Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2346/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının X8 X9 nümayəndəsi X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X8 X9 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən iddiaçının inzibati binasının yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu X12 299 ünvanının abonent hesabında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə göstərilən 7287,06 manat məbləğində borcun X4 abonent kodundan silinməsi və ilkin mediasiya sessiyası üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçının inzibati binasının yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu X12 299 ünvanının abonent hesabında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə göstərilən 7287,06 manat məbləğində borcun X4 abonent kodundan silinməsi və ilkin mediasiya sessiyası üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 299 ünvanındakı inzibati binası üzrə istifadə edilən su və çirkab suyuna görə təqdim edilən üzləşmə aktında 7287,06 manat məbləğində borc göstərilmişdir. İddiaçı cavabdehə ünvanladığı 22 sentyabr 2021-ci il tarixli 01/xx-xx/2501 nömrəli məktubunda cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 299 ünvanındakı inzibati binası üzrə istifadə edilən su və çirkab suyuna görə təqdim edilən üzləşmə aktında göstərilən borcun iddiaçıdan əvvəlki istehlakçıların borcu olduğunu, yarandığı tarixdən 2021-ci ilin oktyabrınadək iddiaçının qeyd edilən ünvanda yerləşən inzibati binadan faktiki olaraq istifadə etmədiyini, binanın iddiaçının istismarına yeni verildiyini və ümumiyyətlə iddiaçının ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hüquqi varisi olmadığını nəzərə alaraq həmin borcun iddiaçının abonent kodundan silinməsini xahiş etmişdir. İddiaçı müraciətini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X8 publik hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikasının X8 dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Eyni zamanda mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmiş hər iki dövlət orqanının debitor və kreditorlarının bütün öhdəlikləri üzrə ləğvetmə prosesinin təmin edilməsi məqsədilə yaradılmış ləğvetmə komissiyasına müraciət etməsi ilə əlaqədar “Azərbaycan” qəzetinin 17 noyabr 2016-cı il tarixli 254(7398) nömrəsində və 3 dekabr 2016-cı il 268(7412) nömrəsində məlumatlar dərc edilmiş, bununla bağlı həmin dövlət orqanlarının saytlarında elan verilmişdir. Həmin müddət ərzində hər hansı bir qurum, o cümlədən cavabdeh tərəfindən qeyd edilən borcla bağlı ləğvetmə komissiyasına hər hansı bir müraciət daxil olmamışdır. Eyni zamanda, X8 yaradılanda yuxarıda qeyd edilən ünvanda yerləşən inzibati bina tikilməkdə olduğundan həmin binada fəaliyyət göstərməmişdir, qeyd edilən binanın tikintisi 2021-ci ildə yekunlaşmış və həmin ilin oktyabr ayında istismara verilmişdir. Bu da öz növbəsində bu müddət ərzində istifadə edilən su və çirkab suyuna görə qeyd edilən məbləğdə borcun yaranmasının qeyri-mümkün olduğunu göstərir. Cavabdeh tərəfindən iddiaçının məktubuna verilmiş 27 oktyabr 2021-ci il tarixli 03/01-7/6/17364 nömrəli cavab məktubunda qeyd olunan ünvanın abonent hesabında su təchizatı və tullantı sulantılarının axıdılması xidmətlərinə görə 7287,06 manat məbləğində ödənilməmiş debitor borcun yarandığı bildirilmiş və yanlış olaraq Mülki Məcəllənin 56.1-ci maddəsinə istinad olunaraq hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələrinin təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçdiyi qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyası və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası birləşməmiş və onların hüquq və vəzifələri X6 keçməmişdir. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir, bu isə o deməkdir ki, X8 ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hüquqi varisi deyil və onun öhdəlikləri üçün məsuliyyət daşımır. X4 hüquqi varisi olmadığı ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, yaxud həmin ünvanda ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından əvvəl fəaliyyət göstərmiş digər istehlakçıların su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş borcunu ödəməsini qeyri-mümkün hesab edir. Qeyd edilən məsələ ilə bağlı iki qurum arasında kommersiya mübahisəsi yaranmışdır. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən qanuni olaraq su təchizatı, tullantı sularına görə yaranmış borcdur və həmin borcun bir hissəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına hesablanmışdır. Cavabdehə hüquqi şəxsin ləğvi ilə bağlı heç bir məlumat daxil olmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 08/01-7/6/17364 saylı məktubundan müəyyən olunur ki, “Azərsu" ASC ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanmış 050657 saylı müqaviləyə əsasən tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət Standartlarının tələblərinə uyğun, içməli və İstehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 299 ünvanında xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərmişdir. Qeyd olunan tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakı, o cümlədən həmin vaxt üçün tikilməkdə olan inzibati bina yeni yaranmış Azərbaycan Respublikası X4 balansına verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası balansdan çıxarılan zaman debitor və kreditor borcları araşdırılmalı, müvafiq öhdəliklərin icrası təmin olunmalı idi. Hazırda qeyd olunan ünvanın abonent hesabında 7287,06 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə “Azərsu" ASC arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır. xx.xx.2021-ci il tarixli Eii-26/21 (Tİ-S-328/16) saylı Tikinti obyektinin istismarına icazədən görünür ki, ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 299 ünvanında yerləşən inzibati binanın istismarına xx.xx.2021-ci il tarixdən iddiaçıya icazə verilmişdir. Abonent kodu 19053211 olan abonent haqqında məlumatından görünür ki, ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2021-ci il tarixə qalıq borcu 7287,06 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 559-cu maddəsinə əsasən hüquqi şəxsin (borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı andan onun öhdəliklərinə xitam verilir. "Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının X8 dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının X4 balansına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 299 ünvanında yerləşən inzibati binanın istismarına xx.xx.2021-ci il tarixdən iddiaçıya icazə verilmişdir. Həmin inzibati binada ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2021-ci il tarixə qalıq borcu 7287,06 manat təşkil etmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ləğv edilmişdir ki, bu halda onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmişdir (Mülki Məcəllənin 59.1-ci maddəsi). Bununla da Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bütün öhdəliklərinə, o cümlədən cavabdehə olan borc öhdəliklərinə xitam verilmişdir (Mülki Məcəllənin 559-cu maddəsi). İddiaçının hazırda fəaliyyət göstərdiyi inzibati binanın əvvəl ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olduğunu və həmin binanın xx.xx.2021-ci il tarixdən iddiaçının istifadəsinə verilməsini nəzərə aldıqda, məhkəmə hesab edir ki, sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2021ci il tarixədək yaranmış 7287,06 manat borc iddiaçıdan tələb oluna bilməz və həmin borc məbləği üzrə öhdəliyə yuxarıda göstərilənlərə əsasən xitam verildiyindən iddiaçının abonent kodundan silinməlidir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 08/01-7/6/17364 saylı məktubundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanından göründüyü kimi Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsi Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birləşməsi nəticəsində yaranmamış, onların hüquq və vəzifələri Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsinə keçməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının X8 X9 inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 299 ünvanının abonent hesabında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə göstərilən 7287,06 manat məbləğində borc Azərbaycan Respublikasının X8 X9 abonent kodundan silinsin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində xərc Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının X8 Publik Hüquqi Şəxsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2346/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2346/2022
30.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver