Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2344/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Casagrande Paola və Sotiriou Giordanoya qarşı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə cavabdeh "xxxx" MMC-nin direktoru Casagrande Paola şəxsində bağlanmış xx.xx.2019-cu il tarixli BC-00004-15/19A saylı kredit xətti müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 4990,55 manat əsas borc, 838,57 manat faiz məbləği, 516,15 manat dəbbə pulu borcu, iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu, ümumilikdə 6345,27 manat və 30,40 manat pulun cavabdehlər "xxxx" MMC, Casagrande Paola və Sotiriou Giordanodan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini imzalamış Nümayəndə verilən etibarnamədə Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsində göstərilən bəzi səlahiyyətlər verilsə də, iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Nümayəndə etibarnamə vermiş Bank "xxxx" ASC-nin İdarə heyətinin sədrinin müavini Fərhad-X2 özünə Bank "xxxx" ASC-nin İdarə heyətinin sədri X4 tərəfindən verilən etibarnamədə Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsində göstərilən bəzi səlahiyyətlərin etibarnamə əsasında digər şəxslərə vermə səlahiyyətləri qeyd edilsə də iddia ərizəsinin imzalanması ilə bağlı səlahiyyətlərin digər şəxslərə verilməsi eitbarnamədə öz əksini tapmamışdır. Göründüyü kimi Nümayəndə verilən etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-in: 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı 19 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılmalıdır. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Casagrande Paola və Sotiriou Giordanoya qarşı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı 19 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı Bank "xxxx" ASC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2344/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2344/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver