Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2340/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı əsas borc 135.000 avronun, həmçinin öhdəliyin gecikmə faizi olaraq 6.750 avro olmaqla ümumilikdə 141.750 avro məbləğinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” Şirkətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı əsas borc 135.000 avronun, həmçinin öhdəliyin gecikmə faizi olaraq 6.750 avro olmaqla ümumilikdə 141.750 avro məbləğinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” Şirkətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə mal və materialların təqdim olunmasına dair kommersiya münasibətləri olmuşdur. Həmin sahibkarlıq fəaliyyəti nəticəsində Cavabdeh İddiaçınə 135.000 avro borcu yaranmışdır. Buna görə də İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli borc müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.2-ci maddəsinə görə Cavabdeh İddiaçınə olan borcunun ümumi məbləği 135.000 Avro təşkil edir. Lakin, aradan uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən qeyd edilmiş xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə hər hansı ödəniş icra edilməmişdir. Cavabdeh uzun müddət ərzində ödəniş etmək öhdəliklərini icra etmədiyinə görə pretenziya məktubu vasitəsilə ümumi borc olan 135.000 avronun ödənilməsi tələb edilmişdir. Hazırki tarixdə Cavabdeh İddiaçınə olan borcu 135.000 Avro təşkil edir. Cavabdehnə ünvanladığı çoxsaylı müraciətlər və yazılı pretenziya məktubu cavabsız və nəticəsiz qaldığına görə məcbur olub məhkəməyə müraciət edir. İşə əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “borc müqaviləsinin” 1.1 və 1.2.-ci maddələrinə görə Cavabdeh İddiaçınə olan borcu 135.000 avro təşkil edir. Qeyd edilmiş xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə bugünə qədər hər hansı ödəniş icra edilməmişdir. Cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləğin 5%-i qədər gecikmə faizini İddiaçınə ödəməlidir. Müqavilə məbləğinin 5%-i isə 6750 Avro təşkil edir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli “borc müqaviləsi” üzrə 135.000 Avro borcun ödənilməsi Cavabdehndən tələb edilmişdir. Lakin, pretenziya məktubunun göndərilməsi hər hansı nəticə verməmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, müqavilə Cavabdeh tərəfindən imzalandıqdan sonra İddiaçınə göndərilmişdir. Sonradan İddiaçı müqavilənin natamam olmasını əsas gətirərək Cavabdeh ilə müqaviləyə dair bir sıra dəyişikliklər edilməsini, bu səbəbdən də müqavilənin imzalanmamasını qərara almışdır. Borc müqaviləsi həmin ticarət müqaviləsini pərdələmək məqsədi daşımışdır. Lakin İddiaçı tərəfindən Cavabdeh imzalayıb göndərdiyi müqavilənin nüsxəsi geri qaytarılmamışdır. Həmçinin xx.xx.2019-cu il tarixli müqavilə borc müqaviləsi olaraq görülsə də, malların alqı-satqısının həyata keçirilməsini pərdələmək məqsədi daşımışdır. Belə ki, tərəflər malların göndərilməsi barədə razılığa gəlmiş və İddiaçı tərəfindən Cavabdehnə razılaşdırılmış malların bir qismi göndərilmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Analogiya ilə yanaşı hüquqi şəxslərə arasındakı münasibətlərə də qanunvericiliyin bu müddəası aid edilməlidir. İddiaçı iddia ərizəsində 135.000 avro məbləğində pul vəsaitinin Cavabdehnə verildiyini qeyd etsə də, borc pul məbləğinin Cavabdeh hesabına köçürülməsi faktını sübut edən hər hansı maliyyəmühasibatlıq sənədləri (kassa məxaric orderi, pul köçürməsi barədə qəbz və s.) təqdim etməmişdir. Əgər İddiaçı tərəfindən qeyd olunan pul məbləği hesablaşma hesabı vasitəsi ilə deyil, gömrük vasitəsi ilə göndərilmişdirsə, bu faktı təsdiq edəcək gömrük bəyannaməsi təqdim etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, qeyd olunan müqavilə əslində borcun alınması məqsədilə deyil, alqı-satqı müqaviləsini rəsmiləşdirmək niyyəti ilə imzalanmışdır. Buna görə də xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumlarının Dövlət reyestri məlumatından görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2019-cu il tarixli Borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh 135000 Avro pul məbləğini İddiaçınə ümumi borcdan 3000 Avro xx.xx.2019-cu il tarixindən etibarən hər növbəti ayın 20-dən 30-nadək ödənilməsini öhdəsinə götürmüşdür. 21 ədəd gömrük bəyannaməsinin surətlərindən görünür ki, İddiaçı tərəfindən «VİCTORİA İNŞAAT» Məhdud Məsuliyyətli Cəmiyyətinin adına müxtəlif adda mal göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə mal və materialların təqdim olunmasına dair kommersiya münasibətləri olmuş, həmin sahibkarlıq fəaliyyəti nəticəsində Cavabdeh İddiaçınə 135.000 avro borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli borc müqaviləsi bağlanılmış və müqaviləyə əsasən Cavabdeh 135000 Avro pul məbləğini İddiaçınə ümumi borcdan 3000 Avro xx.xx.2019-cu il tarixindən etibarən hər növbəti ayın 20-dən 30-nadək ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh tərəfindən borc ödənilməmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə öhdəliyin icrası müddəti müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə ümumi borcdan 3000 Avro xx.xx.2019-cu il tarixindən etibarən hər növbəti ayın 20-dən 30-nadək ödənilməsini Cavabdeh öz öhdəsinə götürür. Belə olan halda, borc xx xxxx 2019-cu il tarixdən məhkəmə qətnaməsinin çıxarıldığı günədək olan dövr üzrə hər ay üçün 3000 Avro hesablanmaqla tutulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının müqavilə ilə müəyyən edilmiş öhdəliyin icrası müddəti başa çatmadan onun tam icrasını tələb etmək hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan dövr 19 ay olmaqla, borc 57000 Avro təşkil etdiyindən, həmin məbləğ Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, xx.xx.2019-cu il tarixdən Cavabdeh tərəfindən İddiaçı pulunun gecikdirilməsi üzrə ödənilməli məbləğ ümumilikdə 2375 Avro (237,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 19 ay) + 225 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 18 ay) + 212,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 17 ay) + 200 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 16 ay) + 187,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 15 ay) + 175 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 14 ay) + 162,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 13 ay) + 150 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 12 ay) + 137,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 11 ay) + 125 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 10 ay) + 112,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 9 ay) + 100 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 8 ay) + 87,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 7 ay) + 75 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 6 ay) + 62,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 5 ay) + 50 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 4 ay) + 37,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 3 ay) + 25 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 2 ay) + 12,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 1 ay) = 2375 Avro) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün Cavabdehndən ümumilikdə 2375 Avro məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilməklə ilkin iddia qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 il keçdikdən sonra Cavabdeh hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X1 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, Cavabdehndən 57000 Avro əsas borc və faiz olaraq 2375 Avro ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi iddia tələbinin 41,88 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,56 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilməli, qalan 17,44 manat məbləği isə İddiaçınə aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 57000 Avro əsas borc və faiz olaraq 2375 Avro ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçınə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 12,56 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 17,44 manat məbləği isə İddiaçınə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2340/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2340/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver