Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2361/2024 21.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və XXXX qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti, zaminlik müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Bairamov Azara qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və XXXX qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli XXXX saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcu, 24438,41 manat cərimə borcu olmaqla ümumilikdə 100 137,96 manat məbləğində pulun və ödənilmiş 399 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə XXXX saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi və xx.xx.2023-cü il tarixdə ona 01 saylı əlavə imzalanmışdır. Əlavə ilə kredit limitinin məbləği 254 000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə XXXX saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin təminatı olaraq XXXX arasında xx.xx.2022-ci il tarixdə XXXX saylı zaminlik müqaviləsi və xx.xx.2023-cü il tarixdə ona 1 nömrəli əlavə imzalanmışdır. Sonradan tərəflər arasında xx.xx.2022-ci il tarixdə XXXX saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli XXXX saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək ilik faiz dərəcəsi 13,5%, kreditin müddəti bitdikdən sonra ilik cərimə faizi 28,50% olmaqla, 74224,34 manat məbləğində hesab-fakturanın maliyyələşdirilməsi məqsədi ilə kredit verilmişdir. 2.2. Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 399 manat dövlət rüsumu ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 472-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdilər.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi maliyyə arayışının verildiyi 16 noyabr 2024-cü il tarixindən sonra hər hansı ödənişin edilmədiyini göstərdi.
7. Məhkəmə bildirişləri Cavabdeh1 MMC-nin hüquqi ünvanına və cavabdeh XXXX yaşayış yeri üzrə qeydiyyat ünvanlarına göndərilməklə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, telefon nömrələrinə SMS xəbərdarlıq göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Bank qismində) ilə Cavabdeh1 MMC (müştəri qismində) arasında bağlanmış XXXX-ci il tarixli XXXX nömrəli invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərindən görünür ki, kredit limitinin məbləği: 98000 (doxsan səkkiz min) (1.1). Kredit limitinin valyutası: Azərbaycan manatı (1.2). Kredit limiti üzrə illik faiz dərəcəsi (%): Hər bir maliyyələşmə zamanı təqdim edilən hesab-fakturaların sayı 1-9, 10 və daha çox, maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğindən az olduğu təqdirdə 14,50% (on dörd tam yüzdə əlli), 15,50% (on beş tam yüzdə əlli), maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğinə bərabər və artıq 13,50% (on üç tam yüzdə əlli), 13,50% (on üç tam yüzdə əlli) (1.3). Kredit limiti üzrə illik/gündəlik cərimə faiz dərəcəsi (%): hər bir maliyyələşmə zamanı təqdim edilən hesab-fakturaların sayı 1-9, 10 və daha çox, maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğindən az olduğu təqdirdə 29,50 (iyirmi doqquz tam yüzdə əlli) % / 0,0819%, 30,5 (otuz tam yüzdə əlli) % / 0,0847%, maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğinə bərabər və artıq 28,50 (iyirmi səkkiz tam yüzdə əlli) % / 0,0792%, 28,50 (iyirmi səkkiz tam yüzdə əlli) % / 0,0792% (1.4). İnvoysların uçotunun aparılmasına görə komissiya: tətbiq olunmur (1.5). Kredit limitinin verilməsinə görə komissiya: 1% (bir) faiz (1.6). Kredit limitinin müddəti: xx.xx.2024-cü il tarixinədək (1.7). Təminat: xx.xx.2022-ci il tarixli ZF0682 saylı zaminlik müqaviləsi (1.8). Kredit limitinin məqsədi: dövriyyə vəsaitlərinin artırılması (1.9). Kredit İimitindən istifadə müddəti: xx.xx.2023-cü il tarixinədək (1.10). Qabaqcadan ödəniş komissiyası: tətbiq olunmur (1.11). Bank, Müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələb(lər)inin (invoys(lar)m) maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında Müştəriyə müqavilənin 1.1 və 1.2-ci bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan İnvoysların Diskontlaşdırılması üzrə kredit limiti açır. Kredit limiti çərçivəsində İnvoys əsasında maliyyələşdirmənin (invoysların diskontlaşdırılması, kredit) tərəflər arasında imzalanacaq və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olacaq müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən şərtlər əsasında icra ediləcək (2.1). Borclu qismində yalnız "xxxx" MMC -nin çıxış etdiyi invoyslar maliyyələşdirilə bilər (2.7).
12. Həmin müqaviləyə XXXX-cü il tarixli 01 nömrəli əlavədən görünür ki, müqavilənin 1.1 və 2.7-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.1. Kredit limitinin məbləği: 254 000 (iki yüz əlli dörd min); 2.7. Borclu qismində yalnız "xxxx" MMC (ümumilikdə 129 000 (bir yüz iyirmi doqquz min) Azərbaycan manatı məbləğindən çox olmamaq şərti ilə) və "xxxx" MMC-nin (ümumilikdə 125 000 (bir yüz iyirmi beş min) Azərbaycan manatı məbləğindən çox olmamaq şərti ilə) çıxış etdiyi invoyslar maliyyələşdirilə bilər”.
13. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, iddiaçı borcalana xx.xx.2023-cü il tarixinədək qaytarılmaq şərti ilə illik 13,5 faiz (kreditin nominal illik faiz dərəcəsi), faktiki illik faiz 13,5 faiz şərti 74224,34 manat kredit vermişdir.
14. İddia ərizəsinə əlavə edilən iddiaçı (Bank qismində) ilə cavabdeh XXXX (Zamin qismində) arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli ZF0682 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (“Borcalan”) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür (1-ci hissə). Zaminliklə təmin olunan öhdəlik(lər): xx.xx.2022-ci il tarixli İDK0657 saylı X1 müqaviləsi (2.1). Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): Borcalana xx.xx.2024-cü il tarixinədək veriləcək 98000 (doxsan səkkiz min) Azərbaycan manatı məbləğində, illik faiz dərəcəsi 13,5% (on üç tam onda beş) – 15,5% (on beş tam onda beş) - (cərimə faizi 30,5% (otuz tam onda beş) faizədək) faiz aralığında olan Bərpa olunan X1 (2.2). Borcalan: Cavabdeh1 MMC (2.3). Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır (3-cü hissə).
15. Həmin müqaviləyə XXXX-cü il tarixli 01 nömrəli əlavəyə əsasən, müqavilənin 2.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): Borcalana xx.xx.2024-cü il tarixinədək veriləcək 254 000 (iki yüz əlli dörd min) Azərbaycan manatı məbləğində, illik faiz dərəcəsi 13,5% (on üç tam onda beş) – 15,5% (on beş tam onda beş) - (cərimə faizi 30,5% (otuz tam onda beş) faizədək) faiz aralığında olan Bərpa olunan X1”.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli XXXX saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 74224,34 manat, faiz borcu isə 1475,21 manat təşkil edir.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli XXXX saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 74224,34 manat, faiz borcu isə 1475,21 manat təşkil edir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2361/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 18 sentyabr 2024-cü il tarixli 9/3611 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 74224,34 manat, faiz borcu 1475,21 manat təşkil edir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 19 oktyabr 2022-ci il tarixli XXXX nömrəli invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 74224,34 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Bairamov Azar ilə zaminlik müqavilələri bağlanmış, sonuncu Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 74224,34 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya qaytarmamışdır.
20. İddiaçı adıçəkilən maliyyələşdirmə üçün ərizə üzrə 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcunun tutulmasını xahiş edir.
21. Cavabdehlər Cavabdeh1 MMC və XXXX hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmirlər.
22. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
25. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilən bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
26. Məhkəmə hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
27. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
28. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; ... cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması.
29. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti ümumi norma olan Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Hazırkı iş üzrə cavabdeh XXXX Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəyə malikdir.
30. Digər tərəfdən, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.6-cı bəndinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).
31. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
32. Məhkəmə 19 oktyabr 2022-ci il tarixli ZF0682 nömrəli zaminlik müqaviləsinin 7.1ci bəndi ilə müqavilə üzrə mübahisələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənməsinin razılaşdırıldığını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası qanunvericiliyi əsasında həll edilməlidir.
33. Odur ki məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
34. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
35. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
37. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
39. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
40. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
41. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
42. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
43. Məhkəmə qeyd edir ki, 18 sentyabr 2024-cü il tarixli XXXX nömrəli ekspert rəyinə əsasən, maliyyələşdirmə üçün ərizə üzrə heç bir ödəniş olmamış, kreditin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc 74224,34 manat, faiz borcu isə 1475,21 manat təşkil edir.
44. Cavabdeh1 MMC-yə məxsus AZ69PAHA40060AZNHC********** nömrəli bank hesabından xx.xx.2023 - xx.xx.2024 dövrlərini əhatə edən çıxarışdan 18 sentyabr 2024cü il tarixində 3127,33 manat və 19 sentyabr 2024-cü il tarixində 227,57 manat ödəniş edildiyi, həmin ödənişin cərimə borcuna silindiyi görünür.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 74224,34 manat və faiz borcu 1475,21 manat müəyyən edilməlidir.
46. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
47. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
48. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
49. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə 74224,34 manat əsas, 1475,21 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və XXXX müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
50. İddiaçı 24438,41 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
51. xx.xx.2023-cü il tarixli XXXX saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 28,5% / 0,0791% olaraq müəyyən edilmişdir.
52. 19 oktyabr 2022-ci il tarixli XXXX nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən illik 30,5% olmaqla cərimə faizi də daxildir.
53. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
54. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
55. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
56. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər pul məbləğini qaytarmadıqları, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı ərizə üzrə heç bir ödəniş etmədikləri halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir.
57. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 3800 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Lakin həmin məbləğ üzrə 18 sentyabr 2024-cü il tarixində 3127,33 manat və 19 sentyabr 2024-cü il tarixində 227,57 manat ödəniş edildiyindən tutulmalı cərimə məbləği 445,1 manat təşkil edir.
58. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 445,1 manat pul cavabdehlər Cavabdeh1 MMC və XXXX müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
59. İddiaçı 399 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
60. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 399 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, 18 sentyabr 2024-cü il tarixli XXXXnömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir.
62. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
64. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
66. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §56) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.
67. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun xərcin əvəzi olaraq 399 manat cavabdehlər Cavabdeh1 MMC və XXXX müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və XXXX müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış İDK0657/27 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcu, 445,1 manat cərimə olmaqla ümumilikdə 76144,65 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və XXXX oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 399 manat cavabdehlər Cavabdeh1 və Bairamov Azardan oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh1 və XXXX 200 manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova