Məhkəmə qərarları › İş №e-2-2(113)-2364/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2364/2020

07.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2364/2020 07.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Bağman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun hərəkətlərinin qanunsuz hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 383/2018 saylı icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin etibarsız hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı icra vərəqəsi üzrə tələbkar X1 təhvil verilmiş "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı və "LİEBHERR L 514" markalı 10 R 381 dövlət qeydiyyat nişanlı ekskavatorların və "GREAT WALL HAVEL H5" markalı ** AD *** (hazırki d.q.n ** SK *** olan) dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi nəticələrin etibarsız sayılması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun hərəkətlərinin qanunsuz hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin etibarsız hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı icra vərəqəsi üzrə tələbkar X1 təhvil verilmiş "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı və "LİEBHERR L 514" markalı 10 R 381 dövlət qeydiyyat nişanlı ekskavatorların və "GREAT WALL HAVEL H5" markalı ** AD *** (hazırki d.q.n ** SK *** olan) dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi nəticələrin etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Normanın tələbindən göründüyü kimi icra icraatı zamanı tərəflər icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət vermək hüququna malikdirlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi mübahisə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətləri ilə bağlı olduğundan iddiaçı məhkəməyə şikayətlə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun hərəkətlərinin qanunsuz hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 383/2018 saylı icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin etibarsız hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı icra vərəqəsi üzrə tələbkar X1 təhvil verilmiş "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı və "LİEBHERR L 514" markalı 10 R 381 dövlət qeydiyyat nişanlı ekskavatorların və "GREAT WALL HAVEL H5" markalı ** AD *** (hazırki d.q.n ** SK *** olan) dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi nəticələrin etibarsız sayılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar