Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-235/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 21462.97 manat məbləğində kredit bоrcu, 2239.06 manat məbləğində faiz bоrcu və 622.56 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 24324 manat 59 qəpik məbləğində bоrcun və ödənilmiş 162.98 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 8537.03 manat ödəniş etmiş və оnun iddiaçıya 21462.97 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 154 gün üçün hesablanmış faiz borcu 2239.06 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 154 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 622.56 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2-cı bəndinə əsasən kredit alan krediti, ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə - Ödəniş planına uyöun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür. 4.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.1.5-ci bəndinə əsasən bank kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,2 % məbləğində cərimə hesablamaq hüququna malikdir. 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSCnin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin ilə Cavabdeh1 arasında 21 iyul 2022-ci il tarixli, 001G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, kreditin məbləği 30000 manat məbləğində, müddəti 36 ay, faiz dərəcəsi aylıq 1.9167%, ödənişlərin dövriliyinin hər təqvim ayında bir dəfə olması müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; 3.1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir; 3.1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ gecikdirilərkən, zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir; 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. xx.xx.2024-cü il tarixli 001A********** saylı kredit müqaviləsinin ödəniş planına əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə 30000 manat əsas məbləğlə yanaşı 12.027,27 manat faiz məbləğinin ödənilməsi nəzərdə tutulmuş, o, xx.xx.2022-ci il tarixindən hər ayın 21-23-ü 1168 manat ödəməlidir. Hesabdan çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, 30000 manat kredit Cavabdeh2 AZ92ACAB******************** nömrəli hesabına köçürülmüşdür. "xxxx" QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024 və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 9/6065 saylı ekspert rəyinə əsasən Cavabdeh2 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 21564,65 manat, faiz borcu 1928,84 manat və xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas kredit borcu 21564,65 manat, faiz borcu 4973,65 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 163 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən 30000 manat olan illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətinə kredit vermişdir. Daha sonra Cavabdeh1 zamin kimi xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixli 001A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 21462,97 manat əsas, 2239,06 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borc 21564,65 manat, faiz borcu isə 1928,84 manat hesablanmışdır. Buna görə də məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, faiz borcun məbləği ekspert rəyinə uyğun olaraq 1928,84 manat müəyyən olunmalıdır. Lakin MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, əsas borcun məbləği isə iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 21462,97 manat müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 622,56 manat məbləğində cərimə məbləği tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 21462,97 manat əsas borc, 1928,84 manat faiz borcu və 622,56 manat cərimə borcu tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 162,04 manatının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 98,50 manatı cavabdehlərdən, 1,50 manatı isə iddiaçı "xxxx" QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada krеdit müqaviləsi üzrə 21462,97 manat məbləğində əsas bоrc, 1928,84 manat məbləğində faiz bоrcu və 622,56 manat məbləğində cərimə borcu olmaqla cəmi 24014 (iyirmi dörd min on dörd) manat 37 (otuz yeddi) qəpik borc, habelə ödənilmiş dövlət rüsumunun 162 (yüz altmış iki) manat 04 (dörd) qəpiyinin əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 98 (doxsan səkkiz) manat 50 (əlli) qəpik məbləğində hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 1 (bir) manat 50 (əlli) qəpik məbləğində hissəsi isə iddiaçı "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-235/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-235/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver