Məhkəmə qərarları › İş №e-2-2(113)-2363/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2363/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2363/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:pul tələbi) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı Güləlı oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 29 mart 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4264.20 manat məbləğində ödənilməmiş icarə haqqının və 63 manat dövlət rüsumunun alınıb cavabdehə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1ndə yerləşən 230 kv.m qeyri-yaşayış sahəsi (mağaza) vardır. 29 mart 2021-ci il tarixdə Cavabdeh ilə onun arasında yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.6-cı bəndinə görə icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. O da icarəyə verən şəxs olaraq müqavilənin 3.6-cı bəndini əsas tutub Cavabdehnə həm şifahi, həmçinin də yazaılı müraciətlər etmişəm ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsini nəzərə almaqla icarə haqqının məbləğini artırsınlar. Lakin bu günə kimi icarə haqqının artırılması barədə Cavabdeh tərəfindən heç bir müsbət cavab almamışdır. Bundan başqa mən cavabdeh təşkilata elektron məhkəmə sistemi vasitəsilə pretenziya məktubu da göndərmişəm ki, 29 mart 2021-ci il tarixdə aramızda bağlanmış icarə müqaviləsinin 3.6-cı bəndindən irəli gələn öhdəliyinə əməl edərək icarə haqqını Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsini nəzərə almaqla artırsınlar və eyni zamanda keçmiş iki il ərzində 3893,40 manat ödənilməmiş icarə haqqını da ona ödəsinlər. Əks halda isə ödənilməmiş icarə haqqının alınıb mənə verilməsi və icarə müqaviləsinin ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edəcəyimi bildirmişəm.

3. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı olan iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini tərəflər arasında bağlanılmış icarə müqaviləsində müqavilənin bağlanıldığı vaxtdan 2 il keçdikdən sonra inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məsələsinə yenidən baxılması nəzərdə tutulmasına və icarə haqqı məbləğinin artırılması ilə bağlı cavabdehə müraciətlər edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müraciətlərinə cavab verilməməsi ilə əsaslandırmışdır.İşin faktiki halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanılaraq icarəyə verən olan İddiaçı tərəfindən ünvan 1ndə yerləşən ümumi sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsini (mağazanı) xx.xx.2029-cu il tarixədək icarəçi olan Cavabdeh MMC-nin sahiblik və istifadəsinə verilmişdir. Tərəflər xx.xx.2021-ci il tarixli icarə müqaviləsində icarə haqqının 900 manat (vergi məbləği daxil) müəyyən edilməsi və xx.xx.2021-ci il tarixdən ödənilməsi barədə razılığa gəlmişlər.İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.Göründüyü kimi müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür:Digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda;Mülki Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.Hazırki mübahisə üzrə tərəflər arasında müqavilədə müqavilənin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün yalnız bir şərt nəzərdə tutulmuşdur.Belə ki, tərəflər arasında bağlanılmış İcarə Müqaviləsinin 12.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi icarə haqqını 2 (iki) ay ardıcıl tam ödəmədikdə icarəyə verən bu müqaviləni ən azı 1 (bir) ay əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər.Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilənin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı konkret şərt olaraq icarəçi tərəfindən icarə haqqının 2 ay ardıcıl tam ödənilməməsi müəyyən edilmişdir.İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, tərəflər arasında Cavabdeh MMC tərəfindən müqavilə ilə müəyyən edilmiş icarə haqqı öhdəliyinin yerinə yetirilməsinə dair mübahisə və icarə haqqı borcu yoxdur.İddiaçı cavabdeh tərəfindən icarə haqqına dəyişiklik edilməsinə dair pretenziya məktubuna cavab verilməməsini və icarə haqqının artınlmamasmı müqavilənin əhəmiyyətli dərəcəsə pozulması olduğunu bildirməklə Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi üçün əsas olduğunu bildirmişdir.Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanılarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.İddiaçı tərəfindən cavabdehin icarə haqqının atırılması ilə bağlı təkliflərə cavab verilməməsinin, icarə haqqının artınlmamasmın müqavilənin əhəmiyyətli pozuntusu olaraq qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən tərəflər razılığa gəliblər ki, icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsini nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər.Göründüyü kimi müqavilənin istinad edilən bəndində istifadə olunan dispozitiv ifadələr (“yenidən baxıla bilər”) ona dəlalət edir ki, inflyasiya dərəcəsinə uyğun olaraq icarə haqqına yenidən baxılması icarəçinin öhdəliyi kimi deyil, tərəflərin hüququ, yəni mümkün davranış imkanı kimi nəzərdə tutulmuşdur. Həmin bənd icarəçi olan cavabdehin üzərinə icarə haqqının məbləğinin artırılması ilə bağlı öhdəlik qoymur. Yalnız 2 il keçikdən sonra tərəflərin qarşılıqlı razılığı ilə icarə haqqının məbləğinə baxılması məsələsini tənzimləyir.Belə olan halda cavabdeh tərəfindən üzərinə icarə haqqının artırılması ilə bağlı öhdəlik götürülmədiyindən icarə haqqının artırılması ilə bağlı təklifə cavab verilməməsi, icarə haqqı məbləğinin artmlmaması müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi O.Şirəliyev iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı (“icarəyəverən”) Cavabdeh MMC (“icarəçi”) arasında 29 mart 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən "İcarəyə Verən” Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş Rəyə və Layihəyə əsasən ünvan 1 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsini (mağaza) "icarəçi”yə icarə verməyi, ''İcarəçi” isə obyekti qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 8 il ərzində qüvvədə olacaq. - 3.1-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə hər ay 900 (doqquz yüz) manat məbləğdə (Ö.M.V. daxil) icarə haqqı ödəyir. - 3.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən etibarən hesablanacaq. - .3.6-cı bəndinə görə icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. - 12.1-ci bəndinə əsasən Tərəflərin qarşılıqlı razılığı ilə bu Müqavilə vaxtından əvvəl ləğv edilə bilər. - 12.2-ci bəndinə əsasən İcarəçi icarə haqqını 2 (iki) ay ardıcıl tam ödəmədikdə İcarəyə Verən bu Müqaviləni ən azı 1 (bir) ay əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

V. Tətbiq edilən hüquq:

10. AR Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

11. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

13. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

14. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

17. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC arasında 29 mart 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən ünvan 1ndə yerləşən 230 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Tərəflər arasında işin mübahisələndirilən halı, iddiaçı müqavilənin 3.6-cı bəndinə əsaslanaraq, cavabdeh tərəfindən həmin bəndin pozulması, icarə haqqının artırılması ilə bağlı öhdəliyinin yerin yetirilməməsinə əsaslanaraq, müqavi8lənin ləğvini və pul tələb edir, cavabdeh iddianı qəbul etməyərək, müqavilənin 3.6-cı bəndində heç bir imperativ göstəriş olmadığını, onlar tərəfindən müqavilə şərtlərinin pozulmadıöını əsas gətirərək iddiaın rədd edilməsini xahiş edir.

18. Məhkəmə qeyd edir ki,İddiaçı tələbi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 29 mart 2021-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi və 4264.20 manat icarə haqqının ödənilməsindən ibarətdir.Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 8 il müddətinə davam edəcək.Müqavilənin 12.2-ci bəndinə əsasən, İcarəçi icarə haqqını 2 ay ardıcıl tam ödəmədikdə icarəyə verən bu Müqaviləni ən azı 1 ay əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müqavilənin 122-ci maddəsinə nəzərdə tutulan müqavilənin birtərəfli ləğvini nəzərdə tutanhal, ümumiyyətlə baş verməmişdir.Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, icarəyə verən icarə haqqının artırılması ilə bağlı icarəçi Cavabdeh MMC-yə dəfələrlə yazılı və şifahi təklif irəli sürmüşdür. Cavabdeh MMC isə icarə haqqının artırılmasına razı olmamışdır və tərəflər arasında icarə haqqının artırılması ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir.

19. İddiaçının ərizəsində qeyd etdiyi və iddia ərizəsinin əsasə olan “müqavilənin 3.6-cı bəndinə görə icarə müqaviləsinin bağlandığı andan 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər” halı ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh MMC iddiaçı qarşısında “icarə haqqını qaldırmalıdır” kimi (imperativ qaydada) məcburi öhdəlik üzərinə götürməmiş və icarə müqaviləsində icarə haqqının dəyişdirilməsi ilə bağlı məsələ dispozitiv qaydada, yəni “tərəflərin razılığına əsasən icarə haqqına 2 il sonra yenidən baxıla bilər” qaydasında nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı halda , icarə haqqının cavabdeh tərəfindən qaldırılmaması, müqavilənin əhəmiyyətli pozuntusu hesab edilə bilməz. Bu səbəbdə iddia tələbi icarə müqaviləsinin vaxtından əvvəl ləğvinə dair hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin pul tələbinə dair hissəsiini də əsassız hesab edərək qeyd edir ki, həmin tələbin hüquqi əsası, həmin tələbə dair hər hansı sübut ümumiyyətlə məhkəmə təqdim edilməmişdir. “Pul” tələbinə dair iddian iddaçı “pdənilməmiş icarə hqaaaı “ kimi qeyd etsə də, həm məhkəmə iclaslarında özü tərəfində də qeyd edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilöə 900 manat icarə haqqı cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilmişdir. İşin hallarından göründüyü kimi, icarə müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edilməsi, müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, habelə müqavilənin icrasından birtərəfli imtina halları baş verməmişdir. Belə ki, cavabdeh üzərinə düşən əsas öhdəliyi icarə haqqı məbləğini ödəmək öhdəliyini vaxtı-vaxtında icra etməməsi ilə bağlı sübut təqdim olunmamış və İcarə Müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmiş şərtin pozulmasına yol verməmişdir

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

21. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı icarə müqaviləsinin ləğv edilməsi, pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 63 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar