə işıqlandırması ilə bağlı yaranacaq borcun ödənilməsinə təminat vermədikləri qeyd olunmuşdur.
12. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən Masazır bələdiyyəsinin enerji sərfiyyatı borcu xx.xx.2019-cu il tarixinə 32637,09 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 33161,88 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 31756,61 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 31779,78 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 31027,82 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 31102,02 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 30026,39 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 29893,96 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 29684,75 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 29847,65 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 27259,57 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 25792,51 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 24262,18 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən eyni tarixə 22723,30 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21202,34 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21374,33 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21601.58 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 19965.77 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 20179,34 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 20378,60 manat, xx.xx.2021ci il tarixli hesab ödəniş vərəqinə əsasən 20549,42 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 20178,08 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 20888,18 manat, xx.xx.2021-ci il tarixli, hesab ödəniş vərəqinə əsasən 21092,03 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 20779,14 manat, xx.xx.2021ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21443,34 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21160,15 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21492,88 manat, xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21882,28 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 21893,28 manat, xx.xx.2022ci il tarixli hesab ödəniş vərəqinə əsasən 22512,98 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 22610,68 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 22648,08 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 22967,18 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 23228,58 manat, xx.xx.2022ci il tarixli hesab ödəniş vərəqinə əsasən 23491,08 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 23707,08 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 23985,38 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 24339,48 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 24584,68 manat, xx.xx.2022ci il tarixli hesab ödəniş vərəqinə əsasən 24818,18 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 25108,28 manat, xx.xx.2022-ci il tarixli hesab ödəniş vərəqinə əsasən 25390,68 manat, xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqinə 24756,18 manat, xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqinə 24502,58 manat, xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqinə əsasən 23828,68 manat, xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqinə əsasən 22671,58 manat, xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqinə əsasən 21756,98 manat və xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqinə əsasən 21842,28 manat olduğu qeyd olunmuşdur.
13. "xxxx" ASC-nin Abşeron Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2020-c il tarixli məktubunda Masazır Bələdiyyəsinin elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci il tarixdən 10 yanvar 2020-ci il tarixədək Cəmiyyət qarşısında 33161,88 manat borcu yarandığı, həmin borcun 645,30 manatı xx.xx.2015-ci il tarixə qədər olan borc olduğu, bələdiyyənin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək istifadə etdiyi 46255,62 manat dəyərində elektrik enerjisinin 14715 manatını ödədiyi, qeyd edilən borcun 979 manatı dəyişdirilmiş və quraşdırılmış sayğacın bədəli olaraq hesablandığı, abonentin 31540,62 manat borcunun elektrik sayğacı ilə istifa edilib, ödəmədiyi elektrik enerjisinin dəyəri olduğu və xx.xx.2020-ci il tarixinə abonentin "xxxx" ASC-yə olan borcunun 33161,88 manat təşkil etdiyi qeyd olunmuşdur.
14. Abşeron rayonu Masazır Bələdiyyəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023cü il tarixli, 01/01-06/75 saylı məktubunda Abşeron rayon Masazır bələdiyyəsinin "xxxx" ASC-yə xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli məktublar ünvanladığı, müraciətdə Masazır kəndinin mərkəzi küçəsi olan Ə.Vahid küçəsi boyunca işıqlandırma məqsədilə istifadə edilən elektrik enerjisinin haqqı Masazır bələdiyyəsi tərəfindən ödənildiyi və son zamanlar bələdiyyə büdcəsinə daxil olmaların azaldıldığı üçün küçə işıqlarına sərf edilən enerji sərfiyyatının ödənilməsində müəyyən çətinliklər yarandığından və bələdiyyə enerji haqqını ödəmək iqtidarında olmadığı və bələdiyyənin xx.xx.2017-ci il tarixdən sonra küçə işıqlandırılması ilə bağlı yaranacaq borcun ödənilməsinə təminat vermədiyini bildirdiyi, lakin bu günə kimi müraciətlə bağlı "xxxx" ASC tərəfindən hər-hansı bir tədbir görülməmiş və yol boyu sərf edilən enerji sərfiyyatı Masazır bələdiyyəsinə yönəldilərək enerji haqqı Masazır bələdiyyəsindən alındığı, buna görə də Masazır bələdiyyəsinin "xxxx" ASC-yə 13 oktyabr 2017-ci il tarixli, 464 saylı və 21 noyabr 2017-ci il tarixli, 530 saylı məktubları nəzərə alınaraq, həmin tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Masazır bələdiyyəsinə yönəldilmiş elektrik enerjisinə görə 1 yanvar 2023-cü ilə qədər olan 24772.32 manat pul vəsaitinin ləğv edilməsi və Masazır kəndi, Əliağa Vahid küçəsinin işıqlandırılması məqsədilə Masazır bələdiyyəsinin öz hesabına alınaraq, həmin küçədə yerləşdirilmiş işıq dayaqları, elektrik naqilləri (yeraltı, yerüstü) və bununla bağlı digər inventarlar "xxxx" ASC-nin balansına verilməsi xahiş edilmişdir.
15. "xxxx" ASC-nin Masazır bələdiyyəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13- 13/2-1/17-1005/2023 saylı məktubunda Ə.Vahid küçəsi boyunca işıqlandırma üçün istifadə olunan elektrik işlədiciləri Masazır bələdiyyəsinin balansında olduğundan və bələdiyyəyə məxsus **********2 nömrəli kod altında olan elektrik sayğaclarına qoşulduğu üçün həmin küçənin işıqlandırılmasına sərf olunan enerji haqqı Masazır bələdiyyəsi tərəfindən ödənilməli olduğu və küçə işıqlandırılmasına aid elektrik işlədiciləri hansı təşkilatın balansında olarsa enerji haqqının ödənişi həmin təşkilat tərəfindən aparıldığı, bu səbəbdən xx.xx.2023-cü il tarixə olan 23743,58 manat borc real olduğu və Masazır bələdiyyəsi tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur.
16. "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda Masazır bələdiyyəsinin "xxxx" ASC-yə 13 oktyabr 2017-ci il tarixli, 464 saylı və 21 noyabr 2017-ci il tarixli, 530 saylı məktubları nəzərə alınaraq, həmin tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Masazır bələdiyyəsinə yönəldilmiş elektrik enerjisinə görə 1 yanvar 2023-cü ilə qədər olan 24772.32 manat pul vəsaitinin ləğv edilməsi və Masazır kəndi, Əliağa Vahid küçəsinin işıqlandırılması məqsədilə Masazır bələdiyyəsinin öz hesabına alınaraq, həmin küçədə yerləşdirilmiş işıq dayaqları,elektrik naqilləri (yeraltı, yerüstü) və bununla bağlı digər inventarlar "xxxx" ASC-nin balansına verilməsi xahiş edilmişdir.
17. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Abşeron Rayon Masazır Bəədiyyəsinin elektrik enejisindən istifadə etməsi nəticəsində 2015-ci ilədək 2093,59 manat. 2019-cu ildən hazırkı günədək 20792,12 manat məbləğində, ümumilikdə 22885,71 manat cəmi sərfiyyat borcu olduğu qeyd olunmuşdur.
18. Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən istifadə olunan elektrik enerjisinin illər və aylar üzrə hesablaşmasına dair arayışa əsasən bələdiyyənin xx.xx.2015-ci il tarixə qalıq borcu 2094 manat, xx.xx.2016-cı il tarixə qalıq borcu 12184 manat, xx.xx.2017-ci il tarixə qalıq borcu 21385,34 manat, xx.xx.2018-ci il tarixə qalıq borcu 27896,66 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 32636,74 manat, xx.xx.2020-ci il tarixə qalıq borcu 21374 manat, xx.xx.2021-ci il tarixə qalıq borcu 21882 manat, xx.xx.2022-ci il tarixə qalıq borcu 24391,40 manat və 2023-cü ilin avqust tarixinə qalıq borcu 22161,30 manat təşkil etmişdir.
19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Məhkəmə ilkin olaraq ilkin iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
22. Belə ki, ilkin iddiaçı onlara hesablanmış 22885,71 manat borc məbləğini qəbul etmədiklərini və həmin borcun silinmə əsası kimi qeyd etmişlər ki, yaranmış məbləğ bələdiyyənin istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə yaranmamış, bələdiyyə ərazisində və onun balansında olan küçə işıqlarına görə yaranmış, bələdiyyə daxilolmalarının azalması səbəbi ilə ödənişləri edə bilməmişlər.
23. İlkin iddia üzrə cavabdeh təşkilat isə iddiaçının irəli sürmüş olduqları dəlilinə qarşı qarşılıq iddia ərizəsi vermiş və iddiaçı tərəfindən silinməsi tələb edilən məbləğ elektrik enerjisinin sərf edilməsi nəticəsində yarandığını, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçı olduqlarını, istehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçüldüldüyü və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənildiyini, o cümlədən iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********2 olan Abşeron Rayon Masazır Bələdiyyəsinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə borcu yarandığını, həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunduğunu, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurduğunu, "xxxx" ASC-nin əməkdaşlarının hər ay Abşeron Rayon Masazır Bələdiyyəsinin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsinin onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirildiyini bildirmişdir.
24. Qeyd olunanlara məhkəmə ilkin iddia tələbində iddiaçının irəli sürmüş olduğu dəlilləri əsassız hesab edir.
25. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:
26. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
27. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır.
28. İlk olaraq məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış müqavilə təqdim olunmasa da, tərəflərin müqavilə münasibətlərində olması işin mübahisələndirilməyən halıdır.
29. Qaydalardan göründüyü kimi hər bir istehlakçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsini təmin etməlidir.
30. Məhkəmə hesab edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında aparılmalı olduğundan həmin sənəddə göstərilən məlumatlar əsas götürülməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. İddianın tam və ya qismən təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə borcun əsassız hesablanması barədə sübutlar təqdim olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Əksinə təqdim olunmuş sübutların müqayisəli təhlilindən görünür ki, iddiaçıya istifadə edilən enerjiyə görə heç bir əlavə sərfiyyat hesablanmamışdır.
33. Hətta iddiaçı Bələdiyyə tərəfindən belə hesablanmış sərfiyyata görə ödənişlər edilmiş, hesablanmış borcun hissə-hissə ödənilməsinə razılıq verilməsi üçün "xxxx" ASCyə yazılı müraciətlər etmiş, daha sonra sadəcə Bələdiyyə daxil olmalarının azalması səbəbi ilə ödənişləri dayandırmışdır.
34. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddiaçının irəli sürmüş olduğu tələblər iddianın təmin edilməsi üçün qanunauyğun əsas hesab oluna bilməz və iddiaçı Abşeron Rayonu Mazasır Bələdiyyəsinin iddiası rədd olunmalıdır.
35. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə dair hüquqi dəyərləndirmə aparılması vacib hesab edir.
36. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC Abşeron Rayonu Masazır Bələdiyyəsinin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 21756,98 manat borcunun tutulmasını məhkəmədə mübahisələndirmiş və tələbin əsası kimi isə bildirmişdir ki, yaranmış borc məbləği ilə bağlı bələdiyyəyə dəfələrlə xəbərdarlıq edildiyi, borca dair hesab faktura verildiyini, lakin ödənişdən yayınmışdır.
37. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbinə dair iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək "xxxx" ASC tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
40. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
41. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
42. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
43. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
44. Həmin Məcəllənin 377.4-cü maddəsinə əsasən Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
45. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
46. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
47. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
48. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
50. “8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar:
51. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. (2010-cu il 6 yanvar tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nda 8.2-ci bəndin üçüncü cümlə çıxarılmışdır və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.)
52. Həmin Qayadaların 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İstehlakçı (məişət abonenti istisna olmaqla) hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, istehlakçıya (məişət abonenti istisna olmaqla) təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi beş bank günü ərzində enerjitəchizatı müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. İstehlakçı (məişət abonenti istisna olmaqla) enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra beş bank günü ərzində ödənişi enerjitəchizatı müəssisəsinin hesabına köçürmədikdə, dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerjitəchizatı müəssisəsi üç gün əvvəl xəbərdar etməklə, elektrik enerjisi haqqını ödəməyən istehlakçının borc ödənilənədək enerjitəchizatını dayandırmaq hüququna malikdir. Elektrik enerjisi təchizatı dayandırıldığı müddətdə istehlakçıdan dəbbə (penya) tutulmur.(2010-cu il 6 yanvar tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə «Elektrik enerjisindən istifadə Qaydaları»nda 8.14-cü bəndin birinci abzasında "beş bank günü ərzində" sözləri "bir ay müddətində" sözləri ilə əvəz edilmişdir, ikinci və üçüncü abzasları çıxarılmışdır. 2022-ci il 14 aprel tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndində “(məişət abonenti istisna olmaqla)” sözləri “(o cümlədən məişət abonenti)” sözləri ilə əvəz edilmişdir.)
53. 9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri:
54. Qaydaların 9.12-ci bəndinə əsasən X3 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: (2022-ci il 14 aprel tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.8-ci və 9.12-ci bəndləri ləğv edilmişdir.)
55. 9.12.1. istehlakçının elektrik qurğularının qeyri-kafi vəziyyəti qəza, yanğınların baş verməsinə, elektrotexniki heyətin, əhalinin həyatı üçün təhlükə yaratdıqda;
56. 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda;
57. 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə;
58. 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda;
59. 9.12.5. elektrik qəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda;
60. 9.12.6. elektrik qurğularına xidmət üçün elektrotexniki heyət olmadıqda; 9.12.7. istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin və ya başqa istehlakçıların elektrik qurğularının normal fəaliyyətini pozan göstəricilərə qədər elektrik enerjisinin keyfiyyətini aşağı saldıqda;
61. 9.12.8. elektrik qurğularındakı pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X3 Agentliyinin tələbləri vaxtında yerinə yetirilmədikdə;
62. 9.12.9. istehlakçının (məişət abonenti istisna olmaqla) elektrik qurğularına və ya elektrik enerjisinin uçot cihazlarına X3 Agentliyinin səlahiyyətli nümayəndələri buraxılmadıqda.
63. 12. Müstəqil enerji istehsalçıları ilə qarşılıqlı münasibətlər ...
64. Qaydaların 12.6-cı bəndinə əsasən Müstəqil enerji istehsalçısından dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin şəbəkəsinə verilən elektrik enerjisinə görə hesablaşma dövrü bir ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, müstəqil enerji istehsalçısına onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir.
65. Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında müəyyən edilmişdir ki: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.”
66. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
67. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
68. Məhkəmə qeyd edir ki, tərəflər aralarında elektrik enerjisinin alqı-satqısına dair müqaviləni (ASC tərəfindən – arxivdən tapılmaması, Bələdiyyə tərəfindən – sənədlərin Korrupsiya İdarəsində olma səbəbi ilə) məhkəməyə təqdim edə bilməsələr də, elektrik enerjisinin alqı-satqısına dair müqavilənin mövcüdluğunu heç bir tərəf mübahisələndirməmişdir. Beləliklə, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir.
69. Belə ki, bu hüquq münasibəti çərçivəsində ASC tərəfindən Bələdiyyəyə elektik enerji satılmış və Bələdiyyədən sərf olunan elektrik enerjisinin dəyərini tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Bələdiyyə qarşılıqlı iddia üzrə ASC-nin ödənilməsini tələb etdiyi borcun 2015-ci ildən başlayaraq tələb etdiyinə və buna görə 3 illik iddia müddətinin ötürülməsinə istinad edərək qarşılıqlı iddianın rəddini xahiş edir. MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
70. İş materiallarında olan hesab-ödəniş vərəqələri, abonent saldosu, maliyyə arayışları və sair sənədlər ilə Abşeron Rayonu Masazır Bələdiyyəsinin "xxxx" ASC-yə ödənilməmiş borcun mövcüdluğu müəyyən olunur. Beləliklə də, qarşılıqlı iddia üzrə ASCyə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
71. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin 2015-ci ildən 2023-cü ilə kimi olan borcun ödənilməsi barədə iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, İddiaçı, bəzi illərərin sərfiyyatına görə MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
72. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində verilmişdir və cavabdehdən 2015-ci ildən həmin tarixə kimi olan borcun tutulması tələb olunur. Lakin, qarşılıqlı iddia üzrə iddiaçının 2015-2019-cu illər üzrə pozulmuş hüquqlarını müdafiə etmək hüququndan istifadə üçün üç illik iddia müddətinin ötürdüyü müəyyən edilir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı yalnız iddia qaldırdığı tarixdən əvvəlki üç il üçün (xx.xx.2023-xx.xx.2020) hesablanmış borcu iddiaçıdan tələb etməyə haqlı olmuşdur.
73. 31 avqust 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh bildirdi ki, Bələdiyyə tərəfindən enerji sərfiyyatının ödənişi zamanı edilən artıq ödənişləri əvvəlki illərin borcuna görə silinməsi üçün deyil, gələcəkdə istifadə olunacaq elektrik enerjiyə görə depozit kimi ödəyiblər. Bələdiyyənin əlavə ödənişlərin əvvəlki illərə görə yaranmış borca görə ödənilməsi üçün Bələdiyyə tərəfindən qərar qəbul edilməlidir və o cür təyinat verilməlidir, lakin köhnə borcun ödənişinə dair Bələdiyyə tərəfindən təyinat verilməyib.
74. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi də bildirdi ki, ASC tərəfindən də Bələdiyyənin artıq ödənişləri depozit kimi qəbul olunur. Bələdiyyə tərəfindən faktiki hansı ay üzrə borc yaranmışsa edilmiş ödənişlər də həmin aylara şamil edilir. Artıq edilmiş ödənişlər abunəçinin hesabında depozit məlbəği kimi qalır və daha sonra həmin il üzrə gələcəkdə hesablanmış sərfiyata görə yaranmış borc məbləği həmin artıq ödəmədən çıxılır. Yəni sərf olunan enerjiyə görə il üzrə ümumi nə ödəniş edilibsə həmin ödəniş də həmin ilin ümumi sərfiyyətina hesablanır. Hər-hansı ilin sonu çatdıqda və Bələdiyyənin həmin il üzrə bütün sərfiyyətı ödənilibsə, depozitdə qalan artıq ödəmələr yalnız o halda (yalnız ilin sonunda) əvvəlki illərin borcuna çıxılır. Məsələn nece ki, 2020-ci il üzrə 3712,20 manat sərfiyyat olunub, amma artıq ödəməklə 15049, 16 manat yəni hesablasaq həmin ilə görə borc yoxdur. Abonentin 2020-ci ilə borcu yoxdur. 2021-ci il üçün sərfiyatı 3352,29 manat borcu olub, il üzrə abonent ödəyib 2844,34 manat və 2021ci ilə olan borcu 507,95 manat edib, yəni ödəmə sərfiyyatı bağlamir, 2021-ci il üzrə 507,95 manat borcu qalıb. 2022-ci il üzrə sərfiyyat olub 3508,40 manat, ödəniş olunub 999 manat və həmin 2022-ci il üzrə 2509,40 manat borc qalıb. 2023-cü il üzrə borcu yoxdur, sərfiyyat avqust ayına qədər 2069 manat olub. Abonent artıq ödəmə edib, 2023cü il üzrə borcu yoxdur.
75. Beləliklə, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəf özü qarşılıqlı iddia üzrə cavabdehin istehlak etdiyi enerjiyə görə sərfiyyatdan artıq etdiyi ödənişləri depozit kimi qəbul olunduğunu təsdiq etmişdir. Eyni məlumatlar ASC-nin istinad etdiyi arayış cədvəllərində də öz əksini tapmışdır.
76. Hüquqi baxımdan bu o anlama gərir ki, mübahisə predmeti olan dövrdə qarşılıqlı iddia üzrə cavabdeh əvvəlki illər üzrə yığılmış qalıq borcu deyil, yalnız cari sərfiyyat borclarını ödəmişdir. Belə ki, MM-in 440.1-ci maddəsinə uyğun olaraq, pul öhdəliklərinin ödənilməsi növbəliyində seçim imkanı kreditora deyil, borcluya məxsusdur. Sözügedən ödənişlərin isə bələdiyyə tərəfindən məhz əvvəlki qalıq borcların bağlanması ilə əlaqədar həyata keçirilməsi məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır.
77. Bu baxımdan, mübahisəli dövrdə qarşılıqlı iddia üzrə cavabdehin hər ay ödənişlər etməsi hələ əvvəlki illər üzrə qalıq borcun etirafı kimi qiymətləndirilə bilməz. Əgər müvafiq dövrdəki faktiki ödənişlər sərfiyyatdan artıq olmamışdırsa və bələdiyyə tərəfindən bilavasitə əvvəlki qalıq borcların bağlanmasına yönəldilməmişdirsə, hüquqi baxımdan həmin ödənişlər yalnız cari (aylıq) sərfiyyatın haqqı kimi qiymərləndirilməlidir.
78. Belə olan halda isə, məhkəmə MM-in 373.3 və 377.1-ci maddələrinə istinadən hesab edir ki, mübahisəli dövr üçün (2015-2023) vaxtaşırı ödəmələr üzrə 3 illik iddia müddətinin (2015-2020-ci ilin may ayının 1-nə kimi) qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ötürülmüşdür.
79. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi xx.xx.2020-ci və xx.xx.2023-cü il tarixlər üzrə yaranmış elektrik sərfiyyatı borcuna görə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.
80. Bundan əlavə, məhkəməyə təqdim olunmuş illər və aylar üzrə maliyyə arayışından və ASC-nin nümayəndəsinin sonuncu məhkəmə iclasında vermiş olduğu izahatından da görünündüyü kimi Bələdiyyə tərəfindən 2020-ci il üzrə 3712,20 maatlıq istifadə olunan elektrik enerjisinə görə edilmiş cəmi ödəniş 15049,16 manat təşkil etdiyindən həmin il üzrə borcu qalmamışdır. Bundan əlavə 2021-ci il üzrə 3552,29 manat məbləğində istifadə edilmiş elektrik enerjisinə qarşılıq 2844,34 manat ödənilmiş (3552,29- 2844,38=507,95) və ödənilməmiş borc 507,95 manat təşkil etmiş, 2022-ci il üzrə 3508,40 manat məbləğində istifadə edilmiş elektrik enerjisinə qarşılıq 999 manat ödənilmiş (3508,40-999=2509,40) və ödənilməmiş borc 2509,40 manat təşkil etmiş, 2023-cü ilin avqust ayına hesablanmış 2069,90 manat elektrik enerji sərfiyyatına qarşılıq 4300 manat ödəniş edilmiş və bununla da bələdiyyənin borc yazılan 2023-cü il tarixinə əlavə sərfiyyat borcu qalmamışdır.
81. Buna görə də məhkəmə qarşılıqlı iddia üzrə tələbin yalnız 3017,35 manat hissə də (2021-ci il üzrə - 507,95 manat + 2022-ci il üzrə - 2509,40 manat) əsaslı olduğundan, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir.
82. Beləliklə, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir.
83. Bundan başqa qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı cavabdeh Abşeron Rayon Masazır Bələdiyyəsindən 156 manat ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etmişdir.
84. Məhkəmə bununla bağlı qeyd edir ki, tələb bu hissədə təmin edilə bilməz.
85. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasını Qanununun 9.1 və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
86. Qeyd olunan qanunvericiliyin normasından da göründüyü kimi bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad olunduqları üçün "xxxx" ASC-nin həmin tələbi təmin edilə bilməz.
V. Nəticə:
87. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh "xxxx" ASC-yə qarşı “Masazır bələdiyyəsinə yönəldilmiş elektrik enerjisinə görə 01 yanvar 2023cü ilə qədər olan 22885,71 manat pul vəsaitinin silinməsinə” barədə ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin: cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsindən (Abonent kodu **********2) istifadə etdiyi elektrik enerjisi üzrə 2021-ci ilə qalıq borc məbləği olaraq - 507,95 manat və 2022-ci ilə qalıq borc məbləği olaraq - 2509,4 manat olmaqla cəmi 3017,35 (üç min on yeddi manat 35 qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova